/ / Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 31 mart soyqırımı ilə bağlı tədbir keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 31 mart soyqırımı ilə bağlı tədbir keçirilib
31.03.2018 [09:55]
Martın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə 31 mart soyqırımını əks etdirən fotosərgi və videosüjet nümayiş etdirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, QHT-lərin nümayəndələri, məcburi köçkünlər anım tədbirində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov tədbirdə çıxış edərək faciənin tarixi barədə danışıb. O bildirib ki, silahlı erməni-bolşevik birləşmələrinin 31 mart və 1-2 aprel tarixlərində azərbaycanlılara qarşı törətdikləri qırğınlar kütləvi xarakter daşıyıb, erməni silahlı dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.
Diqqətə çatdırılıb ki, XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq olub. Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımıdır.
Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli çıxışında deyib ki, bu soyqırımı zamanı ermənilər, eyni zamanda, tarixi abidələrimizi də vəhşicəsinə dağıdıblar. Ermənilərin xalqımıza qarşı düşmənçilik münasibətlərinin tarixi 200 il əvvələ gedib çıxır. 1905-ci ildə xalqımıza qarşı ermənilər tərəfindən ilk soyqırımı törədildi. Bundan sonra bu soyqırımları ardıcıl xarakter aldı. Xocalı, Qaradağlı faciələri və digər qətliamlar bu düşmənçilik siyasətinin davamı idi.
Vurğulanıb ki, mart soyqırımına ilk siyasi-hüquqi qiymət Ulu öndər Heydər Əliyev tərəfindən verildi. Məhz Onun imzaladığı Fərmanla hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun sədr müavini Firdovsi Kazımov xatırladıb ki, 1920-ci ildə Zəngəzur və bir sıra digər Azərbaycan torpaqları Ermənistan SSR-in ərazisi elan edildi. Sonrakı illərdə bu ərazilərdə yaşayan soydaşlarımızın deportasiyası siyasətini genişləndirmək üçün yeni vasitələrə əl atıldı. Bunun üçün ermənilər SSRİ Nazirlər Sovetinin qərarları əsasında 1947, 1948 və 1953-cü illərdə azərbaycanlıların öz doğma torpaqlarından deportasiyasına dövlət səviyyəsində nail oldular.
F.Kazımov təmsil etdiyi qurumun hesablamalarına əsasən 1988-1994-cü illərdə Ermənistanın silahlı təcavüzü nəticəsində ölkəmizə 819 milyard dollardan çox həcmdə zərər dəydiyini deyib.
Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiə Qarayeva bildirib ki, ermənilərin bu soyqırımını törətməkdə əsas məqsədləri “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək idi. Bu soyqırımı təkcə Bakıda deyil, digər bölgələrimizdə də həyata keçirilirdi. Ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin ən dəhşətlilərindən biri də Xocalı soyqırımıdır. Ermənilər işğal etdikləri torpaqlarımızda bu gün mədəni terror həyata keçirirlər. Oradakı tarixi abidələrimiz dağıdılır, Qafqaz Albaniyasına aid abidələr isə erməni tarixi abidələri kimi təqdim edilir. Hazırda ölkəmizdə bu soyqırımının bütün dünyada tanıdılması istiqamətində mühüm işlər görülür.
Bakı Dövlət Universitetinin müəllimi, tarixçi alim Nazim Vəlişov 31 mart soyqırımı ilə bağlı tarixi faktları diqqətə çatdırıb. O deyib ki, XX əsrin sonlarında xalqımızın başına gətirilən faciələr əsrin əvvəllərində törədilənlərin davamı olub.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

