Yardımlı Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevrilməkdədir
18.07.2009 [10:30]
Yardımlı rayonu Talış dağlarının şimal-qərb ərazisini əhatə edir. Şimaldan, qərbdən və cənub-qərbdən İranla həmsərhəd olan rayon əhalisinin sayı 56500 nəfər, ümumi sahəsi 667 km2-dir.
Mərkəzi, şəhər tipli Yardımlı qəsəbəsi olan rayonun ərazisi 90 kəndi əhatə edir. Bakıdan 300 km aralıda yerləşən Yardımlı Talış və Peştəsər dağ silsilələrinin şimal-qərbində, Peştəsər və Buravar silsilələri arasındakı çökəklikdə geniş bir ərazidə yerləşir.
Şinunkələk və Tarakən dağ zirvələrinə malik ərazi yayı quraq keçən mülayim isti iqlimə malikdir. Kollu və seyrək meşələrin əhatə etdiyi 20536 hektara yaxın ərazidə adları “Qırmızı Kitaba” düşmüş palıd, fısdıq, vələs, azat, dəmirağacı kimi nadir ağaclar üstünlük təşkil edir. Yardımlı-Lerik aralığındakı Zuvand yasaqlığına daxil olan Qız Qalası tarixi abidəsi dəniz səviyyəsindən təxminən 2200 metrdən çox yüksəklikdə yerləşir. Yerli əhali arasında təkcə haqqında müxtəlif əfsanələr dolaşan tək bu qalanın deyil, xarabalığa çevrilmiş Avaraq şəhəri, Moran bürcü və digər tarixi abidələrin də tədqiqata ehtiyacı var. Ərazidə tapılan küp və daş qəbirlər, əhali arasında gavur qəbirləri deyilən məzarlar da sübut edir ki, Yardımlı Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. 1924-cü ildə Yardımlıda olmuş arxeoloq-alim İ.Əzimbəyov burada üç dolmen qəbiristanlıq yeri aşkar edərək Yardımlıda bizim eradan əvvəl birinci minilliyə aid yaşayış məskənləri olduğunu müəyyənləşdirib. Dolmen məzarlıqlarından birində tapılmış maddi mədəniyyət nümunələrinin eradan əvvəl III-I əsrlərdə yaşamış döyüşkən Kadusi tayfalarına məxsus olduğu da aşkarlanmışdı. Məhz Yardımlı ərazisində aparılan tədqiqatlar zamanı məlum olub ki, Kadusi tayfaları farsdilli yox, türkdilli olublar. Belə məzarlara rayonun Xanbulaq, Şilavangə, Avun, Hamarkənd, Sırıq, Gölyeri və Astanlı kəndlərində rast gəlinir. Rayonun elə bir yaşayış məskəni yoxdur ki, oradan maddi-mədəniyyət abidəsi tapılmasın.
Yol mədəniyyəti
Yardımlı uca dağ zirvələri ilə əhatə olunduğundan yol işi həmişə problemli olub. Xüsusilə, qış aylarında rayon mərkəzi ilə ucqar kəndlərin əlaqəsi kəsilirdi.
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən sonra qısa vaxt ərzində 53 km uzunluğunda Masallı-Yardımlı yolu əsaslı surətdə yenidən qurularaq istifadəyə verilib. Maraqlıdır ki, ilk dəfə bu yol 1935-ci ildə inşa edilib və araba üçün nəzərdə tutulub.
2006-cı ildən başlayaraq 25 km uzunluğunda Sırıq-Arus-Astanlı, 46 km uzunluğunda Yardımlı-Deman yolunun 29 km hissəsi inşa edilib, 4 km uzunluğunda çanaxbulaq-Bərcan, 3 km uzunluğunda Şəfəqli Perimbel yolunda təmir işləri aparılıb. Əlavə olaraq rayon mərkəzində və Separadi, Horonu, Alçabulaq, Perimbel və Kürəkçi kəndlərində 10 körpü tikilib. Sırıq-Arus-Astanlı yolunda isə 3 yeni körpü tikilib, 3-ü isə əsaslı surətdə təmir olunaraq 8 suötürücü quraşdırılıb. Hazırda isə Yardımlı-Hamarkənd yolunda təmir işləri aparılır.
Yardımlıdan Amerikaya
1959-cu il noyabrın 24-də səhər saatlarında Yardımlı rayonunda böyük təbiət hadisəsi baş verdi. Və bu hadisə ucqar dağ rayonunu bütün dünyanın diqqət mərkəzinə çevirdi. Həmin tarixdə sovet astroloqlarının çoxdan gözlədikləri meteorit Yardımlı rayonunun Arus kəndinə düşdü. Tərkibi nikel, qrafit və digər elementlərdən ibarət qəlpələrin ağırlığı 127 kq-dan başlayaraq, 300 qrama qədər enirdi. Əsas qəlpələri Rusiya meteoritlər komitəsi muzeyində saxlanılan meteorit dünya alimlərinin böyük marağına səbəb olmuşdu. Akademik Mirəli Qaşqay həmin ili İngiltərə və ABŞ elmi-tədqiqat mərkəzlərinə dəvət olunaraq Yardımlı meteoriti haqqında məruzə edib. Bu ölkələrin müzeylərində Yardımlı meteoriti haqqında geniş məlumatlar indi də saxlanmaqdadı.
Sənayedə yüksək inkişaf tempi
Dağlıq rayon olduğuna görə iqtisadiyyatı heyvandarlıqdan və taxılçılıqdan ibarət olan Yardımlıda bağçılıqla da məşğul olurlar. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildikdən sonra isə rayonda özəl sektorun inkişafında bir oyanış baş verib. Belə ki, sahibkarlığın inkişafı ilə yanaşı, rayonda kənd təsərrüfatı məhsullarının istehsalında da yüksək göstəricilər qeydə alınıb.
Bundan başqa rayon mərkəzində xalça, mebel, çörək, pendir sexləri fəaliyyət göstərir. Sənaye məhsulunun istehsal həcmi ilbəil artır.
Son 5 il ərzində rayon üzrə ümumi daxili məhsul istehsalı 3.2 dəfə, sənaye məhsulları istehsalı 2.6 dəfə, tikinti işlərinin həcmi 8.6 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 3.5 dəfə arıb. 2008-ci il ərzində rayon üzrə 63.1 milyon manatlıq, 2007-cı illə müqayisədə 1.38 dəfə artıq ümumi məhsul istehsal olunub. Bu da onu göstərir ki, rayon üzrə təkcə ötən il ümumi iqtisadi artım 38 faiz təşkil edib.
Adambaşına düşən məhsul istehsalı 2003-cü ildə 369 manatdan 2008-ci ildə 1093 manata və yaxud 1374 dollara çatıb ki, bu da 2007-cı illə müqayisədə 291 manat artıqdır. ötən il 725.3 min manatlıq sənaye, 28 milyon 500 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmaqla yanaşı, əhaliyə 30 milyon 400 min manatlıq ticarət, 765.8 min manatlıq nəqliyyat, 229.2 min manatlıq rabitə xidməti göstərilib. İl ərzində 1 milyon 894 min manatlıq tikinti işləri həyata keçirilib.
Son 5 il ərzində rayon üzrə ümumi daxili məhsul istehsalı 3.2 dəfə, sənaye məhsulları istehsalı 2.6 dəfə, tikinti işlərinin həcmi 8.6 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 3.5 dəfə artmaqla yanaşı, əhaliyə göstərilən ticarət xidmətinin səviyyəsi 2.9 dəfə, nəqliyyat xidmətinin səviyyəsi 3.5 dəfə, rabitə xidmətinin səviyyəsi isə 2.4 dəfə artıq olub.
Təkcə ötən il rayon üzrə orta aylıq əmək haqqı 2003-cü illə müqayisədə 3.0 dəfə artaraq 198 manata çatıb. ümumi mənzil fondu isə artaraq ötən ildə 737.7 min kv metr təşkil edib ki, bu da adambaşına 12.8 kv metr mənzil sahəsi deməkdir. 2003-cü illə müqayisədə ümumi mənzil fondu və adambaşına düşən mənzil sahəsi 1.3 dəfə artıb.
Əhaliyə göstərilən ticarət, nəqliyyat və rabitə xidmətinin səviyyəsi də xeyli artıb.
Taxıl yığımı kampaniyası uğurla həyata keçirilib və son illər ən yüksək nəticə əldə edilib. Kənd əməkçiləri tərəfindən yetişdirilmiş məhsulun qısa müddətdə yığılması təmin edilib.
Turizmin inkişafı əsas məqsədlərdəndir
Rayonda turizmin inkişafına son illərdə daha çox yer verilir. Belə ki, Yardımlının coğrafi relyefi turizmin inkişafında və genişlənməsində əsas rol oynayır. Bu məqsədlə də “Deman” turizm istirahət kompleksi və “Şəlalə” istirahət mərkəzi tikilib turistlərin və əhalinin istifadəsinə verilib. “Göz narı” bulağı, “Qız qalası”, “Moran” bürcü, “Dəvə karvanı”, “Abidərdə” türbəsi, “Qazlı-Bulaq” və s. yerlər turizmin inkişafı üçün əlverişli məkan kimi diqqəti cəlb edir. Bu istiqamətdə abadlıq-quruculuq işlərinin daha da genişləndirilməsi, yeni sosial-mədəni obyektlərin tikilib istifadəyə verilməsi, turizm-istirahət komplekslərinin yaradılması planlaşdırılır.
Təhsil sahəsində görülən işlər imtahanların nəticəsində özünü göstərir
Rayonda ötən tədris ilində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsilə 11633 nəfər şagird cəlb edilib. Məktəblərdə şagirdlərin təhsililə 1180 nəfər müəllim məşğul olur. Belə ki, hər 10 şagirdə 1 müəllim düşür. Son iki ildə rayonun ümumtəhsil məktəblərinin maddi bazasının möhkəmləndirilməsi, yeni avadanlıqlarla təmini, yeni məktəb binalarının tikintisi və təmiri sahəsində xeyli işlər görülüb.
Son 4 il ərzində rayon üzrə 45 məktəb yenidən tikilib ki, onlardan da 38-i “Yeniləşən Azərbaycana yeni məktəb proqramı” çərçivəsində Heydər Əliyev Fondu hesabına inşa olunub. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına uyğun olaraq təkcə 2008-ci ildə rayon məktəblərinə 148 ədəd kompüter dəsti verilib.
Rayonun digər məktəblərində təmir-tikinti işləri davam etdirilir. Qəsəbə 1 saylı və Köryədi kənd orta məktəblərində yeni qızdırıcı istilik sistemi quraşdırılıb istifadəyə verilib.
Təhsilin maddi-texniki təchizatının yaxşılaşdırılması tədrisin keyfiyyətinə müsbət təsir göstərib. 2008-ci ildə 2007-2008-ci il məzunlarından 98 nəfəri müxtəlif ali, 62 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub. Onlardan 7 nəfəri Türkiyənin müxtəlif ali təhsil ocaqlarına, 1 nəfəri çin Xalq Respublikası və 1 nəfəri Rusiya Federasiyasının ali təhsil məktəblərində təhsil alacaq. Tələbə adını qazananlardan 3 nəfəri 600-dən artıq bal toplayıb. Kürəkçi kənd orta məktəbinin məzunu Məmiyev Vüsal İsbat oğlu 695 bal toplayaraq ali məktəbə qəbul olunub və ölkə başçısının Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.
Məktəblərdə ixtisas üzrə müəllim çatışmazlığını aradan qaldırmaq üçün dövlət başçısı İlham Əliyevin 14 sentyabr 2005-ci il tarixli Sərəncamına əsasən Yardımlıda pedaqoji kadrların hazırlanması üçün pedaqoji texnikumun açılmasına hazırlıq gedir.
Yardımlı rayonunda 6 xəstəxana, 14 ambulatoriya - poliklinika yardımı göstərən müalicə müəssisəsi fəaliyyət göstərir. 19 feldşer mama məntəqəsi var.
Həmin müəssisələrdə 55 həkim, 130 nəfər orta tibb işçisi çalışır. Rayonda əhalinin hər 10 000 nəfərinə 9,7 həkim, 22,9 orta tibb işçisi düşür. ölkə başçısının sərəncamı ilə səhiyyədə olan kadr çatışmazlığını aradan qaldırmaq üçün Yardımlıda tibb texnikumunun da açılması nəzərdə tutulub.
Son beş ildə əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirilib. Dövlət Proqramına uyğun olaraq 165 çarpayılıq Mərkəzi rayon xəstəxanasının əsaslı təmirindən başqa rayona verilmiş ən müasir avadanlıqlar hesabına bütün növ əməliyyatların yerli xəstəxanalarda aparılması artıq mümkün olub. İl ərzində digər mənbələr hesabına istismara yararsız vəziyyətdə olan bir neçə kənd həkim ambulatoriyaları və məntəqələri üçün yeni, müasir inzibati binalar tikilib istifadəyə verilib. Səhiyyənin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə rayon mərkəzi xəstəxanasına sanitar avtomobillər gətirilib. Artıq rayon əhalisinin təcili tibbi yardım çağırışına müasir avadanlıqlarla təchiz olunmuş üç yardım maşını cavab verir. Yeni sanitar maşınlarının alınması çağırışların yerinə yetirilməsində, vaxtında ilkin tibbi yardımın göstərilməsində mühüm rol oynayır.
Mədəniyyət və idman
Rayonda 60 kitabxana, 32 klub tipli müəssisə, 1 musiqi məktəbi fəaliyyət göstərir.
Rayonun mətbuat orqanı - “Zirvə” qəzeti ərazidə aparılan tikinti-quruculuq işlərini, digər sahələrdə əldə olunmuş nailiyyətləri, nöqsanları və problemləri işıqlandırır.
Gənc nəslin milli-mənəvi ruhda tərbiyə olunması, yeniyetmələrin fiziki sağlamlığının möhkəmləndirilməsi, onların təlim-tərbiyəsinin yüksəldilməsi sahəsində görülən işlərdə uğur qazanmaq üçün rayonda idmanın inkişafına xüsusi qayğı göstərilir. Son illər idmanın maddi-texniki bazasının inkişafına olan diqqət və qayğı nəticəsində Yardımlıda müxtəlif idman növləri üzrə respublika səviyyəli yarışların keçirilməsi üçün lazımi şərait yaradılıb. Rayonun mərkəzində salınmış 2.5 min nəfərlik stadion təkcə yerli idmançıların deyil, həm də sakinlərin sevimli məkanıdır.
Yerli idmançıların ixtiyarında Köryədi kənd orta məktəbinin binasında inşa edilmiş 288 kvm-lik üstüortülü idman zalı və bir şahmat məktəbi, kəndlərdə isə 64 sadə idman qurğusu var. Rayon idmançıları respublikanın Bakı, Gəncə, Quba, Cəlilabad, Masallı, Biləsuvar, Astara, Lənkəran və digər rayon və şəhərlərdə keçirilmiş idman yarışlarında Yardımlını layiqincə təmsil edir.
2008-ci ildə şahmat və kantakt karate üzrə respublika birincilikləri Yardımlıda keçirilib. Keçirilən yarışlarda rayon idmançıları yüksək nailiyyətlər əldə edərək karate üzrə respublika birinciliyinin fəxri yerlərini öz aralarında bölüşdürüblər. Futbol üzrə zona yarışlarında isə rayonun yeniyetmələri bütün görüşləri müvəffəqiyyətlə keçirərək, birinci yeri tutublar. Eyni zamanda, “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə zona çempionu olan Yardımlı gəncləri respublika birinciliyində 80 rayon arasında 4-cü yerə layiq görülüblər.
Əhaliyə göstərilən mədəni xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması üçün şəhərin mərkəzində yeni istirahət parkı tikilib istifadəyə verilməklə yanaşı, tarix-diyarşünaslıq muzeyində daxili tərtibat işləri yenilənib, bir sıra mədəniyyət müəssisələri, habelə, rayon mərkəzi kitabxanası əsaslı təmir olunub. Uşaq musiqi məktəbinin binasının qəzalı vəziyyətdə olması nəzərə alınaraq, məktəb yeni binaya köçürülüb.
Təmir, tikinti və abadlıq işləri davam edir
Yardımlının tarixində ən böyük quruculuq ili olan 2008-ci il rayonun sosial-iqtisadi həyatında ciddi irəliləyişlərlə müşayiət olunub. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda, habelə, Dövlət Proqramına əlavə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 14 sentyabr 2005-ci il tarixli Sərəncamda rayon üçün nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilib. Yardımlı şəhəri və digər yaşayış məntəqələrinə qaz xəttinin çəkilişi davam etməklə yanaşı, kəndarası yollar təmir olunub, rayon mərkəzi xəstəxanasının əsaslı təmiri işləri başa çatdırılıb, yeni məktəblər, səhiyyə obyektləri, istirahət parkı tikilib istifadəyə verilib.
“Regionların sosial-iqtisadi İnkişafı Dövlət Proqramı” (2004 fevral) qəbul edildikdən sonra Mirimli kəndində 8 əlavə sinif otaqları şagirdlərin istifadəsinə verilmiş, əlavə olaraq Heydər Əliyev Fondu hesabına 9, daxili imkanlar hesabına 25 məktəb binaları istifadəyə verilib. Bundan əlavə isə 7 məktəb binası ən müasir tələblər səviyyəsində əsaslı surətdə yenidən qurulub. Qeyd edək ki, təkcə 2005-ci ildə Heydər Əliyev Fondu hesabına rayonun Alar, Hamarkənd, Yolocaq, Bürzünbül, Perimbel, Şıxhüseynli, 2006-cı ildə isə rayon mərkəzinin özündə və Dəlləkli və Telavar kəndlərində müasir tələblərə cavab verən məktəb binaları inşa edilib. Eyni zamanda, rayon mərkəzində 1 saylı və Köryədi kənd məktəblərində Avropa standartları səviyyəsində yenidənqurma işləri aparılıb.
Rayon mərkəzi xəstəxanası da əsaslı təmir edilib, Vərgədüz kəndində 25 çarpayılıq xəstəxana, Ostair kəndində həkim ambulatoriya binası tikilib sakinlərin ixtiyarına verilib.
Əhaliyə mədəni xidmətin yaxşılaşdırılması üçün Mədəniyyət sarayı əsaslı surətdə yenidən qurulub, yeni “Heydər” parkı, “Heydər bulağı” bulaq kompleksi, Heydər Əliyev Muzeyi, “Deman tətil məkanı” turizm istirahət kompleksi və “Əyləncə-istirahət” mərkəzi tikilib istifadəyə verilib. Əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində proqramın tələblərinə uyğun olaraq yeni ticarət mərkəzi, məişət xidməti obyekti istifadəyə verilməklə yanaşı, Qarabağ müharibəsi və şəhid ailələri üçün 16 mənzillik yaşayış binasında, 1 nəfər Qarabağ müharibəsi əlili üçün tikilən fərdi yaşayış evində, yeni şadlıq sarayında tikinti işləri başa çatdırılıb.
Rayonda mövcud müəssisə və təşkilatlar üçün yeni inzibati binaların tikintisinə diqqət artırıldığından DSMF rayon şöbəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi üçün yeni inzibati binalar inşaa edilib. Qəsəbənin mərkəzində müasir tələblərə cavab verən Diaqnostika Mərkəzinin tikintisi də tamamlanmaq üzrədir.
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün “Avaraq” adlı sahəsində və Avur kəndi ərazisində su mənbələri müəyyən olunub. Hər iki mənbədən səkkiz km uzunluğunda kəmər və su mənbəyinin tikintisi həyata keçirilib.
Rayonun qazlaşdırılması işləri də uğurla həyata keçirilir. Əngövül kəndi ərazisində ikinci qaz paylayıcı stansiya inşa olunub və ətraf kəndlərin qazlaşdırılması planlaşdırılır.
Rabitənin inkişafına xüsusi diqqət yetirildiyindən Şəfəqli, Hamarkənd, Şilavangə, Vərgədüz kəndlərində dörd yeni poçt binaları tikilib.
Şəhər əhalisinin müraciəti nəzərə alınaraq Viləş çayı üzərində bir piyada və bir nəqliyyat körpüsü tikilib istifadəyə verilib. Şəhərin mərkəzində yeni park inşa olunub və fəvvarə quraşdırılıb. Şəhid Rövşən İsmayılov küçəsi tam abadlaşdırılıb, mərkəzi Heydər Əliyev küçəsinin istinad divarlarına ornamentli üzlük daş çəkilib, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirə kompleksi xüsusi zövqlə yenidən qurulub. Ulu öndərin adını daşıyan parkda, digər küçələrdə cari təmir işləri aparılıb. Şəhərin küçələrinə 4 min kv metrdən artıq sahəyə asfalt örtük çəkilib.
Ulu öndərin ideyaları uğrunda
Yeni Azərbaycan Partiyasının Yardımlı rayon təşkilatı 1993-cü ildə təsis edilib. İlk gündən öz sıralarında Ulu öndər Heydər Əliyevin siyasətini dəstəkləyən və Ona sadiqlik nümayiş etdirən rayon sakinlərini birləşdirən YAP Yardımlı rayon təşkilatı bu gün də öz fəaliyyətini dövlətimizin daha da çiçəklənməsi və qüdrətlənməsi üçün səfərbər edib.
Dövlət başçısı İlham Əliyevin Yardımlı rayonuna xüsusi diqqət və qayğısını rayon sakinləri və partiya üzvləri də cavabsız qoymayıblar. 15 oktyabr 2008-ci ildə keçirilən prezidenti seçkilərində mütəşəkkil surətdə iştirak edən Yardımlı camaatı Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevi böyük məhəbbət və iftixar hissi ilə növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçiblər.
YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev təkcə partiya fəallarının yox, hər bir YAP üzvünün, o cümlədən, rayon sakininin, idarə, müəssisə və təşkilatların bundan sonra da dövlətimizin qüdrətlənməsi naminə səylərini daha da artırmaq əzmində olduğunu söylədi:
- ümummilli liderimiz Heydər Əliyev ideyalarının həyata keçirilməsində fəal iştirak edərək, rayonumuz üçün müəyyən olunmuş sosial-iqtisadi məsələləri vaxtında və yüksək səviyyədə həyata keçirməyə çalışırıq.
Yetişməkdə olan gənc nəslə Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi üçün də YAP rayon təşkilatı xeyli iş görür. Rayon mərkəzində fəaliyyət göstərən və müasir standartlara cavab verən Heydər Əliyev Xatirə Muzeyində mütəmadi olaraq vətənpərvərlik mövzusunda dəyirmi masalar keçirilir, disputlar təşkil edilir.
KƏBUTƏR
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58

YAP xəbərləri
19 Sentyabr 10:53
YAP xəbərləri
19 Sentyabr 10:52

YAP xəbərləri
19 Sentyabr 10:50

Analitik
19 Sentyabr 10:45

YAP xəbərləri
19 Sentyabr 10:41

YAP xəbərləri
19 Sentyabr 10:39

Siyasət
19 Sentyabr 10:37

Hadisə
19 Sentyabr 10:36
