Rekordçu abituriyentlərin uğur hekayələri
03.08.2018 [09:03]
Azərbaycanda daha bir imtahan həyəcanı geridə qalıb. Belə ki, 2018-2019-cu tədris ili üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) və ikinci (yay) qəbul imtahanları başa çatıb. Öz bilik səviyyəsini sınaqdan keçirmiş və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər yığdıqları bala müvafiq olaraq ixtisas seçimi etməyə başlayıblar.
Yeri gəlmişkən xatırladaq ki, bu dəfə imtahanda I ixtisas qrupu üzrə 13, II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə 8, IV ixtisas qrupu üzrə isə 5 nəfər olmaqla, ümumilikdə 29 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Onu da xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdləri I-IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.
Beləliklə, ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri oxucularımızla tanış edirik. Elə, 89 nömrəli tam orta məktəbin şagirdi Şayxanım Həsənova da həmin rekordçular siyahısına adını yazdıranlardan biridir. Redaksiyamızın qonağı olan Şayxanım imtahan təəssüratlarını qəzetimizin oxucuları ilə bölüşüb: “İştirak etdiyim bütün sınaq imtahanlarında yüksək nəticə qazanırdım. Yüksək bal toplamağı fitri istedad kimi qələmə verməyə çalışırlar. Lakin bu, belə deyil. Əgər uğurun 10 faizini fitri istedad təşkil edirsə, 90 faizi də çalışmaqdan asılıdır. Dərsləri əzbərləməkdənsə, öyrənməyin tərəfdarıyam. Hər kəs kimi, mən də əldə etdiyim nəticəyə görə çox sevindim. Ali təhsilimi isə hüquqşünaslıq ixtisası üzrə davam etdirəcəyəm. Artıq arzumun reallaşmasının bir addımlığındayam. Gələcəkdə layiqli bir hüquqşünas kimi öz vətənimə xidmət etmək istəyirəm”.
Həmsöhbətimizin sözlərinə görə, atası sürücü, anası isə xadimədir. Valideynlərinin ümidlərini doğrultduğu üçün o, özünü çox xoşbəxt hiss etdiyini deyir.
III ixtisas qrupu üzrə maksimum nəticə əldə edənlərdən biri də Texniki humanitar liseyin şagirdi Zeynəb Quluzadədir. Qəbul imtahanında maksimum göstəricini uğur zəncirinin növbəti halqası hesab edən Zeynəbin sözlərinə görə, heç bir kursa və yaxud repetitor yanına getmədən özü hazırlaşıb: “İmtahan zamanı hər kəs kimi, mən də həyəcanlı idim. Bu həyəcan suallara cavab verə bilməməklə bağlı deyil, məsuliyyətdən irəli gəlirdi. Çünki məni evimizdə, hətta təhsil aldığım liseydə belə böyük ümidlərlə gözləyənlər var idi. 700 bal toplamaq üçün daha çox əzmkarlıq göstərmək lazımdır. Unutmaq olmaz ki, bu, bir neçə ayın və ilin zəhmətinin nəticəsi deyil. İmtahan zamanı 700 bal toplayacağıma əmin idim. Lakin, nəticələrin açıqlanacağı anı gözləməyə və erkəndən sevinməməyə çalışırdım. Tez-tez məndən 700 bal toplamağın sirrini soruşurlar. Deməzdim ki, bunun xüsusi sirri var. Sadəcə, çox oxumaq və dərslərə məsuliyyətlə yanaşmaq kifayətdir”.
Ali təhsilini hüquqşünaslıq ixtisası üzrə davam etdirəcəyini söyləyən müsahibimiz həm də vokalçıdır. O, Müslüm Maqomayev adına 26 saylı uşaq musiqi məktəbində vokal ixtisası üzrə təhsil alıb: “İncəsənət olimpiadasında və Müslüm Maqomayevin 75 illik yubileyi ilə əlaqədar keçirilmiş respublika müsabiqələrində yüksək yerlərə layiq görülmüşəm. Gələcəkdə hüquq sahəsində çalışmaqla yanaşı, Azərbaycan musiqisini dünyaya çatdırmaq istəyirəm”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10

