/ / Bakıda “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfrans keçirilib
Bakıda “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfrans keçirilib
25.11.2017 [00:22]
Noyabrın 24-də Bakıda “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Əhali Fondu (UNFPA), Uşaq Fondu (UNICEF), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Miqrasiya Təşkilatı (IOM), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə birgə təşkil edilib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın mövzusunun aktuallığından danışıb. O bildirib ki, hər il noyabrın 25-dən başlayaraq 16 günlük fəallıq kampaniyası çərçivəsində “Qadınlara və qızlara qarşı zorakılığa son!” layihəsi üzrə bir sıra tədbirlər həyata keçirilir. Bu tarix gündəlik həyatında zorakılığa məruz qalan çoxsaylı qadınlar adından bir çağırışdır. “Gender zorakılığına qarşı 16 günlük fəallıq kampaniyası” 25 noyabr Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü tarixindən başlayaraq 10 dekabr İnsan Hüquqları Günü tarixinədək davam edən beynəlxalq kampaniyadır. Kampaniyanın məqsədi gender əsaslı zorakılığın insan hüquqları kimi təbliği üçün yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır. Hicran Hüseynova qeyd edib ki, dünyanın ən ciddi problemlərindən biri olan gender əsaslı zorakılığın qarşısının alınmasında bütün ölkələr dövlət səviyyəsində iş aparır, mühüm qərarlar qəbul edirlər. Azərbaycan da bu prosesdən kənarda qalmayıb. Ölkəmizin qoşulduğu “Uşaq hüquqları və Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” ilk beynəlxalq Konvensiya da bunu deməyə əsas verir. “Prezident İlham Əliyevin rəhbərliyi və dəstəyi ilə qadın hüquqlarının qorunması, xüsusilə də məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası var. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunub. Ümumiyyətlə, Azərbaycanda gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində çox mühüm işlər görülür”, - deyə komitə sədri bildirib.
Hicran Hüseynova vurğulayıb ki, qadınların iqtisadi cəhətdən gücləndirilməsi onların zorakılığa məruz qalma səviyyəsinə də təsir edir. İqtisadi cəhətdən asılı olmayan qadın özünə inamlıdır, özünü daha rahat ifadə edə bilir. Xüsusilə, nisbətən daha aztəminatlı, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün qadınların kiçik və orta sahibkarlığa cəlb edilməsi, müxtəlif peşələrə sahib olması çox vacibdir. Bununla bağlı bir neçə bölgədə Qadın Resurs mərkəzləri yaradılıb. Bu sahədə müvafiq dövlət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatları ilə birgə keçirilən layihələr də öz səmərəsini verir.
Mövzu ilə bağlı fikirlərini bölüşən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin Əhali Fondunun ölkə üzrə nümayəndəsi Qulam İshaqzai bildirib ki, hazırda bu cür kampaniyaların keçirilməsi bütün cəmiyyətlərdə vacib hesab olunur. Qadınların hüquqlarının qorunması və bu istiqamətdə görülən işlər təşviq olunmalıdır. Bu, həm də insanların iradəsini nümayiş etdirir. Qulam İshaqzai Azərbaycan hökumətinin ölkədə hər bir qadının zorakılığın bütün formalarından tam müdafiə olunmasının təmin edilməsində qətiyyətli olmasının yüksək qiymətləndirildiyini deyib. O, zorakılıqdan əziyyət çəkənlərin müdafiəsini və zərərçəkənlərin bütün mərhələlərdə dəstək almasını təmin etmək üçün mexanizmlərin yaradılmasını vacib sayıb.
ABŞ-ın ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Uilyam Gil isə çıxışında bildirib ki, mövzu bu gün bütün dünya üçün aktualdır. Dünyada hər 3 qadından biri zorakılığa məruz qalır. Bu da cəmiyyətin inkişafına çox pis təsir edir. Bu problemlə mübarizədə müdafiə mexanizmləri ilə yanaşı, qanunvericilik sahəsində islahatlar və təşəbbüslər vacibdir. “Azərbaycanda bu sahədə böyük işlər görülüb və bu da təqdirəlayiq haldır”, - deyən Uilyam Gil birgə səylər nəticəsində gender əsaslı zorakılığın qarşısının alınması üçün effektiv milli istiqamətləndirmə və müdafiə mexanizmlərinin yaradılacağına ümidvar olduğunu bildirib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı zorakılıq faktına görə hər kəsin məsuliyyət daşıdığını və bütün dünyada bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və imkanların genişləndirilməsi istiqamətində işlərin görüldüyünü vurğulayıb. O deyib ki, Azərbaycan qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub və ölkəmizdə mükəmməl milli qanunvericilik bazası yaradılıb. Milli Məclisin komitə sədri vurğulayıb ki, bütün hallarda zorakılığın hər bir növü qəbuledilməzdir.
Sonra Daxili İşlər Nazirliyinin şöbə rəisi Adıgözəl Adıgözəlov, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini, “Gender əsaslı zorakılıq üzrə monitorinq qrupu”nun sədri Gülnaz İsrafilova və Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev mövzu ilə bağlı çıxış ediblər. Onlar qadınların hüquqlarının qorunmasının müasir dövrümüzdə mühüm önəm kəsb etdiyini vurğulayıblar.
Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, deputatlar, vətəndaş cəmiyyətinin, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxSosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42

