“Ailə üçün dəyər” mövzusunda tədbir keçirilib
02.08.2017 [10:06]
Dünən “Azərkitab”ın ofisində Gənc Vətəndaş İctimai Birliyi tərəfindən “Ailə üçün dəyər” mövzusunda tədbir keçirilib. Publika.az xəbər verir ki, tədbirdə ailə dəyərləri haqqında müxtəlif fikirlər səsləndirilib.
Birliyin icraçı direktoru, hüquqşünas Günel Səfərova bildirib ki, “Ailə üçün dəyər” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib. Layihə çərçivəsində bir sıra bölgələrdə - Xaçmazda, Lənkəranda, Ağdaşda müxtəlif maarifləndirici tədbirlərlə yanaşı, mütəxəssislərimiz tərəfindən peşəkar hüquqi xidmətlər verilib. G.Səfərova onu da qeyd edib ki, layihənin məqsədi daha geniş formada və mütəmadi şəkildə fəaliyyət göstərməkdir: “Uzun müddətdir Gənc Vətəndaş İctimai Birliyinin gerçəkləşdirmək istədiyi bir ideya var. “Ailə üçün dəyər” layihəsi yalnız 3 ay müddətinə davam edir. Bu müddətdən sonra insanlarla mütəmadi şəkildə işləmək üçün daimi bir qurum - Ailə Hüquq Akademiyasını yaratmaq istəyirik. 2016-cı ilin statistikasına baxsaq, çoxsaylı boşanma hallarının qeydə alındığını görəcəyik. Biz insanları ailə dəyərləri mövzusunda maarifləndirməklə bu göstəricilərin mümkün qədər azalmasına çalışırıq. Bizim əsas məqsədimiz müasir ailə modelinin, ailə dəyərlərinin formalaşdırılmasıdır”.
Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, ailə ən qədim ittifaqdır və yaddaşımızın xatırladığı ən qədim dövlətdir. Onun sözlərinə görə, böyük mənada dövlət məhz kiçik ailələrdən başlayır: “Ona görə də ailəni kiçik dövlət adlandırırlar. Ailə insanın bioloji növ kimi təkrar nəsil istehsalı prosesini təmin edən əsas müəssisədir”.
Millət vəkili Hikmət Babaoğlu bildirib ki, əsrlər ərzində Azərbaycan xalqının özünəməxsus ailə modeli formalaşıb. Azərbaycanlı ailə modelində üç nəsil - baba, nənə, ata, ana və nəvələr bir yerdə yaşayır. Bu isə təqribən 100 illik canlı yaddaşı özündə saxlamaqla avtomatik olaraq vizual və birbaşa şəkildə milli adət-ənənələrin, dilin, mənəviyyatın və mədəniyyətin ötürülməsi deməkdir. Ona görə də Azərbaycan modeli dünya xalqları sırasında unikal bir modeldir. Hikmət Babaoğlu qeyd edib ki, bu gün Azərbaycan dövləti tərəfindən ailələrin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. O cümlədən, ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı addımlar atılır. Millət vəkilinin fikrincə, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti institutları o qədər inkişaf edib ki, bu təşkilatlar belə ailə institutunun inkişafı istiqamətində lazımi ictimai layihələr reallaşdıra bilir: “Hesab edirik ki, Azərbaycan ailəsi bundan sonra da tarixi ənənələrinə sadiq qalaraq inkişaf edəcək”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirib ki, hər bir ölkənin özünə xas dəyərləri olduğu kimi Azərbaycanın da ən önəmli dəyərlərindən biri məhz ailə dəyərləridir: “Unutmaq olmaz ki, düzgün ailədə böyüyən gənclər bizim gələcək nəsildir. Ailə dəyərlərini o qədər müdafiə etmək lazımdır ki, bu ailədə yetişən gənclik sabah vətənpərvər, mühafizəkar və bir o qədər də mübariz ruhlu olsun. Elə gənclər yetişdirmək lazımdır ki, onlar sabah öz haqqları, eləcə də ailə dəyərləri uğrunda var güclərilə mübarizə apara bilsinlər”.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, valideyn sevgisindən məhrum qalan uşaqların sayının azalması və boşanma hallarının qarşısını almaq üçün ailə dəyərlərinə sahib çıxmaq lazımdır.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev bildirib ki, “Ailə üçün dəyər” layihəsi bu gün cəmiyyət üçün lazımlı nüansları istər maarifləndirici mövzularda, istərsə də səyyar hüquqi xidmətlər mövzusunda peşəkar şəkildə işlənib. Layihə əməkdaşları cəmiyyətə ailə dəyərlərini, onun vacibliyini aşılayaraq, sağlam cəmiyyətin formalaşmasına təkan verir.
Yeni Yazarlar Klubunun rəhbəri, kulturoloq Aydınxan Əbilov da müzakirə olunan mövzu haqqında fikirlərini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45

