Məktəblilər internetdən təhlükəsiz istifadə qaydaları barədə məlumatlandırılıblar
05.06.2018 [10:02]
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 247 nömrəli tam orta məktəbdə “İnternetdən təhlükəsiz istifadə” mövzusunda tədbir keçirilib.
Mərasimdə məktəbin direktoru Nihal Hacıyeva tədbirin təşkil olunmasının mahiyyəti barədə məlumat verib. Qeyd edilib ki, tədbirin keçirilməsinin əsas məqsədi valideynlərlə bu mövzuda məqsədyönlü söhbət aparmaq, informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə qaydalarını şagirdlərə aşılamaq, uşaqları internetdən istifadə etməyə psixoloji hazırlamaq, savadlı və daha hazırlıqlı gənclər yetişdirməyin yollarını axtarmaqdır.
Tədbirdə internetdən təhlükəsiz istifadə olunmasında valideynlərin üzərinə düşən məsuliyyətdən bəhs edən videoçarx nümayiş olunub.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva respublikamızda bütün sahələrdə olduğu kimi, təhsildə də İKT-dən düzgün istifadə etmək bacarığına çox böyük önəm verildiyini söyləyib. Vurğulayıb ki, İKT ilə bağlı Təhsil Nazirliyi və BŞTİ tərəfindən müvafiq layihələr həyata keçirilir. İdarə müdiri ibtidai siniflərdən başlayaraq təhsilin İKT əsasında qurulması və məktəblilərin kompüterdən, internetdən daha səmərəli istifadə etmələri üçün psixoloji hazırlanması istiqamətində həyata keçirilən işlərin vacibliyindən söz açıb. Eyni zamanda, İKT-dən düzgün, məqsədyönlü və təhlükəsiz istifadənin əhəmiyyətini qeyd edən M.Vəliyeva valideynləri bu məsələdə xüsusilə diqqətli olmağa çağırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin deputatları Hikmət Babaoğlu və Məlahət İbrahimqızı təhsilin bütün pillələrində İKT-nin tətbiqi və istifadə edilməsinin, məktəblilərdə müstəqil şəkildə informasiya toplamaq, analiz etmək və ötürmək qabiliyyətinin formalaşdırılmasının şagirdlərin informasiya cəmiyyətinin fəal üzvünə çevrilməsi baxımından mühüm rol oynadığını bildiriblər. Bununla yanaşı, uşaqların internet təhlükəsizliyinin təmin olunmasında valideynlərin məsuliyyət daşıdığı diqqətə çatdırılıb, bu istiqamətdə təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən bəhs edilib.
Xəbər lenti
Hamısına baxDünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32
Sosial
02 Oktyabr 14:32
Siyasət
02 Oktyabr 14:26
Mədəniyyət
02 Oktyabr 14:10
Siyasət
02 Oktyabr 13:49
İqtisadiyyat
02 Oktyabr 13:48
İqtisadiyyat
02 Oktyabr 13:27
Dünya
02 Oktyabr 12:53
Gündəm
02 Oktyabr 12:38
Dünya
02 Oktyabr 12:21
Sosial
02 Oktyabr 11:50

