Konstitusiya Məhkəməsinin sədri Batumidə beynəlxalq konfransda iştirak edib
04.07.2017 [09:57]
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Avropa Konstitusiya Məhkəmələrinin Konfransı (AKMK) Təşkilatına sədrlik edən Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Z.Tavadzenin dəvəti ilə AKMK-nın XVII Konqresində iştirak etmək üçün Batumidə səfərdə olub.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, AKMK Təşkilatının ev sahibi üç ildən bir keçirilən Konqresdə seçilir. 2014-2017-ci illər üzrə Təşkilata sədrlik etmək üçün Gürcüstan Respublikası Konstitusiya Məhkəməsi seçilib.
Batumidə keçirilmiş XVII Konqresin açılışında Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili çıxış edərək beynəlxalq tədbirin iştirakçılarını salamlayıb. Açılış mərasimində, həmçinin Gürcüstanın Baş naziri, parlament sədri və digər dövlət orqanlarının rəhbərləri iştirak ediblər.
Daha sonra Konqresdə konstitusiya ədalət mühakiməsinin bir sıra hüquqi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Konqresin praktiki hissəsinin mövzusu “Konstitusiya prinsiplərinə riayət edilməsində və yayılmasında Konstitusiya məhkəmələrinin rolu”na həsr edilib. Həmin mövzu ilə bağlı AKMK-ya tamhüquqlu üzv olan 41 ölkənin, o cümlədən Azərbaycan Respublikasının konstitusiya nəzarəti orqanlarının təqdim etdikləri milli məruzələrin ümumiləşdirilmiş icmalı səsləndirilib. Aparılmış fikir mübadiləsi çərçivəsində Konstitusiya məhkəmələrinin Konstitusiyada təsbit edilmiş prinsiplərin aliliyinin təmin edilməsi sahəsində müvafiq dövlət orqanlarının sorğu və müraciətləri, habelə vətəndaşların şikayətləri əsasında qəbul edilmiş son qərarlarında əks olunmuş hüquqi mövqeləri diqqət mərkəzində olub.
Konqresin yekununda səs çoxluğu ilə qəbul edilmiş qərara əsasən, növbəti üç il ərzində Təşkilata sədrlik Çexiya Respublikası Konstitusiya Məhkəməsinə keçib.
Səfər çərçivəsində, həmçinin Gürcüstan, Türkiyə, Rusiya, Moldova, Belarus, Serbiya, Slovakiya və digər ölkələrin Konstitusiya məhkəmələrinin sədr və hakimləri ilə görüşlər keçirilib, son illər ərzində qəbul edilmiş qərarlar ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və ölkəmizin Batumidəki baş konsulluğunun nümayəndəsi tədbirlərdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

