Onun ən böyük şeiri Azərbaycan idi...
18.09.2026 [08:59]
Şəhriyarın anım günüdür
Bəzi insanlar dünyadan köçür, sözləri yaşayır. İllər keçir, nəsillər dəyişir, onların yazdıqları yenə oxunur, yenə sevilir. Məhəmmədhüseyn Şəhriyar da belə şairlərdəndir.
Bu gün onun anım günüdür. Şəhriyarı xatırlayanda ilk ağıla gələn yalnız şeirləri deyil, həm də onun böyük sevgisi, həsrəti, doğma torpağa bağlılığı və sözə olan sevgisidir.
Şəhriyarın ədəbiyyata marağı hələ uşaqlıq illərindən başlayıb. O, 7 yaşından Azərbaycan dilində, 9 yaşından isə farsca şeirlər yazmağa başlayıb. Hafizin, Məhəmməd Füzulinin qəzəllərini oxuyub, onların yaradıcılığından bəhrələnib. Sözə olan sevgisi onun üçün sadəcə yaradıcılıq deyil, həyatının bir hissəsi olub.
Şəhriyarın həyatında elə bir sevgi var idi ki, bu sevgi onun yaradıcılığında da dərin iz buraxdı. Tələbəlik illərində Sürəyya adlı bir qıza aşiq olan şair ona şeirlər həsr edir. Deyilənlərə görə, Sürəyyanı şahın qohumlarından biri də sevirmiş. Bundan sonra Şəhriyara təzyiqlər başlayır və universitetin son kursunda o, Nişapura sürgün edilir.
Şairin Sürəyyaya olan sevgisindən doğan şeirlər arasında “Yar qasidi” xüsusi yer tutur. Sonralar Şəhriyar bu şeiri məclislərdə göz yaşları içində səsləndirirmiş.
Onun sevgisini ifadə edən məşhur sözlərindən biri belədir:
“Sürəyyanın eşqi olmasaydı, mən şair yox, həkim olardım...”
Bəlkə də bu cümlə Şəhriyarın həyatını ən sadə şəkildə izah edir. Bəzən bir insan, bir hadisə, bir ayrılıq insanın bütün taleyini dəyişir.
Şəhriyarın yaradıcılığının zirvələrindən biri isə “Heydərbabaya salam” əsəridir. Şair bu əsəri 1951-ci ildə yazıb. Doğma torpağın, uşaqlığın, kənd həyatının, insanların və xatirələrin poetik ifadəsi olan bu əsər böyük şöhrət qazanıb və müxtəlif dillərə tərcümə olunub.
Şəhriyar Azərbaycandan uzaqda yaşasa da, Azərbaycanla əlaqəsini heç vaxt kəsməyib. Azərbaycanlı şair və yazıçılarla məktublaşır, onların yaradıcılığını izləyirdi. O, Molla Pənah Vaqifin 250 illik yubileyinə gəlməyi də çox istəyirdi.
Hətta Bakıya gəlməsi üçün Yazıçılar Birliyi tərəfindən dəvət də göndərilir. Lakin deyilənlərə görə, dəvətnamə Şəhriyara deyil, başqa birinə çatır. Beləliklə, şairin Azərbaycana gəlmək arzusu da gerçəkləşmir. Həmkarı Məmməd Araz onun gələ bilməməsinə görə “Gəlmədi” adlı şeir yazır.
Şairin həyatı boyu yaşadığı həsrət onun yaradıcılığında daha böyük bir sevgiyə çevrilir. Onun poeziyasında da bu hissi görmək mümkündür. Onun üçün Azərbaycan yalnız bir coğrafiya deyildi. Azərbaycan onun uşaqlığı, xatirələri, dili, insanları və içində yaşatdığı böyük bir sevgi idi.
Şair ömrünün son günlərini Tehranın Mehr xəstəxanasında keçirir. 1988-ci il sentyabrın 18-də ağciyər iltihabı və ürək çatışmazlığından dünyasını dəyişir. Öz vəsiyyətinə əsasən Təbrizdə, Surxab qəbiristanlığındakı “Məqbərətüş-şüəra”da - “Şairlər məqbərəsi”ndə dəfn olunur.
Şəhriyarın həyatı bir daha göstərir ki, şair olmaq yalnız şeir yazmaq deyil. Yaşadığı sevgi, ayrılıq, həsrət və doğma yurda bağlılıq sözə çevrilir. O söz isə illər sonra belə insanın ürəyinə toxunur.
Şəhriyar da öz sözləri ilə yaşamağa davam edən şairlərdəndir. Onu oxuduqca sanki bir insanın ömrünü deyil, bir xalqın duyğularını dinləyirik.
Və bəlkə də Şəhriyarı unutmamağın ən gözəl yolu onun sözlərini yaşatmaqdır.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 14:40
Gündəm
09 Oktyabr 14:09
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47
Sosial
09 Oktyabr 11:44
İqtisadiyyat
09 Oktyabr 11:43
İqtisadiyyat
09 Oktyabr 11:43
Sosial
09 Oktyabr 11:43
Gündəm
09 Oktyabr 11:41
Siyasət
09 Oktyabr 11:23
Siyasət
09 Oktyabr 11:22
Siyasət
09 Oktyabr 11:22
İqtisadiyyat
09 Oktyabr 11:17
Sosial
09 Oktyabr 11:03
Siyasət
09 Oktyabr 10:57
Sosial
09 Oktyabr 10:50
İqtisadiyyat
09 Oktyabr 10:50
Analitik
09 Oktyabr 10:25
Gündəm
09 Oktyabr 10:19
Sosial
09 Oktyabr 09:42
Gündəm
09 Oktyabr 09:32
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Gündəm
08 Oktyabr 21:31
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Sosial
08 Oktyabr 20:25
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Gündəm
08 Oktyabr 18:46
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11

