Rusiya Azərbaycanlı Gənclər Birliyi “Coğrafi imla” aksiyasında iştirak edib
28.11.2017 [10:18]
Rusiyada “Coğrafi imla” beynəlxalq aksiyası keçirilib. Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) də aksiyada iştirak edib.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən “Coğrafi imla” aksiyası ölkənin bütün regionlarında keçirilib. M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında keçirilən tədbirə 15-dən çox RAGB fəalı qatılıb.
RAGB-nin İdarə Heyətinin üzvü Emin Hacıyev aksiyanın açılışında çıxış edərək Heydər Əliyev Fondunun vitse-prezidenti, təşkilatın rəhbəri Leyla Əliyevanın salamlarını çatdırıb, onun adından iştirakçılara bilik yarışmasında uğurlar arzu edib.
E.Hacıyev deyib ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi Leyla Əliyevanın rəhbərliyi ilə getdikcə daha güclü və nüfuzlu təşkilata çevrilir. “RAGB-nin böyük federal aksiyada iştirak etməsi bizim təşkilatın Rusiyada nüfuzlu və əhəmiyyətli birliyə çevrildiyinin sübutudur. “Coğrafi imla” Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən miqyaslı maarifləndirmə aksiyasıdır. Biz Rusiya Coğrafiya Cəmiyyətinin prezidenti Sergey Şoyqu başda olmaqla cəmiyyətin rəhbərliyinə aksiyada iştiraka dəvətə görə təşəkkürümüzü bildiririk”.
E.Hacıyev bu il Azərbaycanın da bu aksiyaya qoşulduğunu vurğulayaraq deyib: “Coğrafi imla” aksiyası M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında da keçirilib. Azərbaycandan başqa aksiyaya Argentina, Böyük Britaniya, Danimarka, Norveç, Serbiya, Suriya, Türkiyə, Çexiya, Çin, Rumıniya və digər dövlətlər də qoşulub”.
Daha sonra aksiya iştirakçıları imla yazıblar. Onlar 45 dəqiqə ərzində 30 suala cavab veriblər. Suallar üç blokdan - coğrafi anlayış və terminlərin izahının müəyyən edilməsi, coğrafi obyektlərin xəritədə müəyyən edilməsi, ədəbiyyat nümunələri fraqmentlərində coğrafi obyektlərin müəyyən edilməsindən ibarət olub. Düzgün cavablara görə iştirakçılar ən yüksək 100 bal ala bilərlər. İmlaların qiymətlərini dekabrın 25-dən sonra dictant.rgo.ru saytından öyrənmək olar.
Tədbirin sonunda E.Hacıyev iştirakçılara “Coğrafi imla” beynəlxalq təhsil aksiyasında iştiraka görə Şəhadətnamələr təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

