“Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyi Alxanlıda törədilmiş faciə ilə bağlı bəyanat yayıb
08.07.2017 [12:56]
“Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyi Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyevanı və nənəsini vəhşicəsinə qətlə yetirməsi ilə bağlı bəyanat yayıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, bəyanat Avropa Şurasına, Avropa Şurası Parlament Assambleyasına, Avropa Komissiyasına və onun prezidentinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, ATƏT PA-nın sədrinə, NATO-nun baş ofisinə və NATO Parlament Assambleyasına, həmçinin xarici ölkələrin millət vəkillərinə, diplomatik korpuslara, beynəlxalq təşkilatlara göndərilib.
Bəyanatda deyilir: “Ermənistan dövlətinin bu cür çirkin hərəkətləri bir çox beynəlxalq hüquqi aktları - Ermənistanın da 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin “Uşaq hüquqları haqqında Konvensiya”sını, “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair IV Cenevrə Konvensiyası”nı, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”ni, “Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ı, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”nı, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsi”ni kobud surətdə pozur.
Xalqımız bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi yolla həll olunmasına tərəfdar olmaqla yanaşı, dinc əhaliyə qarşı törədilən bu cür cinayətlərə son qoyulmasını təkidlə tələb edir. Bütün beynəlxalq təşkilatlardan baş verən bu vandalizmə, terrora münasibət bildirmələrini və Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə çağırmalarını xahiş edirik”.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

