Yuri Baturo: Azərbaycan Skautlar Assosiasiyası ilə çox sıx əlaqələrimiz var
19.08.2017 [09:39]
Belarusda skaut hərəkatı rəsmən 1991-ci ildə yaradılıb. Postsovet məkanında ilk skaut hərəkatlarından biri olan bizim təşkilatın bu gün təxminən 1200 üzvü var. Mən özüm artıq yetkin yaşda, orduda xidmətdən sonra təhsil sahəsində işləməyə başladım və skaut hərəkatı barədə o vaxt xəbər tutdum. Əlbəttə, Sovet İttifaqında böyümüş bizim nəsil pioner təşkilatını görüb. Bu təşkilatın bir sıra elementləri - şeypur, təbil, qalstuk, bayraq, yürüşlər, düşərgələr skaut hərəkatından mənimsənilib.
Belarus Respublikası Skaut Assosiasiyasının sədri, Bakıda keçirilən Dünya Skaut Konfransında iştirak edən Yuri Baturo bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Belarus skaut təşkilatının başçısı deyib: “Çox şadam ki, gənclər forumu və Dünya Skaut Konfransı məhz Azərbaycanda keçirilir. Sizə bir sirr açım: bundan əvvəlki, Sloveniyada keçirilən konfransda mən məhz sizin ölkəyə səs vermişdim. Azərbaycan Skaut Assosiasiyası ilə bizim çox sıx əlaqələrimiz var, çünki hər iki təşkilat Avrasiya regionuna aiddir və biz ən azı yarım ildə bir dəfə görüşürük. Fürsətdən istifadə edib, Azərbaycan Skaut Assosiasiyasının prezidenti İlyas İsmayıllını Dünya Skaut Komitəsinə seçilməsi münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm”.
Yuri Baturo vurğulayıb: “Bütövlükdə bu konfransın proqramı çox zəngindir. Qeyd etmək lazımdır ki, üç il bundan əvvəlki konfransda qarşıya qoyulmuş məsələlərin çoxu bu müddətdə öz həllini tapıb. Bununla yanaşı, deputatlar hələ öz həllini gözləyən yeni mühüm problemləri və məsələləri müəyyənləşdirərək, onları müzakirə ediblər. İş qrafikinin gərgin olmasına baxmayaraq təşkilatçılar qonaqların Bakı ilə və Azərbaycan mədəniyyəti ilə tanış olmaları üçün hər cür şərait yaradıblar. Bizi ekskursiyalara, konsertlərə, təqdimat mərasimlərinə aparıblar, ləzzətli kabablara və Azərbaycan mətbəxinin digər nümunələrinə qonaq ediblər. Dənizkənarı bulvarda və Azərbaycan paytaxtının mərkəzi rayonlarında gəzintidən çox məmnun oldum, burada klassik və müasir memarlıq nümunələrinin sintezi, xüsusən Bakı liman kompleksi rayonundakı göydələnlər məni heyran etdi. Xəzər dənizinin ilıq suyuna baş vurmaq üçün Abşeron çimərliklərindən birinə getməyə də macal tapdım. Yerli sakinlər bizi hər yerdə ürək açıqlığı və qonaqpərvərliklə qarşıladı. Yerli əhalidən yol soruşanda və ya şəkil çəkdirmək istəyəndə onlar bizə səmimi yardım göstərirdilər. Müsahiblərimiz bizim Belarusdan olmağımızı biləndə isə dərhal bizə komplimentlər deyirdilər. Bunu eşitmək xoş idi ki, burada yerli sakinlərin çoxu bizi Azərbaycanın ən yaxşı dostları hesab edir”.
Xəbər lenti
Hamısına baxSosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57

