Tələbə qəbulu prosesi yekunlaşır
15.08.2009 [01:59]
Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib. Azərbaycanda ali məktəblərin boş qalan plan yerlərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə qəbulla bağlı aparılan müsabiqənin nəticələrinə həsr olunan tədbirdə M.Abbaszadə qeyd edib ki, ölkədə 17 il ərzində ilk dəfə olaraq müxtəlif ixtisaslar üzrə vakant yerlər qalmayıb. Belə ki, ali məktəblərin boş qalan 1554 plan yerinə 1022 abituriyent qəbul olub. Növbəti tədris ili üçün ali məktəblər üzrə ayrılan 29030 plan yerinə 28498 abituriyent qəbul olub. Abituriyentlərin ixtisaslarını düzgün seçdiklərini vurğulayan Komissiya sədrinin sözlərinə görə builki qəbul planı 98,17 faiz dolub. Qalan yerlərə abituriyentlər maraq göstərməyib. Boş qalan yerlərin əksəriyyətinin xüsusi qabiliyyət tələb edən ixtisaslar olduğunu söyləyən TQDK sədri dizayn və memarlıqla bağlı diqqət çəkməyən bəzi ixtisasların da adını qeyd edib. M.Abbaszadənin sözlərinə görə, orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə 6614 plan yerinə 6406 nəfər qəbul olub, onlardan 6069 nəfəri Azərbaycan, 337 nəfəri isə rus bölməsi üzrə təqdim olunan plan yerlərinə qəbul olub. Hətta regionda olan texnikumlarda da yerlər tamamilə dolub.
Ən yüksək ballar isə Dövlət İdarəetmə Akademiyası, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Neft Akademiyası, Azərbaycan Kənd Təsərrüfatı Universiteti və həmçinin, bir neçə özəl ali məktəblərin bir sıra fakültələrinə qəbulda qeydə alınıb. Ali məktəblərə qəbul olan abituriyentlərin 55,4 faizi 300-500 bal, 24,3 faizi 200-300 bal, 14,8 faizi 500-700 bal, 2,9 faizi 100-200 bal, 2,6 faizi isə 50-100 bal toplayıb, 996 nəfər isə 600 baldan çox toplayaraq ali məktəblərə qəbul olub.
Ancaq yüksək balla prosesdən kənarda qalanlar da olub. M.Abbaszadə bildirib ki, bu il IV ixtisas qrupunda 400-dən yuxarı bal toplayan 44 abituriyent, III qrupda isə 500-dən yuxarı bal toplayan 2 nəfər heç bir ali məktəbə daxil ola bilməyib.
Qəbul prosesi isə orta ixtisas məktəblərinə daha bir imtahandan sonra yekunlaşacaq. Son imtahan avqustun 30-da keçiriləcək. Bu, əsas (9 illik) təhsil bazasından orta ixtisas məktəblərinə keçiriləcək imtahandır. İmtahan Bakıda və müxtəlif bölgələrdə keçiriləcək. Abituriyentlər Azərbaycan dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər. Abituriyentə hər fəndən 15 sual təqdim olunacaq. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər test imtahanından əvvəl seçdikləri ixtisasın aid olduğu təhsil müəssisələrində qabiliyyət imtahanı verməlidir.
M.Abbaszadə bildirib ki, tam orta təhsil alanlar əsas təhsil bazasından texnikumlara sənəd verə bilməz.
Prosesin yekunundan narazılıq, imtahan nəticələri ilə bağlı hər hansı şübhələrlə bağlı məqama da toxunan M.Abbaszadə deyib ki, qurumun təşkil etdiyi imtahanlar ədalətli keçirilib. Buna baxmayaraq, narazı qalan şəxslər məhkəməyə müraciət edə bilər. Lakin əksər narazılar məhkəməyə deyil, TQDK-ya müraciət ediblər. Onlar ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında doldurulmuş cavablar vərəqi ilə əyani tanış olmaq istəyib. Komissiyaya 295 abituriyent rəsmən müraciət edib. M.Abbaszadənin sözlərinə görə, müraciət edənlər imtahanların cavablarından şübhələnib. Nəticədə 295 nəfər müraciət edənin 95-i, ümumiyyətlə, komissiyaya gəlməyib, digərləri TQDK ilə razılaşıb, 12 nəfər isə qaralama vərəqlərini göstərərək orada düzgün, əsas imtahan vərəqlərində isə cavabların səhv olduğunu bildirib: “Bir çox abituriyentlərin valideynləri də öz narazılıqlarını bildirib. Belə ki, valideynlər abituriyentin sınaq imtahanlarında yüksək bal toplaması, əsas imtahanda isə uğursuz iştirakından narazıdır. Bir çox hallarda uşaqlar öz valideynlərini sınaq imtahanlarının nəticələri ilə bağlı aldadırlar”.
TQDK 20 mindən artıq şifahi müraciəti də cavablandırıb. Müraciət müəlliflərinin əksəriyyəti qəbul qaydaları ilə əlaqədar izahatların verilməsini istəyib.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32
Siyasət
12 Yanvar 16:32
Sosial
12 Yanvar 16:31
YAP xəbərləri
12 Yanvar 16:15
Dünya
12 Yanvar 16:08

