/ / Qaradağda “2017-2021-ci illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın qəbul olunmasına həsr olunmuş tədbir keçirilib
Qaradağda “2017-2021-ci illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın qəbul olunmasına həsr olunmuş tədbir keçirilib
24.10.2017 [10:08]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının Gənclər Birliyi və Qaradağ rayon Gənclər və İdman İdarəsinin “2017-2021-ci illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın qəbul olunmasına həsr olunmuş birgə tədbiri keçirilib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Millət vəkili bildirib ki, əsası Ümummilli lider tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğı ildən-ilə daha da artaraq onların fəaliyyətinin ən aktual istiqamətlərini əhatə edir. İstedadlı gənclərin təhsilinin stimullaşdırılması, gənc ailələrə dəstək, gənclərin məşğulluğu, sağlamlığı və fiziki inkişafı və bir sıra mühüm məsələləri özündə əks etdirən qanunların və dövlət proqramlarının qəbulu dövlət gənclər siyasətinin mütəmadi xarakter daşıdığını sübut edir.
Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov isə vurğulayıb ki, Ümummilli liderimiz Heydər Əliyev Öz siyasətində daima gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir çox Fərman və sərəncamlar imzalayan Ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib. Bu gün ölkəmizdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən idarə rəisi əlavə edib ki, Azərbaycanda intellektual gənclik yetişib və bu gənclər dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanıblar.
Sonda çıxış edən gənclər Azərbaycanda gənclərin sağlam nəsil kimi yetişməsi, onların inkişafı üçün həyata keçirilən dövlət siyasətindən razılıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

