/ / Nazirlər Kabinetində aparılan islahatlar idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir
Nazirlər Kabinetində aparılan islahatlar idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir
18.10.2017 [10:14]
Nazirlər Kabinetinin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılması və müasir postneft dövrünün çağırışlarına uyğun olaraq yeni idarəetmə mexanizmlərinin və qaydaların müəyyənləşdirilməsi Azərbaycanda həyata keçirilən və birbaşa qeyri-neft sektorunun inkişafına, eləcə də investisiya mühitinin yaxşılaşdırılmasına, idarəetmə aparatının çevikliyinin artırılmasına, idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov bildirib.
Vüqar Bayramov deyib: “Məlumdur ki, Nazirlər Kabinetinin iqtisadi islahatlarda rolunun və töhfəsinin gücləndirilməsi postneft dövrünün əsas çağırışları sırasındadır. O cümlədən 2016-cı ilin sentyabrında keçirilən referendumun nəticələrinə uyğun olaraq, idarəetmə aparatında çevikliyin formalaşması və yeni idarəetmə modelinin tətbiqi, eyni zamanda, Nazirlər Kabinetinin fəaliyyətinin səmərəliliyinin gücləndirilməsi əsas hədəflərdən biri idi. Nəticə etibarilə, biz referendumdan sonrakı dövrdə idarəetmə aparatının səmərəliliyinin artırılması istiqamətində addımların atılmasını və Azərbaycanda qeyri-neft sektorunun inkişafına hədəflənən islahatların struktur islahatları ilə müşayiət olunmasını görürük”.
Mərkəzinin sədri qeyd edib ki, bu baxımdan Nazirlər Kabinetinin yeni strukturu və qurumda aparılan islahatlar, nəticə etibarilə, iqtisadi islahatların dəstəklənməsi və eyni zamanda, iqtisadi islahatların təsirlərinin gücləndirilməsi və idarəetmə aparatında səmərəliliyin yüksəlməsinə birbaşa təsir göstərir. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda iqtisadi islahatlar həm struktur, həm institusional olaraq davam etdirilir. Məqsəd ondan ibarətdir ki, mövcud postneft dövrünün prioritetlərinə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsini hədəfləmiş islahatlar həm də struktur islahatları ilə dəstəklənsin. Nəticədə bu, idarəetmədə bir çeviklik formalaşdırır, proseslərə idarəetmə orqanlarının daha çevik, daha qısa zamanda səmərəli reaksiya verməsini təmin edir.
Vüqar Bayramov bildirib ki, Nazirlər Kabinetinin yeni strukturu həm də idarəetmə aparatında struktur islahatlarının genişləndirilməsi baxımından bir baza formalaşdırır. Məqsəd ölkədə daha çevik və səmərəli idarəetmə sisteminə nail olmaqdan ibarətdir. Xüsusən son illər həyata keçirilən islahatlar ondan xəbər verir ki, məhz bu istiqamətdə addımlar iqtisadi idarəetmədə üst qurumlardan biri olan Nazirlər Kabinetinin strukturunun təkmilləşdirilməsi, həm də digər dövlət qurumlarının daha çevik idarəetmə sisteminə malik olması baxımından əhəmiyyətlidir. Nazirlər Kabinetinin strukturunun dəyişdirilməsi və bu istiqamətdə aparılan islahatlar iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın aradan qaldırılması, qərarların çevikliyinin və səmərəliliyinin yüksəldilməsi və postneft dövründə daha müasir standartlara uyğun idarəetmənin formalaşdırılması üçün vacibdir. Bunu, eyni zamanda, son referendumun nəticələrinin iqtisadiyyata, eləcə də idarəetmə sisteminə müsbət təsirləri kimi də qiymətləndirmək lazımdır. Nəticədə bu, yalnız iqtisadi inkişaf deyil, həm də bütövlükdə cəmiyyətin inkişafı və ölkənin daha müasir və çevik idarəetmə sisteminə transformasiyası baxımından olduqca vacibdir.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

