RİİB və Milli Onkologiya Mərkəzi xərçəng xəstəliyi ilə bağlı maarifləndirmə aksiyası keçirib
06.02.2018 [09:59]
Xərçəng xəstəliyinin bütün dünyada ən əsas ölüm səbəblərindən biri olduğu hamıya məlumdur. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, Avropa regionunda qan dövranı sistemi xəstəliklərindən sonra bu xəstəlikdən ölüm halları ikinci yerdə gəlir.
Hər il fevralın 4-ü Ümumdünya Xərçəng Günü kimi qeyd edilir. Bakıdakı “Gənclik Mall” ticarət mərkəzində, Gəncə şəhərinin “ASAN xidmət” mərkəzlərində və “Gəncə Mall” ticarət mərkəzində Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin təşkilatçılığı və Heydər Əliyev Fondunun “Regional inkişaf” İctimai Birliyinin dəstəyi ilə bununla bağlı maarifləndirici tədbirlər keçirilir.
Milli Onkologiya Mərkəzinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elturan İsmayılov AZƏRTAC-a eksklüziv müsahibəsində xərçəngə qarşı beynəlxalq mübarizə gününün yaranma tarixindən ətraflı bəhs edib. O deyib: “Ümumdünya Xərçəng Günü 2000-ci il fevralın 4-də Parisdə Dünya Xərçəng Əleyhinə Birinci Konfransda qəbul edilmiş Xərçənglə Mübarizə Xartiyasına əsasən təsis olunub. Təşkilatçı qismində Beynəlxalq Xərçənglə Mübarizə İttifaqı (UICC) çıxış edir. Əsas məqsəd ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi, əhalinin xərçəng xəstəliyi haqqında məlumatlılığının artırılması, bu xəstəliyin ilkin mərhələdə aşkar edilməsi və müalicəsidir”.
Həmçinin xəstəliyin yaranma səbəbləri haqqında da danışan Mərkəzin şöbə müdiri bildirib: “Artıq bir neçə ildir ki, Azərbaycan Milli Onkologiya Mərkəzi Xərçəngə qarşı Beynəlxalq Mübarizə Günündə silsilə maarifləndirici tədbirlər təşkil edir. Bu tədbirlərin keçirilməsi onkoloji xəstəliklər, onların profilaktikası və müalicəsi haqqında əhalinin daha çox məlumatlandırılması baxımından çox səmərəlidir. Onkoloji xəstələrin sayının artmasında əsas amillər ekologiya, qidalanma rejimi, qida məhsullarının keyfiyyəti, yeni texnologiyaların tətbiqi ilə əlaqədar şüalanma və radiasiya səviyyəsinin yüksəlməsidir. Nəzərə alınmalıdır ki, ətraf mühitin çirkləndirilməsi təkcə onkoloji deyil, digər xəstəliklərin də yaranmasına səbəb olur.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında ən çox süd vəzisinin və uşaqlıq boynunun xərçənginə, kişilərdə isə ağciyər, nəfəs borusu, bronxlar və prostat xərçənginə rast gəlinir. Bu xəstəliyə daha çox 50 yaşdan yuxarı insanlar düçar olur. Xəstəliyin qarşısının alınması üçün profilaktiki tədbirlərin həyata keçirilməsini mühüm hesab edirəm və 35-40 yaşarası qadınlara mamoqrafiya müayinəsindən keçməyi məsləhət görürəm. Çünki bu, süd vəzi xərçənginin aşkar edilməsi üçün ən müasir və dəqiq metoddur. Bu xəstəlikdən özünü qorumaq üçün ildə bir dəfə həkim müayinəsindən keçmək lazımdır. Təəssüf ki, bir çox insan xəstəliyi haqqında onun gücləndiyi və artıq III-IV mərhələyə keçdiyi zaman öyrənir”.
Şöbə müdiri əlavə edib ki, Milli Onkologiya Mərkəzi “Regional İnkişaf” İctimai Birliyi ilə birgə mütəmadi qaydada regionlarda elmi-nəzəri konfranslar, habelə əhalinin onkoloji müayinəsini təşkil edir.
Qeyd edək ki, kampaniyanın gedişində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri və “Regional inkişaf” İctimai Birliyinin könüllüləri tərəfindən vətəndaşlara onkoloji xəstəliklərin profilaktikası haqqında faydalı məlumatların yer aldığı bukletlər paylanılıb. Bundan başqa, təcrübəli onkoloqlar bu xəstəliklərlə bağlı vətəndaşları maraqlandıran sualları cavablandırıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24

