Xocavəndlilər torpaqlarımızın azadlığı uğrunda hər an döyüşə hazırdırlar
03.10.2018 [08:42]
Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 26 il ötür. Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Yeni Xocavənd qəsəbəsində tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhid ailələri, ağsaqqallar, gənclər, N saylı hərbi hissənin zabit və əsgərləri şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül-çiçək dəstələri düzüblər. Azərbaycanın Dövlət himni səsləndirilib, respublikanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb. Bildirilib ki, işğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 10 tarixi abidə, 32 körpü, 12 rabitə qovşağı, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb.
Xocavəndlilər dörd il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərib, qeyri-bərabər döyüşlərdə rayonun uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak edib. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 146 nəfər şəhid, 300-dən çox insan şikəst olub, 245 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 69 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49-u əsir və girovluqda olarkən erməni terrorunun və vəhşiliyinin qurbanı olub.
“Bu gün torpaqlarımızın 20 faizi işğal altındadır. Bir millət, bir dövlət kimi bizim ən müqəddəs vəzifəmiz işğal altındakı torpaqlarımızı azad etməkdir. Bu istiqamətdə ciddi addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatda və ordu quruculuğunda böyük nailiyyətlər əldə olunub. Azərbaycanda yüksək maddi-texniki bazaya malik, müasir silahlarla təchiz edilmiş, yüksək nizam-intizamlı, işğal altında olan torpaqları azad etməyə qadir ordu formalaşıb. 2016-cı il Aprel döyüşləri göstərdi ki, biz işğal altında olan bütün torpaqlarımızı azad edəcəyik. Bu döyüşlər zamanı Azərbaycan Ordusu düşmənin daim öyündüyü və keçilməz adlandırdığı müdafiə xəttini bir həmlə ilə yararaq, qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirdi, işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi. Əminliklə bildirirəm ki, ordumuzun gücü, Ali Baş Komandanımızın qətiyyəti və xalqımızın iradəsi ilə işğal altındakı bütün torpaqlarımız azad ediləcək və biz doğma yurdumuza qayıdacağıq”, - deyə E.Hüseynov bildirib.
Müdafiə Nazirliyinin generalı Mais Bərxudarov Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı nəticəsində düşməni hər an məhv etməyə qadir olan güclü ordumuzun formalaşdığını diqqətə çatdırıb. Azərbaycan Ordusunun torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə dayandığını və işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə qısa vaxtda azad etməyə hazır olduğunu vurğulayan M.Bərxudarov deyib: “Bizim heç kimin torpağında gözümüz yoxdur. Biz öz torpağımızı istəyirik. Düşmənlərimiz bilsin ki, biz işğal altında olan bütün torpaqlarımızı azad edəcəyik”.
Tədbirdə çıxış edən məcburi köçkünlər və keçmiş döyüşçülər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəklədiklərini, eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa, bu müqəddəs yolda hər an döyüşməyə hazır olduqlarını bildiriblər.
Tədbir Xocavənd Rayon Mədəniyyət Evinin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22

