Azərbaycandakı multikultural mühit ədəbiyyatımızın bütün dövrlərə aid örnəklərində əksini tapıb
02.11.2017 [10:08]
Noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə “Ədəbiyyatda və incəsənətdə multikulturalizm və tolerantlıq” mövzusunda elmi sessiya işə başlayıb.
AZƏRTAC xəbər verir ki, 2017-ci ilin MDB məkanında “Ailə ili” elan edilməsi ilə əlaqədar keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda multikultural həyat tərzinin böyük tarixi və ənənələri olduğunu bildirib. Ən qədim zamanlardan ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin birgə yaşadığını deyən akademik dərin dostluq və əməkdaşlıq mühitinin Azərbaycan ədəbiyyatının bütün dövrlərə aid örnəklərində özünün parlaq bədii əksini tapdığını vurğulayıb. İ.Həbibbəyli əsrlərboyu bir sıra yazıçı, şair və mütəfəkkirlərin əsərlərində multikulturalizm ənənələrinə rast gəlindiyini qeyd edib.
Ölkəmizdəki möhkəm multikultural dayaqlara malik tolerant mühitin müasir inkişafın əsas göstəricilərindən olduğunu bildirən akademik deyib ki, təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası özündə ölkədəki bütün xalqların və etnik qrupların birliyini, həmrəyliyini əks etdirir. Ulu öndərin “Hamımızın bir vətəni var. Bu, Azərbaycandır” təlimi ölkəmizdə birlik və həmrəyliyin, millətlərarası münasibətlərin əsasında dayanır. Ölkədə yaşayan bütün xalqları onların eyni dərəcədə inandığı və hörmət etdiyi vahid ideologiya - azərbaycançılıq ətrafında birləşdirmək müstəqil dövlətimizin mühüm nailiyyətidir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının 2016-cı ili ölkədə “Multikulturalizm İli” elan etməsi və il ərzində bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasi-ideoloji, ədəbi-mədəni tədbirlər Azərbaycan Respublikasında multikultural dəyərlərin daha da inkişaf etdirilməsinə və tolerantlıq mühitinin möhkəmləndirilməsinə xidmət edir. İ.Həbibbəyli “Multikulturalizm İli” çərçivəsində ölkəmizdə, o cümlədən akademiyanın bir sıra institutlarında genişmiqyaslı elmi konfransların təşkil olunduğunu, Fəlsəfə İnstitutunda multikulturalizm elmi-tədqiqat şöbəsinin yaradıldığını, əməkdaşların multikulturalizm və tolerantlıq məsələlərinə həsr olunan elmi əsər və məqalələrinin ictimaiyyətə təqdim edildiyini diqqətə çatdırıb.
Elmi məruzələrlə işini davam etdirən sessiyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənovun “Azərbaycan multikulturalizminin siyasi və hüquqi əsasları” mövzusunda məruzəsi dinlənilib. O, məruzəsində konstitusiyamızda və ayrı-ayrı qanunvericilik aktlarımızda multikultural mühitin formalaşmasına və multikultural təhlükəsizliyin təmin olunmasına qarant duran onlarla normanın mövcudluğunu diqqətə çatdırıb. R.Həsənov deyib: “Azərbaycanda din-dövlət münasibətləri, multilinqual rəngarənglik də qanunvericilik çərçivəsində qorunur. Azərbaycan multikulturalizmi modeli digər dövlətlər üçün örnək olduğuna görə bu gün dünyada geniş şəkildə öyrənilir. Bu modelin dünya ölkələrində təbliği və müqayisəli öyrənilməsi üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bir sıra akademik və siyasi layihələr həyata keçirir”.
Tədbirdə “Azərbaycan təsviri sənətində multikulturalizm” mövzusunda məruzə ilə çıxış edən, akademiyanın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə orta və XIX-XX əsrlərin kəsişməsində Azərbaycan incəsənətində multikulturalizmin qaynaqlarından, XX əsrin ikinci yarısından başlayaraq multikultural dəyərlərin geniş yayılmasından danışıb. Məruzəçi Azərbaycanın görkəmli fırça ustalarından Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Salam Salamzadə, Nadir Əbdürəhmanov, Asəf Cəfərov, Tahir Salahov, Altay Sadıxzadə, Sakit Məmmədov və digərlərinin dünyanın bir sıra ölkələrinə səfərləri nəticəsində yaratdıqları silsilə əsərlərin süjet və üslub xüsusiyyətlərini təhlil edib. Alim müstəqillik dövründə Azərbaycan rəngkarlığında postmodernizm üslubunun geniş yer aldığını, eyni zamanda, multikulturalizmin digər bir müstəqil xəttinin - heykəltəraşlığın inkişaf mərhələlərindən keçdiyini diqqətə çatdırıb. Ölkəmizdə görkəmli əcnəbi mədəniyyət xadimlərinə abidələrin qoyulduğunu, xaricdə isə Azərbaycanın böyük şəxsiyyətlərinə heykəllərin ucaldıldığını söyləyən natiq bu istiqamətin, ilk növbədə, heykəltəraşlar Ömər Eldarov və Natiq Əliyevin adları ilə bağlı olduğunu vurğulayıb.
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə “Multikulturalizm fəlsəfəsi” mövzusunda məruzəsində müasir qloballaşma dövrünün ən aktual problemlərindən birinin multikulturalizm olduğunu deyib. O, bəzi alim və siyasətçilərin irəli sürdükləri “multikulturalizmin öldüyü” barədə tezisin bu problemin aktuallığını inkar etmədiyini vurğulayıb. Qeyd olunub ki, bəzi sosioloq, hüquqşünas və politoloqlar hər hansı bir dövlətin konkret təcrübəsinə əsaslanaraq multikulturalizmi daha çox konsept kimi bəyan ediblər. İ.Məmmədzadə Bakıda keçirilən beynəlxalq humanitar, mədəniyyətlərarası dialoq forumlarının bu nəticəni yenidən təsdiqlədiyini və bir sıra mühüm tezisləri əsaslandırmağa imkan yaratdığını vurğulayıb.
Tədbirdə, həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təhsil şöbəsinin müdiri, sosiologiya üzrə ictimai elmlər doktoru Samir Səttarov, bu elm müəssisəsinin dissertantı Günay Nadirova və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27

