/ / Şamaxıda “Azərbaycanın dini-mədəni abidələrinə qarşı erməni vəhşiliyi” mövzusunda konfrans keçirilib
Şamaxıda “Azərbaycanın dini-mədəni abidələrinə qarşı erməni vəhşiliyi” mövzusunda konfrans keçirilib
04.07.2018 [09:43]
Erməni vandalizmi, ermənilərin işğal olunmuş Azərbaycan ərazilərində insanlara, eləcə də tarixi, maddi-mədəniyyət, dini abidələrimizə qarşı törətdikləri vəhşiliklər barədə hər bir vətəndaş kifayət qədər məlumatlıdır. Əlbəttə, bu məlumatların, bu tarixi faktların dünya ictimaiyyətinə çatdırılması ümdə məsələdir və bu sahədə Heydər Əliyev Fondunun gördüyü ardıcıl və məqsədyönlü işlər, həyata keçirdiyi tədbirlər xüsusi önəm kəsb edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı” çərçivəsində iyulun 3-də Şamaxı Cümə məscidində keçirilən “Azərbaycanın dini-mədəni abidələrinə qarşı erməni vəhşiliyi” mövzusundakı konfransda səsləndirilib.
Müvafiq dövlət qurumlarının əməkdaşlarının, dini konfessiyaların rəhbərləri və nümayəndələrinin, alimlərin, ictimaiyyət nümayəndələrinin qatıldıqları konfransda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova, BBMM-nin icraçı direktor əvəzi Rəvan Həsənov, DQİDK-nın sədr müavini Gündüz İsmayılov və Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev tədbirin aktuallığını qeyd edib, erməni saxtakarlığının ifşası baxımından əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarında dağıdılan, eyni zamanda, ermənilərin özününküləşdirməyə cəhd göstərdikləri dini abidələrimizlə bağlı elmi müzakirə və diskussiyaların aparılması, bu barədə cəmiyyətin yeni araşdırmalar zamanı aşkar edilən tarixi faktlarla məlumatlandırılması daim diqqət mərkəzində olmalıdır.
Konfransda AMEA-nın Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Solmaz Rüstəmova-Tohidinin “1918-ci ildə Şamaxı şəhəri və qəzasında soyqırımına məruz qalan məscidlər”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafanın “İrəvan şəhərində Azərbaycan abidələrinə qarşı erməni vandalizmi”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini Xəzər Əliyevin “Azərbaycan incəsənətində soyqırımı mövzusu”, “İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruq İdarəsinin şöbə müdiri Kamil İbrahimovun “Qədim Şirvan eli və 1918-ci il soyqırımı”, jurnalist-tədqiqatçı Mübariz Xəlilovun “Erməni vandalizmi və Pir Hüseyn Xanəgahı” mövzularında məruzələri dinlənilib. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədqiqatçı alimlər konfransın keçirildiyi Cümə məscidinin 1918-ci ildə erməni vandalizminə məruz qaldığını, azərbaycanlılara qarşı soyqırımının törədildiyini, tarixi məkanlardan biri kimi divarlarında o illərin qanlı, dəhşətli izlərinin hələ də qaldığını söyləyiblər. Bütün bunların torpaqlarımızda sığınacaq tapan ermənilərin əsl xislətinin bariz nümunəsi olduğu diqqətə çatdırılıb.
Azərbaycanın və Şərq memarlığının nadir incilərindən olan, təkcə Cənubi Qafqazda deyil, həm də yaxın Şərqdə ən qədim məscidlərdən sayılan Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilib. Erməni silahlı dəstələri 1918-ci ildə Şamaxıda Cümə məscidi ilə yanaşı, 13 məhəllə məscidini və 20-dən çox kənd məscidini dağıdıb. Şamaxı qəzasında 10 min 341 nəfər azərbaycanlı öldürülüb, onlardan 4365 nəfəri qadın və uşaq olub. Konfransda bu tarixi faktları diqqətə çatdıran Solmaz Rüstəmova-Tohidinin yerli ermənilərin insanları necə aldatdıqları, məscidlərə pənah gətirən ahıl, qadın və uşaqları vəhşicəsinə yandırdıqları, Yuxarı Qala məscidində axund Cəfərqulu və onun ailəsinin işgəncə ilə öldürüldüyü barədə söylədikləri hər kəsdə acı təəssüf doğurub.
Çıxışlarda o qanlı hadisələrin “şahidi” olan Cümə məscidinin Prezident İlham Əliyevin tapşırığı və ayırdığı vəsait hesabına əsaslı təmir edildiyi diqqətə çatdırılıb, müstəqilliyimizin verdiyi imkanlardan maksimum bəhrələnən xalqımızın və dövlətimizin milli mənəvi dəyərlərə yüksək və həssas münasibətindən bəhs edilib, ermənilərin bu gün işğal altında olan torpaqlarımızda dağıtdıqları məscidlərimiz, tarixi, maddi-mədəniyyət abidələrimiz barədə danışıblar.
Məruzələr zamanı erməni vəhşiliklərini əks etdirən tarixi fotolar slaydlarla nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

