Xocalı soyqırımı bəşəriyyət tarixində ən qanlı səhifələrdən biridir
23.02.2018 [10:18]
Konstitusiya Məhkəməsində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib
Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın məsul əməkdaşları Bakının Xətai rayonunda Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Konstitusiya Məhkəməsinin adından abidə önünə əklil və gül dəstələri qoyulub.
Sonra Konstitusiya Məhkəməsinin binasında bəşəriyyət tarixində ən qanlı səhifələrdən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsinə anım mərasimi keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən sədr Fərhad Abdullayev Xocalı soyqırımının erməni şovinistlərinin azərbaycanlılara qarşı XIX-XX əsrlərdə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixdə Azərbaycan xalqına qarşı ən dəhşətli və qanlı faciə - Xocalı soyqırımı törədilib. Həmin gecə Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə-yeksan edilib. Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin Xankəndidəki 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının iştirakı ilə bir gecədə azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 dinc sakin girov götürülüb, 150 nəfər itkin düşüb.
Sədr Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymətin Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli lider bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq təşkilatlara çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atıb, BMT, ATƏT, Avropa Şurası, digər beynəlxalq qurumlara, habelə xarici dövlətlərə bu qətliamın gerçək mahiyyətini çatdıraraq, dünya ictimaiyyətini erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Konstitusiya Məhkəməsinin sədri qeyd edib ki, son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində sistemli iş aparılır.
Bildirilib ki, 2012-ci və 2017-ci illərdə faciənin iyirminci və iyirmi beşinci ildönümləri ilə əlaqədar Bakıda yüz minlərlə insanın iştirakı ilə ümumxalq yürüşü keçirilib və dünyanın müxtəlif ölkələrində çoxsaylı tədbirlər təşkil edilib.
Sədr Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələri qeyd edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu sahədəki misilsiz xidmətlərini xüsusi vurğulayan F.Abdullayev bildirib ki, məhz bu uğurlu fəaliyyət nəticəsində hazırda dünyanın bir sıra ölkələri, ABŞ-ın 20-dən çox ştatı, həmçinin bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Bu səylərin nəticəsində artıq dünya ictimaiyyəti Xocalı faciəsi, torpaqlarımızın zəbt edilməsi ilə bağlı daha çox məlumatlıdır.
F.Abdullayev diqqətə çatdırıb ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın xidmətləri xüsusi yer tutur. Məhz Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayıb. Bu kampaniya çərçivəsində hər il yüzdən çox ölkədə genişmiqyaslı tədbirlər həyata keçirilir. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çəkilən və bir çox beynəlxalq mükafata layiq görülən “Sonsuz dəhliz” (Endless Corridor) sənədli filminin müxtəlif ölkələrdə nümayiş etdirilməsi Xocalı soyqırımı ilə bağlı həqiqətlərin tanınması baxımından böyük əhəmiyyət daşıyır.
Sədr F.Abdullayev çıxışına yekun vuraraq bildirib ki, Xocalıda azərbaycanlılara qarşı düşmən erməni silahlı dəstələrinin həyata keçirdiyi kütləvi qırğının soyqırımı olmasını beynəlxalq hüquq normaları da təsdiqləyir. Xocalı faciəsi tarixboyu yaddaşlardan silinməyəcək və bu qətliamı törədənlər layiqli cəzalarını alacaqlar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19

