Daşkəsən inkişafının keyfiyyətcə yeni mərhələsindədir
24.09.2009 [09:54]
Əhalisi 32537, ərazisi 1019 kv.km olan Daşkəsən Gəncə şəhərindən 33-41 kilometr cənub-qərbdə, Kiçik Qafqazın şimal-şərqində dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşir. Məşhur Qoşqar çayının sahilində yerləşən Daşkəsənin rayon mərkəzi - Daşkəsən şəhərinə Gəncə şəhərindən olan məsafə 43 kilometr, Bakı şəhərindən isə 406 kilometrdir.
Daşkəsən rayonunun əsası Böyük Vətən müharibəsindən sonra, 1948-ci il mart ayının 16-da qoyulub. Daşkəsən əsasən, dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 1930-cu ildən inzibati ərazi kimi yaradılıb. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşıyıb, 1956-cı ildən Daşkəsən rayonu kimi tanınıb. 1963-cü ildə ləğv edilərək ərazisi Xanlar rayonuna verilib və 1965-ci ildə isə yenidən müstəqil rayon olub. Rayonda 1 şəhər, 6 şəhərtipli qəsəbə və 42 kənd var.
Rayonun tarixi haqqında...
Daşkəsən dağları uzun illər yaylaq yeri kimi istifadə edilib. Cənubi Qafqazın ən gözəl yaylaqlarından biri Daşkəsəndə, xüsusilə, Xoşbulaqdadır. Xoşbulaq yaylağına hələ e.ə. daş dövrünün insanları gəlib müxtəlif sahələrdə, əsasən ovçuluqla məşğul olublar. Eramızdan əvvəl III minillikdə maldar əhali Xoşbulaq yaylağına qalxıblar, bol otlaq sahəsinin zəngin heyvanat aləmi və sair yaxşı amillər insanları bu dağlara bağlayıb. O zamandan bu ənənə davam etməkdədir.
Daşkəsən yaylaqları dəniz səviyyəsindən 2 min metr yüksəklikdə olduğu üçün bura bir çox maldar tayfalar köçüb. Onlar müxtəlif ətraf hücumlardan qorunmaq üçün siklop tipli qalaçalar tikib.
Daşkəsənə yay vaxtında yalnız bir ərazidən-şimal-şərq tərəfdən, Kür vadisindən gəlmək mümkündür.
İslama qədər yerli əhali xristian olub və islamlaşdırma siyasəti dağlıq ərazidə ləng getdiyi üçün Daşkəsən dağlarında alban-xristian məbədləri olduqca çoxluq təşkil edir.
Daşkəsən rayon ərazisində mövcud olan tarixi və memarlıq-incəsənət abidələrindən Bayan kəndində çisarvənd məbədi (XV əsr), Gurbulaq kəndində Bikdaş qalaçası (qədim daş dövrü), Ərkinaz qalaçası (dəmir dövrü), Əmirvar kəndində Göyçəlilər yurdu qalaçası (dəmir dövrü), Qara ipək mağarası (tünc dövrü), Xoşbulaq kəndində Molla Abdulla bulağı qalaçası (tünc dövrü), Zəylik kəndində Alban məbədi (XV əsr), Əhmədli kəndində Türbə, Dəstəfur kəndində Gəncəçay üzərində birtağlı körpü (daş dövrü), alban məbədi (XV əsr), Gəlinqaya abidəsi (dəmir dövrü hündürlüyü 8 metr) Qabaqtəpə kəndində Alban məbədi (XV əsr), Gəlinqaya abidəsi (dəmir dövrü) hündürlüyü 5 metr olmaqla mühafizə olunur. Əlbəttə ki, ənənəvi olaraq səfər etdiyimiz rayonun adının necə və haradan meydana gəlməsilə maraqlandıq. Yerli əhalinin sözlərinə görə, Daşkəsən rayonunun adı burada zəngin dəmir-filizi yataqlarının olması və bu təbii ehtiyatın hasilatı ilə əlaqədar yaranıb. Qeyd olunduğu kimi, 1953-cü ildə rayonun Dəstəfur adlandırılması buradakı kəndin mərkəzi yaşayış məkanına çevrilməsilə əlaqədar olub...
Bir sözlə, bu gün tarixi keçmişini və təbii gözəlliyini qoruyub saxlayan Daşkəsən Prezident İlham Əliyevin rəhbərliyilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)”nın reallaşdırılması nəticəsində keyfiyyətcə yeni inkişaf müstəvisinə çıxıb.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın reallaşdırılması nəticəsində ölkə üzrə müxtəlif istiqamətlərdə xeyli işlər görülüb. Paytaxt Bakı şəhərilə yanaşı, bölgələr də inkişaf edib, yeni quruculuq və abadlıq işlərinin keyfiyyətcə yeni mərhələsinə yüksəlib... Bu prosesin yüksələn xətt üzrə davam etməsini biz Daşkəsən rayonunda da müşahidə etdik...
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər planı” təsdiq edilib ki, bu da rayonda bütün fəaliyyətlərin daha da sürətləndirilməsinə böyük təkan verib.
İntibah mərhələsində olan Daşkəsən...
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın yaratdığı münbit şərait nəticəsində 2008-ci ildə rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 23,5 faiz artıb. 2008-ci ildə sənaye məhsulunun həcmi 3.769,8 min manat (2007-ci ildəkindən 2,3 dəfə çox), tikinti-quraşdırma işlərinin həcmi 5.690,2 min manat (86 faiz çox), kənd təsərrüfatı məhsulları 22.099,3 min manat (5,8 faiz çox) olub. ötən il rayonda ümumi daxili məhsulda qeyri-dövlət sektorunun xüsusi çəkisi 92 faiz təşkil edib. Bu dövrdə rayonda əhalinin sayı 296 nəfər artaraq 32570 nəfər olub.
Azərbaycan Prezidentinin respublikanın regionlarının sosial-iqtisadi inkişafını təmin edən fərman və sərəncamlarının icra olunması nəticəsində 2003-cü ilin oktyabr ayından indiyədək 766 min, təkcə 2008-ci ildə isə 120 min yeni iş yeri açılıb. Görülmüş tədbirlər nəticəsində 2004-2008-ci illərdə Daşkəsən rayonu üzrə nəzərdə tutulan 2240 iş yerinə qarşı 2980 yeni iş yerləri açılıb. O cümlədən, rayonda 2008-ci il ərzində 626 (286 daimi) yeni iş yerləri açılıb. Əlavə olaraq, 2008-ci ildə 500 nəfər rayon ərazisində yeni mövsümi tikinti işlərinə cəlb olunub... Rayon üzrə orta aylıq əməkhaqqı isə 2007-ci ildə 218 manat, 2008-ci ildə isə 238,2 manat olub.
2008-ci ildə Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunda, rayondaxili və kəndlərarası yollarda təmir işləri görülüb. Gəncə-Daşkəsən-Xoşbulaq yol kənarı istinad divarları, obyektlər, yaşayış evləri üzrə xeyli abadlıq işləri görülüb, yaşıllaşdırma işləri aparılıb, su keçidlərində təmir və təmizləmə işləri görülüb.
22 saylı Yol İstismar idarəsinin yeni inzibati binası tikilib istifadəyə verilib. Daşkəsən şəhəri şəhərdaxili su və kanalizasiya sisteminin yenidən qurulması üzrə 3-cü mərhələdə 2008-ci il üzrə ayrılmış 640 min manatlıq iş görülüb. Daşkəsən şəhərində 100-dən artıq çoxmərtəbəli binanın dam örtükləri, fasadları və küçələrin istinad divarları təmir edilib, şəhərin məhəllədaxili küçələrinə asfalt salınıb və elektrik dirəkləri basdırılaraq işıqlandırma sistemi bərpa edilib.
Daşkəsən rayonunun Polis şöbəsinin yeni inzibati binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Daşkəsən rayon Baytarlıq idarəsi üçün yeni inzibati binanın və diaqnostika mərkəzinin tikintisində hazırda son tamamlama işləri görülür. Daşkəsən şəhər hamamı yenidən qurulur və əsaslı təmir olunur. Xoşbulaq kəndində İdman Kompleksinin tikintisinə başlanılıb.
Xoşbulaq kəndi ərazisində yaşayış evlərinin dam örtükləri rənglənib, abadlıq işləri aparılıb və xeyli səliqə-səhman işləri görülüb. Alunitdağ qəsəbəsində qəza vəziyyətində olan binaların sakinlərinin yerləşdirilməsi üçün 16 mənzilli yaşayış binası tikilib istifadəyə verilib. Rayonda Qarabağ müharibəsi və şəhid ailələri üçün 16 mənzilli 4 mərtəbəli yaşayış binasının tikintisinə başlanılıb, hazırda binada son tamamlama işləri görülür.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Biznes sahəsində mövcud olan problemlərin həlli məqsədilə “Vahid pəncərə” sisteminin tətbiq edilməsi və hazırlanmaqda olan “2009-2015-ci illər üçün Sahibkarlığın inkişafı Dövlət Proqramı” sahibkarlar üçün yeni perspektivlər açır. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına Dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarına uyğun olaraq əkin sahəsinin və çoxillik əkmələrin becərilməsinə sərf olunan yanacaq və motor yağlarına görə dövlət tərəfindən hər hektar əkin sahəsinə 2007-ci il üçün 40 manat hesabı ilə yardım verilib. 2008-ci ilin yaz mövsümündə aparılmış əkinlərlə bağlı rayon üzrə 188 nəfərə 648,83 ha əkin üçün 25953 manat məbləğində yardım edilib. 1 fermer təsərrüfatına 101 min manat aşağı faizli kredit verilib. Bunun nəticəsi olaraq istifadə olunmayan əkinə yararlı torpaqlardan 120 hektarı əkin dövriyyəsinə cəlb olunub. Rayona 4 ton mineral kübrə gətirilərək fermerlərə paylanıb. Rayonda 2 kartofçuluq, 2 taxılçılıq üzrə toxumçuluq təsərrüfatları, heyvandarlıq üzrə 1 damazlıq təsərrüfatı yaradılıb. Rayona cins mal-qaranın gətirilməsi üçün aidiyyəti üzrə müvafiq sifariş verilib. Rayonda sahibkarlar üçün informasiya təminatı, məsləhət və marketinq xidmətləri göstərəcək mərkəzlərin yaradılması üçün işlər davam etdirilir.
2006-cı ildə süd emalı sexi yaradılıb, rayonda dərman bitkilərinin tədarükü üzrə sexlərin yaradılması, cır meyvə emal sexinin, ət və yun emalı sexlərinin, balıqçılıq təsərrüfatının və istirahət zonasının yaradılması nəzərdə tutulur. 2006-cı ildə “Aqrolizinq” ASC-nin Daşkəsən filialı yaradılıb və filial lazımi texnika və avadanlıqlarla təmin olunub.
Bununla yanaşı, rayon ərazisində ən böyük dağ mədən müəssisəsi olan “Daşkəsən Filizsaflaşdırma” ASC 2008-ci ildə öz fəaliyyətini daha da artıraraq çoxsaylı texnikalar alıb. “çovdar” qızıl yatağında geoloji kəşfiyyat işlərinə başlanılıb, “Alunit” istehsal sahəsinin işə salınması üzrə işlər aparılıb. Daşkəsən Əhəng daşı müəssisəsi hesabat ilində istehsal gücünü artıraraq çoxsaylı avadanlıqlar, texnikalar alıb. Rayonun Quşçu körpü qəsəbəsində mineral sular istehsal edən Daşkəsən “Qırx bulaq” MMC fəaliyyətə başlayıb.
Təhsil: Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində rayonda bir çox məktəb binaları inşa və təmir olunub. Son beş ildə Təhsil Nazirliyi hesabına dövlət büdcəsindən maliyyələşdirilməklə Qabaqtəpə kənd əsas məktəbi yanında 100 yerlik əlavə 6 sinif otağı (2005-ci il), Alaxançallı kəndində 112 yerlik (2006-cı il), Quşçu və Quşçu körpü qəsəbələrində hər biri 80 yerlik (2007-ci il), Aşağı Daşkəsən qəsəbəsində 80 yerlik (2008-ci il) məktəb binaları tikilərək istifadəyə verilib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Yuxarı Daşkəsən qəsəbəsində 200 yerlik (2006-cı il), Təzəkənd kəndində 160 yerlik (2007-ci il) orta məktəb binaları tikilib istifadəyə verilib. ötən il rayonun Aşağı Daşkəsən qəsəbəsində 80 yerlik məktəb tikintisi başa çatdırılıb. İ.Nəsimi adına 1 saylı, S.Vurğun adına 4 saylı orta məktəb, çanaqçı kənd orta və Qabaqtəpə kənd əsas məktəb binaları, 3 və 4 saylı uşaq bağçaları əsaslı və Zinzahal kənd, Zəylik kənd orta məktəb, Gurbulaq kənd əsas məktəb binaları cari təmir olunub. 2008-ci ildə isə məktəblərə kompüterlər verilib...
Səhiyyə: Heydər Əliyev Fondunun təşəbbüsü ilə Daşkəsən şəhər 2 saylı uşaq bağçası və Uşaq, Gənclər və İdman məktəbi binalarının əsaslı təmirinə başlanılıb.
2008-ci ildə rayon əhalisinə, 385 çarpayılıq 7 xəstəxana, 2 həkim ambulatoriyası, 25 feldşer-mama məntəqəsi xidmət göstərib. 2008-ci ildə Xoşbulaq kənd və Quşçu qəsəbə xəstəxanalarında, Yuxarı Daşkəsən həkim abulatoriyasında və Zəylik kənd feldşer-mama məntəqəsində təmir işləri görülüb. ötən il 80 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlanılıb və tikinti işləri davam etdirilir.
Sosial müdafiə: Respublikada son 5 ildə həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması cəmiyyətin sosial sifarişini əks etdirib. Vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində atılan bütün addımlar öz müsbət nəticələrini verir. Son beş ildə respublikada minimum əməkhaqqı 8 dəfə, orta əməkhaqqı 3,6 dəfə, minimum pensiyanın məbləği 4 dəfə artırılıb, yoxsulluq şəraitində yaşayanların sayı 49 faizdən 13,2 faizə enib.
2008-ci ildə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün müraciət edən 976 ailədən qanuna müvafiq olaraq 962 aztəminatlı ailəyə (4085 nəfər ailə üzvünə) ünvanlı dövlət sosial yardımı ödənilib. Bu, 2007-ci ilə nisbətən 12 faiz çoxdur. ümumilikdə, ötən il aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox tədbirlər həyata keçirilib. Pensiya və müavinətlərin vaxtında və ödənişin mütərəqqi üsullarla əhaliyə çatdırılması sahəsində xeyli işlər görülüb.
Belə ki, pensiya və müavinətlərin bankomatlarla verilməsi üçün Daşkəsən şəhərində bankomatlar quraşdırılıb. Hazırda 7724 pensiya, müavinət ödənişləri həmin bankomatlar vasitəsilə aparılır. Bu il isə yaşayış məntəqələrində əlavə bankomatların quraşdırılması nəzərdə tutulub.
Rayonda boş iş yerləri haqqında məlumatların toplanılması, işləməyən vətəndaşların uçotunun aparılması, əhalinin işlə təmin edilməsi və əmək yarmarkalarının keçirilməsi rayon Məşğulluq Mərkəzi tərəfindən həyata keçirilir. 2008-ci ildə Məşğulluq Mərkəzinə 381 nəfər işaxtaran vətəndaş müraciət edib, onlardan 286 nəfər (92 nəfər əmək yarmarka vasitəsi ilə) işlə təmin olunub.
Xatırladaq ki, respublikanın müxtəlif bölgələrində məskunlaşmış qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların problemlərinin həlli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Onun tapşırığı ilə 2007-ci ildə respublikada sonuncu çadır şəhərçiyi ləğv edilib.
Daşkəsən rayonunda 823 (3560 nəfər) qaçqın, 347 (1247 nəfər) məcburi köçkün ailəsi yerləşir. Onlara bir qayda olaraq daim qayğı və diqqət göstərilir. Məcburi köçkünlər üçün ayrılmış yardımların, o cümlədən, duru yanacağın onlara vaxtında çatdırılması təmin edilir.
Rabitə: Rabitə xidməti sahəsində də bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Bayan, Qaraqollar və Qabaqtəpə kəndlərinin hər birində 128 nömrə tutumlu EATS quraşdırılaraq istifadəyə verilib. 14 kənddə (Quytul, Əmirvar-Əhmədli, Alaxançallı, Muşavaq, Zivlən, Suqovuşan, Astaf, Almalı, Təzəkənd, çovdar, çıraqlı, Tapan, çaykənd, Yolçullar) 4 nömrə tutumlu peyk rabitə avadanlıqları quraşdırılıb. ümumilikdə, telekommunikasiya qovşağında 283 ədəd dayaq dəyişdirilib, 391 ədəd dayaq bərpa olunub, 9,6 km müxtəlif markalı kabel dəyişdirilib. 2009-cu ildə isə 3 kənd ATS-nin yeni müasir tipli elektron ATS-lərlə əvəz olunması nəzərdə tutulub.
Enerji məsələsi: Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edib, hazırda bir sıra ölkələrin enerji təhlükəsizliyində də önəmli rol oynayır. Qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın məqsədyönlü şəkildə şaxələndirilməsi ölkənin son beş il ərzində qazandığı uğurların əsası, növbəti illər üçün hərtərəfli inkişafının qarantı və baş verə biləcək hər hansı qlobal çətinliklərdən sığortalanmasıdır...
Əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su ilə təchizatının yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına bir sıra təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib. 2008-ci il ərzində elektrik avadanlıqlarının yeniləşdirilməsi və təmiri, yeni transformatorların alınıb quraşdırılması, transformatorların əsaslı təmiri, elektrik dayaqlarının təmiri üzrə bir sıra işlər görülüb. Belə ki, 76 y/stansiyada təmir işləri aparılıb, 20 ədəd transformator təmir edilib, 178 ədəd elektrik dayağı, 2980 kq zədəli naqil dəyişdirilib və 20,1 km EVX-də təmir işləri aparılıb. Daşkəsən şəhərinin küçələrinin işıqlandırma sistemi yenidən qurulub. ötən il əhali qrupuna 7,5 milyon kvt.saat elektrik enerjisi verilib. Qaz İstismar idarəsi tərəfindən 2008-ci ildə bir sıra tədbirlər, təmir-bərpa işləri həyata keçirilib. İdarənin maddi-texniki bazası daha da möhkəmləndirilib. Xoşbulaq, Quşçu, Bayan, Kəmərqaya və digər 9 sərhəd kəndlərinə 2008-2010-cu illərdə təbii qaz çəkilməsi nəzərdə tutulub. Hazırda Xoşbulaq kəndinə təbii qaz xəttinin çəkilişində və qazpaylayıcı stansiyanın operator binasında son tamamlama işləri görülür. Qaz İstismar İdarəsinin inzibati binası əsaslı təmir olunaraq yenidən qurulur. ötən müddət ərzində əhaliyə 3,2 milyon m3, (dəyəri 150,2 min manat) təbii qaz verilib, dəyəri isə 86,4 faiz (2007-cı ildə 73,2 faiz ) ödənilib.
2003-cü ildən başlayaraq respublikamızda büdcə xərclərinin artım dinamikası nəzərdə tutulan infrastruktur, sosial məsələlərin həllini, böyük iqtisadi, nəqliyyat, enerji layihələrinin həyata keçirilməsini reallaşdırıb. 2009-cu ilin dövlət büdcəsi də (dövlət büdcəsinin xərcləri 15,4 milyard, icmal büdcə 18,4 milyard, valyuta ehtiyatları 18 milyard dollar təşkil edir) bütün sahələrdə yüksəlişin davamlı olacağına, nəzərdə tutulan layihələrin həyata keçiriləcəyinə təminat yaradır.
Daşkəsən rayonunun 2008-ci il büdcəsinin yerinə yetirilməsi vəziyyəti və 2009-cu il büdcəsinin son beş illə müqayisəsi aşağıdakı kimidir: Rayonun büdcəsi 2005-ci ildə əvvəlki ilə nisbətən 36,9 faiz, 2006-cı ildə əvvəlki ilə nisbətən 40,5 faiz, 2007-ci ildə əvvəlki ilə nisbətən 55,3 faiz, 2008-ci ildə 2007-ci ilə nisbətən 35,2 faiz artaraq 9,9 mln. manat olub. 2009-cu ildə isə 2008-ci ilə nisbətən 33,9 faiz artaraq 10,5 mln.manat olub. Belə ki, 2008-ci ilin büdcəsinin icrası gəlirlər üzrə 94 faiz, xərclər üzrə 91,5 faiz yerinə yetirilib.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı ölkədə aparılan dövlət siyasətinin məntiqi davamı kimi hazırlanan 2009-2013-cü illər üçün Dövlət Proqramı bölgələrin, o cümlədən, hər bir kəndin problemlərinin həll olunmasına, ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşmasına səbəb olacaq.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)” layihəsinin ilkin variantı Daşkəsən rayonu üzrə işlənib hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.
Daşkəsənlilər Ulu öndərimizin siyasi kursuna sadiqdirlər...
Daşkəsən hər zaman siyasi fəallığı ilə seçilmiş rayonlardan biridir. Əlbəttə ki, bu işdə Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının da əməyi böyükdür. 76 ərazi ilk təşkilatını özündə birləşdirən YAP Daşkəsən rayon təşkilatının 3216 üzvü var ki, bunlardan 1106 nəfəri gənclər, 1259 nəfəri isə qadınlardır. YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev söyləyib ki, Azərbaycanda iqtidarla xalq arasında həmrəylik və sıx birlik müstəqilliyin möhkəmləndirilməsinin və inkişafının əsasını təşkil edir: “Azərbaycan xalqının 2008-ci ilin 15 oktyabr seçkilərindəki seçimi son beş ildə Prezident İlham Əliyevin uğurlu siyasətinə, ölkədə inkişaf və tərəqqiyə verilən qiymətin bariz təzahürüdür (seçkilərdə ölkə vətəndaşlarının 75,6 faizi iştirak edib, onlardan 88,7 faizi Prezident İlham Əliyevin namizədliyini dəstəkləyib). Oktyabrın 15-də keçirilmiş prezident seçkiləri bir çox beynəlxalq təşkilatlar və müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib və iqtidarın demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmət, hüquqi demokratik dövlətin əsaslarının möhkəmləndirilməsi kursunun dəyişməzliyinə sədaqətini əyani şəkildə nümayiş etdirib. 15 oktyabr 2008-ci il tarixdə keçirilən prezident seçkilərində daşkəsənlilər xüsusi fəallıq göstərib. Rayon seçicilərinin 91,65 faizi Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, müstəqil Azərbaycan Respublikasını işıqlı gələcəyə aparan Prezident İlham Əliyevə səs verib. Eyni aktivliyi referendumda da göstərmiş daşkəsənlilər bu fəallığı qarşıdan gələn bələdiyyə seçkilərində də nümayiş etdirəcəklər”.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
