/ / Professor Aida İmanquliyeva ərəb mühacirət ədəbiyyatına dair əsərləri ilə şərqşünaslıq elmini zənginləşdirib
Professor Aida İmanquliyeva ərəb mühacirət ədəbiyyatına dair əsərləri ilə şərqşünaslıq elmini zənginləşdirib
12.10.2017 [10:10]
Oktyabrın 10-da Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində bu təhsil müəssisəsinin və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə, böyük şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, ictimai xadim, professor Aida xanım İmanquliyevanın anadan olmasının 78-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Təhsil Kompleksinin tarix muzeyində 1957-ci ildə bu məktəbi qızıl medalla bitirmiş Aida xanım İmanquliyevaya həsr edilən foto-guşə ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova məktəbin məzunu, professor Aida İmanquliyevanın şərəfli ömür yolundan danışıb, elmi yaradıcılığının əhəmiyyətini diqqətə çatdırıb.
Qeyd olunub ki, Aida İmanquliyeva 1957-ci ildə 132 nömrəli orta məktəbi (indiki 132-134 nömrəli Təhsil Kompleksi) qızıl medalla, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini fərqlənmə diplomu ilə bitirib. 1966-cı ildə Moskvada namizədlik, 1989-cu ildə Tbilisidə doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda müxtəlif vəzifələrdə çalışan alim 1991-ci ildən ömrünün sonunadək bu elm müəssisəsinə rəhbərlik edib.
Görkəmli alim ərəb mühacirət ədəbiyyatına dair əsərləri ilə Azərbaycan, bütövlükdə dünya şərqşünaslıq elminə əvəzsiz töhfələr verib.
S.Xanlarova professor Aida xanım İmanquliyevanın böyük alim, pedaqoq, ictimai xadim, eyni zamanda, nəcib insan, qayğıkeş ana olduğunu xüsusi vurğulayıb.
Akademik Vasim Məmmədəliyev professor Aida İmanquliyevanın şərqşünaslıq elminin inkişafındakı müstəsna rolundan, qazandığı nailiyyətlərdən danışıb. Bildirilib ki, böyük alim Aida İmanquliyeva Azərbaycanın elm tarixində silinməz izlər qoyub. Azərbaycan elmində ərəb mühacirət ədəbiyyatının tədqiq edilib öyrənilməsi Aida xanım İmanquliyevanın adı və fəaliyyəti ilə bağlıdır. “Mixail Nüaymə və Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri” monoqrafiyalarının və müxtəlif mövzularda elmi məqalələrin müəllifi olan A.İmanquliyevanın əsərləri öz əhəmiyyəti və aktuallığı ilə diqqəti cəlb edir.
Vurğulanıb ki, professor Aida İmanquliyeva Vətənə yüksək intellektual səviyyəli, dərin mənəvi keyfiyyətləri ilə nümunə olan övladlar bəxş edib, şərəfli ana adını daha da ucaldıb.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov böyük alim Aida xanım İmanquliyevanın Azərbaycanın elm və təhsil tarixindəki müstəsna rolundan, cəmiyyətə, elmə, təhsilə, mədəniyyətə verdiyi əvəzsiz töhfələrdən danışıb. Qeyd olunub ki, Sərq-Qərb mədəni əlaqələrinin inkişafında professor A.İmanquliyevanın tədqiqatları xüsusilə böyük əhəmiyyət kəsb edib.
Professor Aida İmanquliyevanın xeyirxahlıq, saflıq mücəssəməsi olduğunu vurğulayan E.Əzizov alimin əziz xatirəsinin könüllərdə daim yaşayacağını bildirib.
Tədbirdə professor Aida İmanquliyevanın həyat və fəaliyyətindən bəhs edən film və alimin elmi-pedaqoji fəaliyyətini əks etdirən slayd nümayiş olunub.
Şagirdlər, gənc aktyorlar Aida xanım İmanquliyevanın məktəb və gənclik illərinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar göstərib, ərəb və digər xarici dillərdə şeir və mahnılar ifa ediblər.
Sonda tədbir iştirakçılarına böyük şərqşünas alim, professor Aida xanım İmanquliyevaya həsr olunmuş “Unudulmaz məzun - Aida İmanquliyeva (1947-1957)” kitabı (kitabın ideya rəhbəri 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova, müəlliflər “Respublika” qəzetinin müxbiri Gülşən Hüseynova və AZƏRTAC-ın müxbiri İbrahim Əsədovdur) təqdim olunub.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

