Gənclər Fondu 11-ci qrant müsabiqəsini elan edib
29.08.2018 [09:04]
Fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək olan Azərbaycan Respublikasının Gənclər Fondu 18-29 yaşlı gəncləri və gənclər təşkilatlarını 11-ci qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini avqustun 28-dən etibarən təqdim etməyə dəvət edir.
Fonddan AZƏRTAC-a bildiriblər ki, müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının və ictimai fəal gənclərin layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.
Müsabiqəyə təqdim olunmuş “A” və “B” kateqoriyaları üzrə layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox, “C” kateqoriyası üzrə layihə təkliflərinin icra müddəti isə 3 aydan az, 6 aydan çox olmamalıdır.
Layihə təklifinin maliyyələşdirilməsi üçün Fonddan istənilən məbləğ “A” kateqoriyası üzrə ayrılmış qrant məbləğinin dəyəri 10 min, “B” kateqoriyası üzrə 15 min, “C” kateqoriyası üzrə isə 5 min manatdan çox olmamalıdır.
Müsabiqədə yalnız 2017-ci ilin sonunadək dövlət qeydiyyatına alınmış gənclər təşkilatları və 1989-cu il avqustun 28-dən 2002-ci il sentyabrın 23-dək anadan olmuş gənclər iştirak edə bilərlər.
Gənclər təşkilatları müsabiqəyə “A” və “B” kateqoriyalarından yalnız biri üzrə bir layihə təqdim edə bilər. “A” və ya “B” kateqoriyası üzrə layihə təqdim edən gənclər təşkilatlarının rəhbərləri və həmin layihələrin işçi heyəti “C” kateqoriyası üzrə layihə təqdim edə bilməzlər.
Layihə təklifləri yalnız bu elanda göstərilmiş tələb və istiqamətlərə uyğun gəldiyi halda nəzərdən keçiriləcək. Təkliflər reallığı əks etdirməli, icrası gənclər təşkilatları və gənclər tərəfindən mümkün olmalıdır.
“A” və ya “B” kateqoriyası üzrə layihənin icrası başa çatmış, lakin 2018-ci il sentyabrın 8-dək təsviri və maliyyə hesabatlarını Fonda təqdim etməmiş resipiyentlərin müraciətlərinə baxılmayacaq.
Fondla müqavilənin imzalanması və layihənin idarə olunması resipiyent tərəfindən şəxsən həyata keçirilməlidir. Yalnız müvafiq tibbi arayış təqdim edildikdə, resipiyentin üzrlü səbəbdən layihəni idarə edə bilməməsi məsələsinə baxıla bilər.
Gənclər və dövlət qeydiyyatından keçmiş gənclər təşkilatları təqdim edəcəkləri layihə təklifini müvafiq qaydada əsaslandırmalıdırlar (layihənin hədəf və məqsədi, məqsədə nail olmaq üçün görülməli işlər və gözlənilən nəticələr).
Fonda ilk dəfə müraciət edən gənclər təşkilatları 5 min manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.
Layihələr seçilərkən gənclərin ixtisasına və fəaliyyət istiqamətlərinə, dövlət qeydiyyatına alınmış gənclər təşkilatları tərəfindən isə nizamnamələrinə əsasən fəaliyyət istiqamətinə uyğun təqdim olunan layihələrə üstünlük veriləcək.
Fond tərəfindən layihələrin qiymətləndirilməsi zamanı gənclərin fəaliyyət istiqaməti sahəsində diplom və sertifikatı olanlara üstünlük veriləcək.
Layihə təklifi verəcək gənclər təşkilatları dövlət qeydiyyatına alınmalı və bu barədə dövlət reyestrindən çıxarış təqdim etməli, bankda hesaba malik olmalı, illik maliyyə hesabatını Maliyyə Nazirliyinə təqdim etməlidir.
Təkliflər avqustun 28-dən sentyabrın 23-də saat 18:00-dək təqdim edilə bilər.
Layihə təklifləri “Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsində iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının və gənclərin qeydiyyata alınmasına dair Təlimat”a uyğun hazırlanmalı, Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçilməli və saytda göstərilən həmin formaya uyğun olaraq, elektron qaydada təqdim edilməlidir.
Fond ölkə üzrə müxtəlif rayon və şəhərlərdə qeydiyyatda olan gəncləri və fəallıq göstərən gənclər təşkilatlarını layihə təklifləri ilə 11-ci qrant müsabiqəsində fəal iştiraka dəvət edir.
Xəbər lenti
Hamısına baxElanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11

