/ / Qafqaz Müsəlmanları İdarəsində VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş keçirilib
Qafqaz Müsəlmanları İdarəsində VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş keçirilib
07.08.2018 [09:07]
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, QMİ-nin aparat rəhbəri Simran Həsənov idarənin tarixi, hüquqi statusu və fəaliyyəti barədə məlumat verib.
Azərbaycanda müsəlmanların 65 faizinin şiə, 35 faizinin isə sünni olduğunu deyən aparat rəhbəri qeyd edib ki, tarixən Azərbaycanda dinlərarası, məzhəblərarası anlaşılmazlıq olmayıb. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uğurlu dövlət-din siyasətinin nəticəsi kimi ölkəmizdə dini tolerantlıq mühitinin yaradıldığını bildirən Simran Həsənov ölkəmizdə dinə dövlət qayğısından, dini icmaların fəaliyyəti üçün yaradılan şəraitdən bəhs edib.
QMİ-nin sədr müavini Qəmər Cavadlı Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin iştirakçıları ilə keçirilən görüşlərin əhəmiyyətindən danışaraq deyib ki, bu cür görüşlər məktəb iştirakçılarının Azərbaycan haqqında daha dolğun məlumat almalarına imkan yaradır.
Yay məktəbi iştirakçıları arasında qadınların çoxluq təşkil etməsini müsbət hal kimi dəyərləndirən Q.Cavadlı deyib ki, bu il 100 illiyi təntənəli şəkildə qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olub. Azərbaycan qadınlarının cəmiyyətimizin həyatındakı önəmli rolundan bəhs edən QMİ-nin sədr müavini bildirib ki, ölkəmizdə fəaliyyət göstərən müsəlman dini icmalarında qadınların rəhbər vəzifələrdə fəaliyyət göstərməsinə imkan yaradılır. Azərbaycanda qızlar üçün “Şəbnəm” dini kolleci fəaliyyət göstərir.
Q.Cavadlı qeyd edib ki, özündə şiə və sünniləri birləşdirən QMİ 200 il ərzində baş verən bütün siyasi proseslərə baxmayaraq, özünü parçalanmadan qoruyub, güclənib və beynəlxalq arenada şöhrət qazanıb. Bu gün QMİ-nin 100-dən çox fərqli dini təşkilatlarla beynəlxalq əlaqələri mövcuddur.
Ölkəmizdə dini maarifləndirmənin də yüksək səviyyədə olduğunu diqqətə çatdıran QMİ-nin sədr müavini deyib ki, Azərbaycanda Bakı İslam Universiteti fəaliyyət göstərir, həmçinin 11 İslam kolleci mövcuddur.
Sonra yay məktəbinin iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

