Milli mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və düzgün şəkildə insanlara çatdırmalıyıq
12.09.2018 [08:54]
Sentyabrın 11-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər: Ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Abit Əliyev seminar-müşavirənin önəmi barədə danışıb. O qeyd edib ki, Azərbaycanda hər zaman qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Azərbaycanda tarixən bütün dini konfessiyaların nümayəndələrinin birgəyaşayışı mövcud olub, təriqət baxımından heç bir qarşıdurma müşahidə edilməyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Azərbaycanda dövlət-din münasibətlərindən bəhs edib. Bildirib ki, dövlət heç bir halda din işlərinə müdaxilə etmir, amma bununla belə, Azərbaycanda dövlət tərəfindən dinə diqqət və qayğı hər zaman özünü büruzə verir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkədə fəaliyyət göstərən ayrı-ayrı dini icmalara yardımlar göstərilir.
Vurğulanıb ki, Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvalara əməl olunur. Artıq Məhərrəm ayı başlayıb və bütün tədbirlər, o cümlədən “Aşura” mərasimi yalnız Qafqaz Müsəlmanları İdarəsinin fətvası əsasında keçirilməlidir, vətəndaşlarımız da qanundankənar hərəkətlərə yol verməməlidir.
Komitə sədri deyib ki, bizim üçün dövlət müstəqilliyimiz, azərbaycançılıq ideologiyası müqəddəsdir, dinimiz mənəvi dəyərlərimizdir. Milli mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və düzgün şəkildə insanlara çatdırmalıyıq.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov seminar-müşavirənin əhəmiyyətinə toxunub. O, DQİDK ilə birgə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən söhbət açaraq, dövlətimizin başçısının dini konfessiyalara daim yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb. S.Novruzov Məhərrəm ayı və Aşura tədbirləri haqqında da danışıb. Bildirib ki, mərasimlərdə heç bir halda xurafata yol vermək olmaz.
Seminar-müşavirədə çıxış edən Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin Səbail və Qaradağ rayonları üzrə qazisi, Bibiheybət ziyarətgah məscidi dini icmasının sədri Rahib Babayev və digərləri xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli mənəvi dəyərləri qoruyub saxlamağın əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ümummilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycan dövləti onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır. Ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədə qurulub və dindarlar hər zaman dövlətin dəstəyini hiss edirlər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

