ISESCO-nun baş direktoru “Bakı Dövlət Universitetinin dostu” adına layiq görülüb
23.12.2017 [10:04]
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 22-də Bakı Dövlət Universitetində olub.
AZƏRTAC xəbər verir ki, universitetin professor-müəllim heyətinin iştirakı ilə keçirilən görüşdə akademik Abel Məhərrəmov baş direktor Əbdüləziz bin Osman əl-Tuveycrinin dünyanın tanınmış siyasətçilərindən biri olduğunu, müasir dünyada təhsilin, elmin və mədəniyyətin inkişafına layiqli töhfələr verdiyini bildirib. ISESCO-nun fəaliyyəti barədə danışan rektor təşkilatın əsas məqsədinin İslam ölkələri arasında həmrəyliyi möhkəmləndirmək, qarşılıqlı əlaqələri daha da yaxşılaşdırmaq, İslam ölkələrinin əldə etdiyi uğurları, zəngin mədəniyyəti, elmi və incəsənəti dünyaya təqdim etmək olduğunu qeyd edib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradıldığını, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına layiq görüldüyünü, qurumun 30 illik yubiley xatirə qızıl medalı ilə təltif edildiyini diqqətə çatdırıb. Əbdüləziz bin Osman əl-Tuveycrinin ölkəmizə həmişə diqqət göstərdiyini vurğulayan rektor onun beynəlxalq arenada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə ədalətli və cəsarətli çıxışlar etdiyini də xatırladıb. Rektor ISESCO-nun baş direktorunun Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edildiyini, Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görüldüyünü, Azərbaycanın ali mükafatı olan “Dostluq” ordeni ilə təltif olunduğunu qeyd edib.
Sonra universitetin tarixi ilə bağlı videoçarx nümayiş etdirilib.
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri görüşdə çıxış edərək Azərbaycanda gedən davamlı inkişaf proseslərindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əldə olunan böyük uğurlardan danışıb. O, Azərbaycanın bu uğurlarının İslam dünyasında və ondan kənarda böyük maraqla qarşılandığını bildirib. Əbdüləziz bin Osman əl-Tuveycri qocaman ali təhsil ocağında olmasından məmnunluğunu ifadə edib, BDU-nun Azərbaycanın elm və təhsilindəki yerini və rolunu, o cümlədən son illər universitetin beynəlxalq nüfuzunun daha da artmasını yüksək qiymətləndirib.
Baş direktor ISESCO-nun Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini, təcavüzkarların torpaqlarımızı qeyd-şərtsiz tərk etməli olduqlarını söyləyib.
Əbdüləziz bin Osman əl-Tuveycri tolerantlıq mövzusuna toxunaraq dini, irqi ayrı-seçkiliyi pisləyib, Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin əmin-amanlıq, sülh şəraitində yaşadıqlarını vurğulayıb.
Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, ISESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə görüşdə çıxış edərək bildirib ki, ISESCO Azərbaycana daim dəstək göstərir, onu dünyaya nümunəvi dəyərlərə malik multikultural cəmiyyətə malik ölkə kimi tanıdır. Bir neçə il bundan əvvəl Bakı şəhəri ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan edilib. Bir il ərzində ölkəmizdə bununla əlaqədar bir çox tədbirlər keçirilib. Gələn il üçün isə Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı adına layiq görülüb. Qarşıdakı bir il ərzində bununla əlaqədar çoxsaylı tədbirlər təşkil olunacaq.
Sonra ISESCO-nun baş direktoru tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Əbdüləziz bin Osman əl-Tuveycri dünyada sülhün qorunmasında, xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsində böyük roluna, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə “Bakı Dövlət Universitetinin dostu” adına layiq görülüb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00

