/ / Azərbaycandakı dini konfessiyaların rəhbərləri beynəlxalq təşkilatlara və dini liderlərə müraciət ünvanlayıblar
Azərbaycandakı dini konfessiyaların rəhbərləri beynəlxalq təşkilatlara və dini liderlərə müraciət ünvanlayıblar
07.07.2017 [09:44]
İyulun 6-da Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri beynəlxalq təşkilatlara və dünya dini liderlərinə müraciət ünvanlayıblar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili imzalayıblar.
Bununla bağlı Dövlət Komitəsində keçirilən görüşdə bildirilib ki, müraciət ingilis dilinə tərcümə olunaraq Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Baş Katibi Antonio Quterreşə, Avropa Şurasının (Aİ) Prezidenti Donald Tuska, Avropa Şurasının Baş katibi Torbyorn Yaqlanda, ATƏT-in fəaliyyətdə olan sədri Sebastyan Kurtsa, İƏT Baş katibi Yusef Əl-Osaymenə, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə, eləcə də Moskva və Ümumrusiya Patriarxı Kirillə, Roma Papası Fransiskə, İstanbuldakı Fənər Rum Patriarxı I Varfolomeyə və digər dini liderlərə göndəriləcək.
Müraciətdə deyilir: “Bu il iyulun 4-də Ermənistan tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində Azərbaycan Respublikasının döyüş bölgəsində Füzuli rayon sakini 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyeva (Quliyeva) qətlə yetirilib. İstər bəşəri, istərsə də ilahi qanunlarda günahsız insanların, xüsusilə də uşaqların qətli ən ağır cinayət hesab edilir. Təəssüflə qeyd edirik ki, 2 yaşlı Zəhra terrorun ilk qurbanı deyil. 2011-ci ildə Ağdam şəhərindən olan 9 yaşlı Fariz Bədəlov snayper atəşi nəticəsində həlak olmuşdu. Ümumilikdə, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında razılaşma əldə edildikdən sonra 33 uşaq terrora məruz qalıb. Onlardan 14-ü dünyasını dəyişib, 19-u isə yaralanıb.
Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törətməsini qətiyyətlə pisləyir və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, Avropa İttifaqını, Avropa Şurasını, ATƏT-in Minsk qrupunu, İslam Əməkdaşlıq Təşkilatını və dünya dini liderlərini mülki şəxsləri, məsum körpələri, qadın və qocaları hədəf seçən bu terror və vandalizm cinayətini törədənlərin tezliklə cəzalandırılması istiqamətində səylərini birləşdirməyə çağırırıq.
Dinc əhaliyə qarşı silah işlədilməsi Ermənistan dövlətinin 25 ildən artıq davam edən hərbi təcavüzünün, Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə və terror aktlarının davamıdır. Atəşkəs elan edilməsinə rəğmən mülki əhalinin mütəmadi atəşə tutulması, qətlə yetirilməsi, ölüm təhlükəsi altında yaşamağa məcbur qoyulması beynəlxalq müstəvidə təcavüzkara qarşı münasibəti kökündən dəyişməyin, “pisləmək”, “baş verənlərdən narahatlıq keçirmək” kimi növbəti açıqlamalardan qətiyyətli addımlar atmaq mərhələsinə keçməyin vaxtının çoxdan çatdığını bir daha sübuta yetirir.
Ötən ilin aprel ayında təmas xəttində baş verən təxribatlar zamanı Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında sıx birləşmiş Azərbaycan xalqının ordu və dövlətlə birliyini, qalibiyyət əzmini, haqq-ədalətin bərpası, Vətən torpağı uğrunda hər an şəhid olmağa hazır olduğunu bütün dünya gördü. Bu reallıq 25 ildən artıq davam edən, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan tərəflərin nəzərə almalı olduğu mühüm məqamdır. İşğalçı ilə işğala məruz qalan tərəfi eyniləşdirmək münaqişənin həllinə xidmət edə bilməz. Beynəlxalq hüquq və normalara riayət istisnasız olaraq hamının borcudur.
Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq səyləri dəstəkləyirik. O Bir Olan Yaradanımız qarşısında, xalqlarımız qarşısında məsuliyyətimiz biz, dini konfessiya rəhbərlərini sülh və mövcud problemlərin ədalətli həlli naminə səyləri dəstəkləməyə sövq edir. Mübahisəli məsələlərin hərbi yolla həllinə qayıtmağa yol verməmək, heç şübhəsiz, həyati əhəmiyyət kəsb edir. Lakin sülh və anlaşmaya nail olmağın yolu asan deyil və çoxlu zəhmət, güclü iradə, səylərin birləşdirilməsini tələb edir. Sülhməramlı dialoqun davamı da bölgədə xalqlarımızın dinc yanaşı yaşamasına, danışıqlar yolu ilə qarşılıqlı qəbul olunan, ən mühümü, ədalətli sülhü bərqərar edəcək qərarların hazırlanmasına xidmət etməlidir. Lakin, təəssüflər olsun ki, erməni tərəfinin təxribatları münaqişənin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesinin pozulmasına gətirib çıxarır.
Biz bir daha bu hadisəni qətiyyətlə pisləyir, dinc insanların, qadın, uşaq, qocaların məhvi kimi bağışlanmaz cinayətlərə heç bir bəraət olmadığını bəyan edirik. Bu, Yaradanımız və xalqlarımız qarşısında məsuliyyət və borcumuzdur. Belə ki, bütün səmavi dinlər dinc, günahsız insanların, məsum körpələrin qətlini ən ağır cinayət kimi qiymətləndirir.
Biz beynəlxalq ictimaiyyəti dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə, təcavüz və təxribat hallarını kəskin qınamağa çağırır, bu kimi halların qarşısının alınması, ədalətli sülhün bərqərar olması naminə səyləri birləşdirməyə çağırırıq”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36

