Mütərəqqi məhkəmə islahatları uğurla davam etdirilir
28.02.2018 [09:58]
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tədbirdə çıxış edərək ötən ilin Azərbaycan üçün uğurlu olduğunu, təməli dahi öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət inkişafı kursunun müvəffəqiyyətlə həyata keçirildiyini, dünyada baş verən siyasi və iqtisadi təlatümlərə, qlobal böhranlara baxmayaraq, ölkəmizdə sabitliyin və intensiv inkişafın təmin edildiyini vurğulayıb.
Qeyd olunub ki, 2017-ci ildə Məhkəmə-Hüquq Şurası tərəfindən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, bu sahədə yeni qanunvericilikdən irəli gələn məsələlər, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və məsuliyyət hissinin yüksəldilməsi, korrupsiya, süründürməçilik və digər neqativ halların aradan qaldırılması, hakimliyə namizədlərin seçimi ilə bağlı 30-dək məsələyə baxılıb, bu tədbirlər KİV-də geniş işıqlandırılıb.
Dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsi barədə 2017-ci il 10 fevral tarixli Sərəncamı bütün hüquq mühafizə orqanları və məhkəmələr üçün “Yol xəritəsi”nə çevrilib. Bu müstəsna əhəmiyyətə malik sənədin icrası üzrə tədbirlər Məhkəmə-Hüquq Şurasında müzakirə olunub, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliklər edilib, həbs qətimkan tədbirinin seçilməsi qaydası təkmilləşdirilib, onun müddətinin uzadılmasına təsirli nəzarət mexanizmləri yaradılıb.
Qeyd olunub ki, görülmüş ardıcıl tədbirlər nəticəsində istintaq təcridxanalarına daxil olan həbs olunmuş şəxslərin sayı əvvəlki illə müqayisədə 25 faizədək azalıb, müxtəlif əsaslarla həbsdən azad edilənlərin sayı isə 15 faiz artıb. Həmçinin həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmələrə verilən təqdimatların sayı 26 faiz, həbsdə saxlama müddətinin uzadılması barədə müraciətlərin sayı isə üçdəbir qədər azalıb.
2017-ci ildə səlahiyyət müddəti başa çatmış 130-dan çox hakimin fəaliyyəti qiymətləndirilib. Ciddi qanun pozuntularına yol verdikləri aşkarlanan 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilib. Yuxarı instansiya məhkəmələrində mövcud vakansiyaların komplektləşdirilməsi diqqətdə saxlanılaraq, 15 nəfər ali və apellyasiya məhkəmələrinə irəli çəkilib.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər çərçivəsində 12 hakim intizam məsuliyyətinə cəlb edilib, 1 nəfərin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 1 nəfər intizam qaydasında tutduğu vəzifədən azad olunub, digər tədbirlər görülüb.
İclasda ötən il hakimliyə namizədlərin seçimi prosesinin davam etdiyi, şəffaf prosedurlarla keçirilmiş imtahanlarda müvəffəqiyyət qazanmış 126 namizədin 2017-ci ilin yanvarından uzunmüddətli tədrisə cəlb edildiyi vurğulanıb. Kurs zamanı onların beynəlxalq təcrübəni öyrənmələrinə xüsusi önəm verilib, bütün hakimliyə namizədlər Türkiyədə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsində nəzəri və praktiki təlimlər keçiblər.
Bildirilib ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında müasir məhkəmə infrastrukturunun yaradılmasının əhəmiyyəti nəzərə alınaraq, bu sahədə ardıcıl işlər görülüb, Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində və dövlət büdcəsi hesabına İmişli və Qəbələ Rayon məhkəmələri üçün inşa edilmiş yeni müasir məhkəmə binaları istifadəyə verilib. Sumqayıt Məhkəmə Kompleksinin, Bakı şəhəri Suraxanı və Binəqədi, habelə Masallı və Zaqatala Rayon məhkəmələri üçün inzibati binaların inşası davam etdirilib.
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi üçün inşa edilmiş yeni müasir binanın istifadəyə verilməsi məhkəmə hakimiyyətinə böyük etimadın və yüksək qayğının təzahürüdür.
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə məqsədyönlü tədbirlər məhkəmə işlərinin keyfiyyətinə də təsir göstərib. Ötən il birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 97,6 faizi, hökmlərin isə 88,3 faizi dəyişdirilməyərək sabit qalıb.
Məhkəmə səhvlərinin aradan qaldırılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq 2017-ci ildə nüfuzlu beynəlxalq təşkilatlar, tanınmış ekspertlər və təcrübəli hakimlərinin iştirakı ilə 500-dən çox hakimi əhatə edən 30-dan artıq tədris tədbirləri təşkil olunub, insan haqları, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, etik davranış qaydaları ilə bağlı mövzuların tədrisinə üstünlük verilib.
Eyni zamanda, Ədliyyə Akademiyası müasir İKT ilə təchiz edilib və Avropa Məhkəməsinin hakimləri və təcrübəli ekspertlərin iştirakı ilə video-konfrans vasitəsilə distant təlimlərin keçirilməsinə başlanılıb.
Məhkəmə sistemində aparılan islahatlar mötəbər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. 2017-ci ildə Avropa Şurası tərəfindən keçirilən müsabiqədə Azərbaycan Məhkəmə-Hüquq Şurasının “Məhkəmənin Nəbzi: İdarəetmədə İnqilab” layihəsi “Ədliyyənin Kristal Tərəzisi” nüfuzlu mükafatına layiq görülüb.
Həmçinin Avropa Şurasının müraciəti əsasında ötən il Azərbaycan nümayəndə heyəti tərəfindən Moldovaya səfər edilib, məhkəmə infrastrukturunun yaradılması sahəsində Azərbaycanın müsbət təcrübəsi bölüşülüb. Moskva Şəhər Məhkəməsi sədrinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti ölkəmizə səfər edərək məhkəmə sistemimizdəki yenilikləri, o cümlədən elektron məhkəmənin tətbiqi təcrübəsini öyrənib.
İclasda təşkilati məsələlərə də baxılıb, Ali Məhkəmənin sədri, Şuranın üzvü Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar dövlətimizin başçısı tərəfindən yenidən həmin vəzifəyə təyinatının məhkəmə hakimiyyətinə yüksək etimadın təzahürü olduğu vurğulanıb. Şuranın yeni üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev təqdim olunub, Fikrət Məmmədov yenidən Şuranın sədri seçilib.
Eyni zamanda, 2018-ci ildə səlahiyyət müddəti başa çatan 100-dək hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi məsələləri müzakirə edilib, dövlətimizin başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı tapşırıqları vurğulanıb. Hakimlər tərəfindən etik davranış qaydalarına dürüst əməl edilməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının alınması üzrə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
Şurada qanunvericiliyin tələblərinin pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Samir Mayılovun iş yerinin intizam qaydasında dəyişdirilməsi barədə qərar qəbul edilib. Həmçinin Binəqədi Rayon Məhkəməsinin hakimi Mirheydər Zeynalova töhmət verilib, Nəsimi Rayon Məhkəməsinin hakimi Elman İsayevə irad tutulub, habelə bir hakim barədə intizam icraatı başlanılıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

