Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Han Moraal: Azərbaycan daim Beynəlxalq Prokurorlar Assosiasiyasına fəal dəstək verir

Han Moraal: Azərbaycan daim Beynəlxalq Prokurorlar Assosiasiyasına fəal dəstək verir

10.10.2017 [10:05]

Azərbaycan daim Beynəlxalq Prokurorlar Assosiasiyasına (BPA) fəal dəstək verir, bu qurumun qarşısında duran məsələlərin həllinə kömək göstərir.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 9-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilən kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq konfransda iştirak edən BPA-nın baş katibi Han Moraal jurnalistlərə müsahibəsində deyib.
“Kibercinayətkarlığa qarşı mübarizə hazırda aktual məsələlərdən biridir. Bu məsələdə beynəlxalq əməkdaşlıq mühüm rol oynayır. BPA müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirməklə kibercinayətkarlığa qarşı mübarizəyə dair treninqlər keçirir. Avropa Şurası və Avropa İttifaqı da müvafiq seminarlar təşkil edirlər. Belə mühüm mövzuya həsr olunan konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk”, - deyə H.Moraal vurğulayıb.

Paylaş:
Baxılıb: 697 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Ədəbiyyat

Gündoğanda ədəbiyyat

05 Sentyabr 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

05 Sentyabr 08:30  

Maraqlı

Gündəm

Dövlətin sosial qayğısı

04 Sentyabr 12:37  

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30