Ağdaş rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib
15.03.2018 [10:01]
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayonunda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Heydər Əliyev Mərkəzində və Habil Əliyev adına musiqi məktəbində rayon sakinləri ilə görüş keçirib.
Bu barədə AZƏRTAC-a Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorundan bildirilib.
Tədbiri giriş sözü ilə açan Ağdaş rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Novruzova qeyd edib ki, tibbi xidmətlərin Ağdaş rayon sakinlərinin hər biri üçün əlçatan olması və icbari tibbi sığortanın tətbiqi ilə bağlı çevikliyin artırılması üçün zəruri olan bütün mexanizmlər dövlət başçısının müvafiq Fərmanında öz əksini tapıb.
Ağdaş rayonunda keçirilən tədbirlərdə Agentliyin əməkdaşları Sadiq Mədətov və Tural Qulu icbari tibbi sığortanın əhəmiyyəti və üstünlükləri haqqında təqdimatla çıxış ediblər. Çıxışçılar icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlər haqqında məlumat verib, Azərbaycanda universal və dayanıqlı tibbi sığorta modelinin tətbiqini Agentliyin əsas prioriteti olduğunu vurğulayıblar.
Bununla yanaşı, tədbir iştirakçılarına baza zərfi çərçivəsində təminat verilən 1829 adda tibbi xidmətlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, pilot layihə çərçivəsində təminat verilən tibbi xidmətlərdən 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verilir.
Tədbirlərin sonunda agentliyin əməkdaşları əhalini maraqlandıran sualları cavablandırıblar.
Əhalinin məlumatlandırılması məqsədi ilə keçirilən tədbirlərdə bukletlər paylanılıb, posterlər vurulub.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ağdaş rayon İcra Hakimiyyəti ilə birlikdə mart və aprel ayları ərzində əhali ilə silsilə maarifləndirici görüşlərin keçirilməsini nəzərdə tutub.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15

