Jurnalistlər yüksək etimada, diqqət və qayğıya görə Prezidentə minnətdarlıq edirlər
03.08.2017 [10:01]
Jurnalistlər üçün tikilən ikinci yaşayış binasının Milli Mətbuat Günü ərəfəsində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilməsi və üçüncü binanın təməlinin qoyulması cəmiyyətdə geniş əks-səda doğurub. Jurnalist kollektivləri, yeni mənzilin sevincini yaşayan media işçiləri göstərilən diqqət və qayğıya görə Prezidentə təşəkkür məktubları ünvanlamaqda davam edirlər.
AZƏRTAC xəbər verir ki, məktub müəllifləri mətbuatın inkişafı üçün yaradılan şəraitə, yüzlərlə jurnalistin mənzillə təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıq hisslərini çatdırır, KİV-in qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün daha səylə çalışacaqlarını bildirirlər.
“Kaspi” (rus dilində) qəzetinin baş redaktoru, Əməkdar jurnalist İlqar Hüseynov əsası böyük maarifpərvər Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatın müasir dövrümüzdə sürətlə inkişaf etdiyini, bunun KİV-ə və jurnalistlərə göstərilən yüksək diqqət və qayğı nəticəsində mümkün olduğunu vurğulayır. Yazır ki, uzun illər boyu mətbuatda işləmiş milli jurnalistika veteranlarına və bu xoşbəxt günü görə bilməyənlərin ailələrinə mənzillərin verilməsi böyük sevincə səbəb olub. Gözləmədikləri halda mənzil sahibi olmaları, çoxillik zəhmətlərinin dövlət tərəfindən ən yüksək səviyyədə qiymətləndirilməsi sevinc hissləri ilə yanaşı, sabahkı günə inamı da artırıb.
Məktubda daha sonra deyilir: “Cənab Prezident, Sizin, sözün əsl mənasında, bu böyük hədiyyəniz jurnalistləri çoxillik sıxıntılardan qurtararaq, onların mənzil problemini birdəfəlik həll etdi. 255 ailə Azərbaycan paytaxtının gözəl guşələrindən birində, Xəzərin sahilində tam təmirli, işıqlı və geniş mənzillərlə təmin olundu. Onların arasında rus dilində çıxan “Kaspi” qəzetinin üç əməkdaşı da var. Kollektivimiz bunu Azərbaycan dövlətinin və şəxsən Sizin jurnalist əməyini yüksək qiymətləndirməyinizin, problemlərimizə həssaslıqla yanaşmağınızın əyani təsdiqi kimi dəyərləndirir. Sizi əmin etmək istəyirik ki, ölkəmizin erməni təcavüzü ilə qarşı-qarşıya qaldığı bir vaxtda ideoloji cəbhənin layiqli nümayəndəsi olmaq üçün bundan sonra da maksimum qüvvə və səylə işləyəcək, qarşımıza qoyduğunuz vəzifələri layiqincə yerinə yetirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Prezidentə digər bir məktub “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli tərəfindən ünvanlanıb. O yazır: “Hörmətli Prezident, Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd olunması, mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin fəxri adlarla, orden və medallarla təltif edilməsi, qəzet redaksiyalarına maddi yardımlar göstərilməsi, eləcə də media nümayəndələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığınız sərəncamlar Sizin Azərbaycan mətbuatına, jurnalist əməyinə, söz və fikir azadlığına verdiyiniz yüksək qiymətin bariz nümunəsidir. Sizin Sərəncamınızla inşa edilən binada mənzil alan media təmsilçilərinin sırasında “Xalq Cəbhəsi” qəzetinin əməkdaşlarının - Arzu Şirinova və Mahir Zeynalovun da olması bizi qürurlandırdı. Göstərdiyiniz yüksək etimada və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu etimada layiq olmaq üçün bacarığımızı əsirgəməyəcək, Sizin tövsiyələrinizə uyğun olaraq milli-mənəvi dəyərlərimizi, dövlət və milli maraqlarımızı hər zaman üstün tutacaq, qarşımıza qoyduğunuz strateji hədəflərə çatmaq üçün yorulmadan fəaliyyət göstərəcəyik”.
Daha bir məktuba nəzər yetirək. “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev Ümummilli lider Heydər Əliyevin mətbuatın inkişafındakı xidmətlərini xatırladaraq yazır: “Məhz Ümummilli liderin qətiyyəti nəticəsində senzura ləğv edildi, media sahəsində mükəmməl qanunvericilik bazası yaradıldı. Hazırda Azərbaycanda müasir tələblərə cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu və qazanılan uğurlar bu reallığın nəticəsidir. Siz bu siyasəti uğurla davam etdirərək, söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayırsınız. İyulun 20-də daha 255 jurnalisti mənzillə təmin edərək onlara həyatlarının ən xoşbəxt günlərini yaşatdınız. Onların arasında “Azadinform” İnformasiya Agentliyinin əməkdaşları da var və buna görə Sizə kollektivimizin dərin minnətdarlığını bildiririk”.
Jurnalistlər üçün tikilən yeni binada “Xalq qəzeti”nin də 5 əməkdaşı mənzillə təmin edilib. Baş redaktor Həsən Həsənovun Prezidentə ünvanlanan məktubunda deyilir: “Möhtərəm cənab Prezident, iki ildən sonra 100 yaşını qeyd edəcək Azərbaycanın anadilli ən qocaman və aparıcı kütləvi informasiya vasitələrindən olan “Xalq qəzeti”nin kollektivi Sizə dərin təşəkkürünü çatdırır. Sizin xeyirxah təşəbbüsünüz, jurnalistlər üçün yaşayış binalarının tikilməsi, mənzillərin ədalətlə paylanması, böyük məsuliyyət tələb edən bu işin dövlətçiliyə və milli mətbuatımıza sədaqətli, prinsipial insanlara etibar edilməsi təqdirəlayiqdir. Kütləvi informasiya vasitələrinin inkişafına hərtərəfli qayğı və dəstəyinizə, söz və mətbuat azadlığına dəyərli töhfələrinizə görə Sizə bir daha minnətdarlığımızı bildirir, Azərbaycanın çiçəklənməsi naminə möhtəşəm fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40

