/ / Dövlət Komitəsində Tasua və Aşura günlərində məscidlərdə aparılan monitorinqin nəticələrindən danışılıb
Dövlət Komitəsində Tasua və Aşura günlərində məscidlərdə aparılan monitorinqin nəticələrindən danışılıb
05.10.2017 [10:10]
Oktyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. Müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Komitə sədri Mübariz Qurbanlı gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək bildirib ki, Dövlət Komitəsinin bütün respublika üzrə dini maarifləndirmə məqsədilə keçirdiyi tədbirlər öz bəhrəsini verir və qurum bu fəaliyyətini ardıcıl olaraq davam etdirməlidir. Ölkəmizdəki tolerantlıq mühitindən danışan Mübariz Qurbanlı vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.
Sonra Dövlət Komitəsinin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun Tasua və Aşura günü məscidlərdə aparılan xüsusi monitorinqlər barədə hesabat məruzəsi dinlənilib. Şöbə müdiri qeyd edib ki, DQİDK-nın Tədbirlər Planı hazırlanıb və həmin plana uyğun olaraq ardıcıl tədbirlər həyata keçirilməklə yanaşı, dini mərasimlərin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məhərrəmliklə bağlı qəbul etdiyi fətvada irəli sürülmüş şəri qaydalar əsasında keçirilməsi istiqamətində İslam dini icmalarının sədrləri, din xadimləri ilə müvafiq söhbətlər aparılıb, hər bir bölgənin yerli xüsusiyyətləri nəzərə alınmaqla qabaqlayıcı tədbirlər görülüb. Aşura mərasimlərinin sivil, milli adət-ənənələrimizə uyğun formada keçirilməsi istiqamətində həm QMİ, həm yerli icra hakimiyyətləri, həm də hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə müvafiq tədbirlər həyata keçirilib.
Ə.Zülfüqarovun sözlərinə görə, Tasua və Aşura günlərində Dövlət Komitəsinin rəhbərliyi də daxil olmaqla, əməkdaşları respublika üzrə məscid və ziyarətgahlarda keçirilmiş mərasimlərdə iştirak edərək, yaxından müşahidələr aparıblar. DQİDK-nın əməkdaşlarının respublikanın şəhər və rayonlarında apardıqları monitorinqlər, daxil olmuş məlumatların ümumi təhlilinin ilkin nəticələrinə əsasən, bu il Aşura mərasimi ümumilikdə sabit keçib, bəzi neqativ hallar istisna olmaqla, ciddi pozuntuya yol verilməyib.
Daha sonra Dövlət Komitəsinin hüquq və qeydiyyat şöbəsinin müdiri Səbinə Allahverdiyeva hesabat məruzəsi ilə çıxış edib. S.Allahverdiyeva qeyd edib ki, 9 ay ərzində 34 dini qurum (24 İslam təmayüllü dini icma, 10 kollec) dövlət qeydiyyatına alınıb. 2009-cu ildən 2017-ci ilin sentyabr ayına qədər cəmi 783 dini qurum dövlət qeydiyyatına alınıb ki, onların 755-i İslam təmayüllü, 28-i isə qeyri-İslam təmayüllüdür.
S.Allahverdiyeva deyib ki, rəhbərlik etdiyi şöbə tərəfindən Dövlət Komitəsinin rəsmi internet saytında dini qurumlar və qanunvericilik haqqında məlumatlara nəzarət edilir, hər bir əlavə və dəyişikliyin saytda yerləşdirilməsi üçün müvafiq məlumat verilir.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmovun bölgədə dövlət-din münasibətlərinin tənzimlənməsi vəziyyətini öyrənmək və bu sahədə müvafiq işlər görmək məqsədilə şöbənin icra etdiyi işlərin istiqamət və məzmunu barədə məruzəsi də dinlənilib. Hesabat dövründə şöbə tərəfindən bölgədə keçirilən maarifləndirmə tədbirləri barədə ətraflı məlumat verən C.Bəhrəmov dini ayrı-seçkilik və ideoloji cəhətdən zərərli dini ədəbiyyatın əhali arasında təbliği və paylanılmasına edilən cəhdlərin qarşısının alınması istiqamətində atılan addımlar barədə də danışıb.
Müşavirə müzakirələrlə davam edib və müvafiq tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

