/ / RAGB RF-nin Milli Gənclər Şurası, müxtəlif regional təşkilatlar və gənclərin parlamentləri ilə fəal iş aparır
RAGB RF-nin Milli Gənclər Şurası, müxtəlif regional təşkilatlar və gənclərin parlamentləri ilə fəal iş aparır
06.02.2018 [10:00]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İvanovoda RAGB-nin V Qış Liderlik Məktəbi keçirilir
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə İvanovo şəhərində RAGB-nin V Qış Liderlik Məktəbi keçirilir.
AZƏRTAC xəbər verir ki, bu il məktəbin işində Rusiyanın Moskva, Sankt-Peterburq, İvanovo, Volqoqrad, Novosibirsk, Pskov, Vladimir, Rostov-Don, Həştərxan, Krasnodar diyarı, Dağıstan və digər regionlarının ali məktəblərində təhsil alan yüzdən çox rusiyalı və azərbaycanlı tələbə iştirak edir.
RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev açılış mərasimində çıxış edib. O deyib: “Liderlik məktəbinin 1997-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə təsis edilmiş Azərbaycan Gəncləri Günü ilə eyni vaxta düşməsi olduqca rəmzi məna daşıyır”.
E.Hacıyev bu cür tədbirlərin təşkil edilməsinə imkan yaradılmasına görə RAGB-nin sədri Leyla Əliyevaya, habelə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirərək vurğulayıb ki, belə tədbirlər istedadlı gənclərin potensialını üzə çıxarmağa, onların hər birinin lider keyfiyyətlərini aşkar etməyə şərait yaradır.
Emin Hacıyev deyib: “Sevindirici haldır ki, liderlik məktəbinin iştirakçıları arasında azərbaycanlı gənclərlə bərabər, müxtəlif millətlərin nümayəndələri də var. Buna görə biz fəxr edirik. Çünki Rusiya Federasiyası çoxmillətli ölkədir, burada müxtəlif xalqlar dinc yanaşı yaşayır, biz də Rusiya təşkilatı olaraq, millətlərarası münasibətlər sahəsində dövlət siyasəti və federal proqramların reallaşdırılması çərçivəsində fəaliyyət göstəririk. Biz RF-nin Milli Gənclər Şurası, müxtəlif regional təşkilatlar və gənclərin parlamentləri ilə fəal iş aparırıq”.
O, İvanovo vilayətinin Azərbaycan diasporunun rəhbəri, İvanovo şəhər Dumasının deputatı Sərraf Məmmədova da təşəkkürünü bildirərək xatırladıb ki, S.Məmmədovun dəvəti ilə artıq ikinci ildir RAGB-nin Qış Məktəbi bu diyarda keçirilir.
E.Hacıyev görüş iştirakçılarını gənclər birliyinin qarşıdakı planları barədə məlumatlandıraraq, gənclərə öz tövsiyələrini verib, həm ictimai fəaliyyətdə, həm də təhsildə onlara uğurlar arzulayıb.
Emin Hacıyev çıxışının sonunda deyib: “Bizim təşkilatın əsas məqsədi fəal Azərbaycan gənclərini maraqlı layihələrin həyata keçirilməsinə cəlb etmək və bu işi stimullaşdırmaqdır”.
İvanovo şəhər Dumasının deputatı Andrey Maqnitski görüş iştirakçılarını RAGB-nin Qış Məktəbinin açılışı münasibətilə təbrik edib, bu tədbirin keçirilməsi üçün məhz İvanovo vilayətindəki bir məkanı seçdiklərinə görə Qış Məktəbinin təşkilatçılarına təşəkkürünü bildirib.
“Yedinaya Rossiya” Partiyasının İvanovo regional bölməsinin İcraiyyə Komitəsinin rəhbəri Boris Murvanidze müxtəlif gənclər təşkilatlarının fəal qarşılıqlı əlaqələrindən danışıb. O deyib: “Biz 16 gənclər təşkilatının daxil olduğu Gəncləri Əlaqələndirmə Şurasının fəaliyyətini bərpa etmişik. RAGB də “bizim ailəyə” fəal qoşulub. Gənclər vilayətin ictimai həyatında nəzərəçarpacaq rol oynayır”.
Rusiya xalqlarının “Mı - Rossiyane” Gənclər Assambleyasının regional bölməsinin şura üzvü Elvin Məmmədov Qış Məktəbinin iştirakçılarının əldə edilmiş nailiyyətlərlə kifayətlənməyərək yaxşı oxumalarını və daha da inkişaf etmələrini arzulayıb.
Qış Məktəbinin açılış mərasiminin sonunda məktəb iştirakçıları müxtəlif mahnılar və milli rəqslər ifa ediblər.
RAGB-nin V Liderlik Məktəbində tələbə ittifaqlarının, ictimai təşkilatların fəalları iştirak edir. Onlar 4 gün ərzində panel sessiyalarında, tematik treninqlərdə və ustad dərslərində iştirak edəcəklər. RF-nin istedadlı gənclərlə iş sahəsində aparıcı mütəxəssisləri Qış Məktəbinin iştirakçılarına öz ideyalarını necə həyata keçirmək, hazır layihəni necə təqdim etmək barədə məsləhətlər verəcək, natiqlik istedadına aid məşğələlər keçirəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04

