/ / Sahibkarlığın inkişafı üçün həyata keçirilən islahatlar və sahibkarların maraqlarının müdafiəsi ilə bağlı tədbir keçirilib
Sahibkarlığın inkişafı üçün həyata keçirilən islahatlar və sahibkarların maraqlarının müdafiəsi ilə bağlı tədbir keçirilib
15.07.2017 [10:22]
İyulun 14-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Xaçmaz şəhərində yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində “Sahibkarlığın inkişafı üçün həyata keçirilən islahatlar, sahibkarların maraqlarının müdafiəsi” mövzusunda tədbir keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində aparılan islahatlar barədə sahibkarların maarifləndirilməsidir.
Tədbirdə İqtisadiyyat, Ədliyyə nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, sahibkarlar iştirak ediblər.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğinin dəfələrlə azaldılması, lisenziya və icazələrin alınması prosedurlarının sadələşdirilməsi, sahibkarların hüquqlarının qorunması ilə bağlı apellyasiya şuralarının yaradılması, investisiyaların təşviqinin artırılması məqsədilə vergi və gömrük güzəştlərinin tətbiqi, qeyri-neft ixracının təşviqi ilə bağlı ixrac təşviqinin ödənilməsi, dövlət satınalmalarında aparılan təkmilləşdirmələr və s. istiqamətdə mühüm işlər görülüb.
Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov çıxışında Xaçmazda yaradılan yeni infrastruktur obyektləri, istehsal və xidmət müəssisələri barədə məlumat verib. Qeyd edilib ki, sahibkarlığın inkişafına göstərilən diqqət, sahibkarların maarifləndirilməsi tədbirləri hər bir bölgədə olduğu kimi, Xaçmazda da fəaliyyət göstərən iş adamlarının hüquqlarının səmərəli müdafiəsinə zəmin yaradır.
İqtisadiyyat Nazirliyinin nümayəndələri Xalid Balakişiyev və Kənan İsgəndərov sahibkarların hüquqlarının müdafiəsi sahəsində qanunvericilik bazası, investisiya təşviqi sənədinin alınması üçün müraciət qaydası, tələb olunan sənədlər və investisiya təşviqi sənədinin verilməsi, Ədliyyə Nazirliyinin nümayəndəsi Anar Quliyev isə yoxlamaların elektron uçotu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nin məqsəd və prinsipləri, əhəmiyyəti barədə məlumat veriblər.
Tədbirdə sahibkarlarla müzakirələr aparılıb, sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30

