UNEC Gənc Müəllimlər Şurası yaradılıb
07.11.2017 [10:07]
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov gənc müəllimlərlə görüşüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Ulu öndər Heydər Əliyevin 2002-ci ildə universitetin 70 illik yubileyinə həsr olunan təntənəli mərasimdə ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələrini səsləndirdiyi mühüm nitqi nümayiş etdirilib.
UNEC-in rektoru Ümummilli liderin çıxışındakı “İqtisadiyyatı irəliyə aparmaq, dünyanın mürəkkəb maliyyə və iqtisadi sisteminə qoşulmaq üçün bizə müasir, hazırlıqlı, xarici dilləri bilən, dünya təcrübəsini mənimsəmiş gənclər lazımdır” fikrinə diqqət çəkib. Bildirib ki, son üç ildə UNEC-in pedaqoji və inzibati heyətinə Avropa, Amerika və Kanadanın nüfuzlu universitetlərindən məzun olan 300-dən çox gəncin cəlb edilməsi Ulu öndərin universitet qarşısında qoyduğu məqsəd və vəzifələrin tərkib hissəsidir.
Görüşdə UNEC-də həyata keçirilən “Gənc professorlar” və “Gənc müəllimlər” layihəsinin əhəmiyyəti vurğulanıb. Differensial əməkhaqqı sisteminə əsasən tərtib edilən müəllimlərin reytinq cədvəlində gənc müəllimlərin ön sıralarda yer almasının qürurverici olduğu diqqətə çatdırılıb. Gənc müəllimlər pedaqoji və tədqiqatçı bacarıqlarının daha da təkmilləşməsi məqsədilə mütəmadi həyata keçirilən yay və qış məktəblərinin üstünlüklərindən danışıblar. Pedaqoji heyət arasında kommunikasiyanın tam təkmilləşdirilməsinin zəruriliyini vurğulayan gənc müəllimlər təkliflərlə çıxış ediblər. Onlar gənc müəllimlərin potensialını daha da artırmaq və səmərəli istifadə etmək məqsədilə UNEC Gənc Müəllimlər Şurasının yaradılması qərarına gəliblər. Təklif müsbət qiymətləndirilib. Bildirilib ki, şuranın fəaliyyətə başlaması gənc müəllimlərin təşəbbüskarlığına təkan verməklə yanaşı, onların idarəetmə prosesində də fəal iştiraklarına zəmin yaradacaq.
UNEC-in Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev Gənc Müəllimlər Şurasının sədri seçilib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27

