/ / Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq
Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq
20.07.2018 [09:12]
Bu ilin altı ayında 1 milyon 324 min 75 halda 827 min 352 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu rəqəm 2017-ci ilin müvafiq dövründə 1 milyon 199 min 770 halda 747 min 107 nəfər olub. Bu da ölkəyə gələn əcnəbilərin sayında 10 faizdən çox artımın olduğunu göstərir. Hesabat dövründə 347 min 767 (2017-ci ilin müvafiq dövründə 315 min 736) əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. Bu da ötən illə müqayisədə 10 faiz artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov qurumun aylıq fəaliyyətinə dair iyulun 19-da təşkil olunan mətbuat konfransında deyib.
Xidmət rəisi bildirib ki, bu ilin altı ayında Dövlət Miqrasiya Xidməti fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun şəkildə, şəffaflığın tam təmin edilməsi, ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq normativ hüquqi bazanın və inzibati icraatın təkmilləşdirilməsi və müraciət edənlərin məmnunluğunun təmin olunması istiqamətində davam etdirib. Qurumun fəaliyyət istiqamətləri olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı bir sıra mühüm tədbirlər həyata keçirilib.
Əsas fəaliyyət istiqamətlərindən biri qanunsuz miqrasiyaya qarşı mübarizə aparılması olan Xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9603 (9396) əcnəbi və vətəndaşlığı olmayan şəxs, həmçinin Azərbaycan Respublikası vətəndaşları barəsində müvafiq qərarlar qəbul edilib. Bu da ötən dövrlə müqayisədə 2 faiz artım deməkdır.
Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin (DMX-nin qeydiyyatında olanlar) sayında 23 faiz artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı (46 nəfər ərizəçi 29 nəfər ailə üzvü ilə birlikdə) 75 nəfərdir (2017-ci ilin müvafiq dövründə (43 nəfər ərizəçi 18 nəfər ailə üzvü ilə birlikdə) 61 nəfər olub).
Hazırda miqrasiya ilə bağlı elektron xidmətlərin imkanlarının genişləndirilməsi üçün iş aparılır.
Xidmətdə iş icazələrinə baxılma üzrə birbaşa Dövlət Miqrasiya Xidmətinin rəisinə müraciət imkanı verən qaynar xətt yaradılıb. “ASAN Viza” sistemi vasitəsilə elektron əmək vizasının alınması təmin edilib.
DMX-nin təşəbbüsü ilə iş icazələri ilə bağlı şəffaflığın təmin edilməsi, işəgötürənlərin rastlaşdıqları çətinliklərin təhlili məqsədilə ölkəmizdə fəaliyyət göstərən yerli və xarici sahibkarlar konfederasiyalarının, iş icazələri üçün müraciət edən iri şirkətlərin nümayəndələrinin təmsilçiliyi ilə Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının yaradılması ilə bağlı ilkin işgüzar müzakirələr keçirilib. Hazırda Məşvərət Şurasının fəaliyyətinin tənzimlənməsinin əsasları hazırlanır.
Hesabat dövrü ərzində ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər edilib.
Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə ictimaiyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müxtəlif dillərdə məlumatlandırılması məqsədilə də mütəmadi iş aparılır.
Diqqətə çatdırılıb ki, cari ilin altı ayı ərzində miqrasiya proseslərinin daha effektiv tənzimlənməsi üçün miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlığın genişləndirilməsi, Dövlət Miqrasiya Xidmətinin beynəlxalq əlaqələrinin inkişafı diqqətdə saxlanılıb. Xidmət tərəfdaş ölkələrin miqrasiya üzrə məsul qurumları, eyni zamanda, beynəlxalq təşkilatlarla birgə bir sıra uğurlu layihələri davam etdirib. Beynəlxalq qurumların nümayəndələri, o cümlədən bir sıra dövlətlərin ölkəmizdəki səfirləri ilə görüşlər keçirilib, əməkdaşlığın perspektivləri müzakirə edilib.
Bundan əlavə, olduğu yer üzrə qeydiyyatla bağlı müraciət imkanları genişləndirilib, “ASAN xidmət” mərkəzlərində də qeydiyyata düşmək imkanı yaradılıb. Olduğu yer üzrə qeydiyyatla bağlı mobil tətbiqin hazırlanması istiqamətində işlər görülür.
V.Hüseynov bildirib ki, hesabat dövründə DMX regional miqrasiya idarələrinin əhatə etdiyi rayon və şəhərlərdə ümumilikdə 34 maarifləndirmə-məlumatlandırma tədbiri, 14 səyyar xidmət, o cümlədən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması istiqamətində regional konfranslar təşkil edib. Xidmətin internet səhifəsində (www.migration.gov.az) 140 (ötən ilin müvafiq dövründə 87) məlumat yerləşdirilib. Ötən altı ayın göstəriciləri deməyə əsas verir ki, 2018-ci ildə DMX qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10

