/ / “İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilir
“İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilir
13.02.2018 [09:50]
Fevralın 12-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul olunmasına diqqət çəkərək, sənəddə əlilliyi olan şəxslərin təhsil hüququnun təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin edilməsi, onların təhsili üçün maneəsiz mühitin yaradılması və bütün dünyada aktual olan inklüziv təhsil vasitəsi ilə cəmiyyətə inteqrasiyasını təmin edən bütün amillərin nəzərə alındığını bildirib.
Rektor UNEC-də inklüziv təhsil sahəsində görülən işlərdən bəhs edərək, 2015-ci ildən universitetdə Əlilliyi olan tələbələr üçün mərkəzin fəaliyyət göstərdiyini deyib. O, Azərbaycanda inklüziv ali təhsildə ikili diplom proqramının ilk dəfə UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universiteti arasında həyata keçirildiyini qeyd edib. UNEC-də 26 fiziki məhdudiyyətli tələbənin təhsil aldığına diqqət çəkən Ə.Muradov onlara universitetin ictimai və sosial həyatında da fəal iştirak etmələri üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Rektor ötən il beynəlxalq reytinqlərdə dünyanın ən “yaşıl” 619 universitetindən biri seçilən UNEC-in inklüziv təhsil sahəsində də dünyanın ən yaxşı universitetləri ilə bir sırada dayanacağına əminliyini ifadə edib.
Çıxışına “inklüziv təhsil dedikdə ağla ilk gələn orta məktəblər olurdusa, ilk dəfə ali təhsil məkanında əlillərə doğru addım atan UNEC bu stereotipi dağıtdı” sözləri ilə başlayan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli UNEC-in Əlilliyi olan tələbələr üçün mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib.
Dünya Əngəllilər Vəqfinin (WDU) vitse-prezidenti Necdet Öztürk dünya əhalisinin 15 faizinin fiziki məhdudiyyətli olduğunu diqqətə çatdıraraq, onların təhsil hüququnun qorunmasının vacibliyini qeyd edib.
Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasında ali təhsilin olmasını vacib şərtlərdən biri kimi qiymətləndirən Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli bu istiqamətdə universitetlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri, Ombudsmanın əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə müşaviri Müqalib Mahmudov Azərbaycan əhalisinin 6 faizinin əlil olduğunu bildirərək, bunun MDB məkanında ən aşağı göstərici olduğunu diqqətə çatdırıb.
Konfrans çərçivəsində UNEC ilə Azərbaycan Əlil Təşkilatları İttifaqı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə UNEC-də əlilliyi olan şəxslərin abilitasiya və reabilitasiyası məqsədi ilə birgə effektiv pedaqoji prosedurların hazırlanması nəzərdə tutulub. Eyni zamanda birgə layihə, konfrans, seminar, təlimlərin təşkil edilməsi və digər məsələlər əks olunub.
Üç gün davam edəcək konfransda xarici və yerli mütəxəssislərin inklüziv ali təhsilin bütün istiqamətləri üzrə təlimləri təşkil ediləcək.
Konfrans UNEC, Dünya Əngəllilər Vəqfi (WDU), Azərbaycan Əlil Təşkilatları İttifaqı və Müstəqil Həyat İnkişaf və Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17

