/ / Gənclər prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər
Gənclər prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər
13.02.2018 [09:49]
Prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib
Fevralın 12-də Bakı Konqres Mərkəzində bu il aprelin 11-də keçiriləcək prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra Azərbaycanda dövlət gənclər siyasətinin uğurlarına həsr olunan film nümayiş etdirilib.
Filmdə Azərbaycanın dövlət gənclər siyasətinin banisi Ulu öndər Heydər Əliyevin və builki seçkilərdə gənclərin və idmançıların namizədi Prezident İlham Əliyevin yürütdükləri uğurlu siyasət nəticəsində əldə edilən nailiyyətlər əks olunub.
Toplantının moderatoru, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov bildirib ki, bu gün gənclər ölkə əhalisinin 30 faizindən çoxunu təşkil edir. Sevindirici haldır ki, hazırda gənclər regionda bütün sahələrdə lider dövlətə çevrilən güclü Azərbaycanda yaşayırlar. Ölkəmizdə gənclərin inkişafı və fəaliyyəti üçün hər cür şərait yaradılıb.
Seymur Hüseynov bu uğurların Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində əldə olunduğunu vurğulayıb. Qeyd edib ki, Gənclər Fondunun yaradılması, Gənclər mərkəzləri və evlərinin, Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi, gənclər üçün Prezident mükafatının təsis edilməsi Azərbaycan dövlətinin gənclərə və idmançılara göstərdiyi yüksək diqqət və qayğının əyani göstəriciləridir. Gənclərimiz prezident seçkilərində onlara bu mükəmməl şəraiti yaradan Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklər.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 2017-ci ilin oktyabrında Sankt-Peterburqda keçirilən beynəlxalq musiqi festivalında 850 iştirakçı arasında birinci yeri tutan tar ifaçısı, Azərbaycan Milli Konservatoriyasının tələbəsi Orxan Zeynalov, ötən il ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayaraq “İlin tələbəsi” adına layiq görülən Mahirə Əsədova, yunan-Roma güləşi üzrə dünya kubokunun qalibi, birinci Avropa Oyunlarının çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Rəsul Çunayev, futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ” klubunun üzvü Mahir Mədətov çıxışlarında ölkəmizdə gənclər üçün yaradılan şərait və imkanlardan bəhrələnərək əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər. Onlar gəncləri prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıblar.
Daha sonra Azərbaycanın Naxçıvan, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Gəncə-Qazax, Aran, Lənkəran, Şəki-Zaqatala, Quba-Xaçmaz, Dağlıq Şirvan, Abşeron iqtisadi rayonlarını təmsil edən gənclər çıxış edərək ölkəmizdə bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində yaşadıqları bölgələrdə yaradılan imkanlardan danışıb, seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.
Paytaxt gəncləri adından çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə təmsil etdiyi qurumun ölkəmizin altı bölgəsində regional mərkəzinin fəaliyyət göstərdiyini deyib. O, Gənclər üçün Təhsil Mərkəzinin də ölkə gənclərinə yaradılan əlverişli imkanlardan istifadə edərək uğurla fəaliyyət göstərdiyini, region gənclərini də əhatə edən layihə, aksiya və s. tədbirlər reallaşdırdığını diqqətə çatdırıb.
Toplantıya yekun vuran moderator Seymur Hüseynov ölkəmizin ictimai-siyasi həyatında daim yüksək fəallıqları ilə seçilən Azərbaycan gənclərinin aprelin 11-də keçiriləcək prezident seçkilərində də fəal iştirak edəcəklərinə, Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə əminliyini bildirib.
Sonda Əməkdar artist Tünzalə Ağayevanın ifasında mahnılar səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

