Cocuq Mərcanlı sakinləri Ulu öndərin əziz xatirəsini daim uca tuturlar
13.12.2017 [10:45]
Xalqımızın dahi oğlu Heydər Əliyevin xatirəsi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakinləri tərəfindən daim uca tutulur. Cocuq mərcanlılılar Ümummilli lider Heydər Əliyevin xidmətlərini heç zaman unutmur, bu dahi insanın ruhuna sonsuz ehtiram nümayiş etdirirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı respublikamızın bütün bölgələrində olduğu kimi, Cəbrayılın Cocuq Mərcanlı kəndində də anım mərasimi keçirilib. Kənd sakinləri, müəllim və şagirdlər Ulu öndərin məktəbdəki büstü önünə tər gül dəstələri qoyaraq, dahi rəhbərə hörmət və ehtiramlarını bildiriblər.
Çıxış edənlər Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətimiz və xalqımız üçün gördüyü misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışı ilə respublikamızda bütün sahələrdə, o cümlədən ordu quruculuğunda yeni mərhələ başlandı. Ulu öndərin rəhbərliyi ilə 1994-cü il yanvarın əvvəllərində həyata keçirilən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə Füzuli rayonunun 21 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi.
Diqqətə çatdırılıb ki, Horadiz əməliyyatından 22 il sonra, ötən ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verərək hərb tariximizə daha bir şanlı səhifə yazdı. Həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Bu, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi. Bundan dərhal sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. İlkin olaraq, 50 mənzil və 100 yerlik məktəb binası tikildi, müvafiq infrastruktur yaradıldı. Uzun illər köçkünlük həyatı yaşayan Cocuq Mərcanlı sakinləri doğma yurdlarına qayıtdılar. Artıq Cocuq Mərcanlıda aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi də başa çatıb. Tezliklə daha 100 ailə öz doğma yurduna dönəcək.
Çıxışlarda Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb, işğal altında olan digər torpaqlarımızın da Ali Baş Komandanın rəhbərliyi ilə azad olunacağına inam ifadə edilib.
Tədbirdə məktəblilər Ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

