Dövlət niyə jurnalistə ev verməlidir?..
22.06.2017 [09:40]
Biz dövlətdən istədik. İstəyimizi dilə gətirdik ki, problemimizi həll elə. Bu, bizim haqqımız idi. Çünki dövlət bizim dövlətimizdir və vətəndaşına sahib çıxması tam təbii bir haldır.
Jurnalist aləmində hər kəs xatırlayır yəqin. İllər öncə öz aramızda toplantılar keçirib media əhlinin sosial problemlərinin həlli üçün yollar axtarırdıq. Təkliflərimiz mediada boy verərdi, müzakirələr gedərdi. Belə təkliflərdən biri və ən əsası isə jurnalistlərin mənzil probleminin həlli üçün dövlətin hərəkətə keçməsi idi.
Biz bu məsələni müzakirə edəndə heç də bugünkü kimi “dövlət niyə jurnalistə ev verməlidir” deyib yaxasını cıranlar yox idi. Bəlkə də vardı, amma gözə dəymirdilər. İndi isə bəzi şəxslər iddia edir ki, dövlət jurnalistlərə mənzil verməklə onları nəzarət altına almaq istəyir.
Doğrudanmı belədir? Təbii ki, deyil. Elə ilk bina təhvil veriləndə də bu fikirləri səsləndirmişdim. Demişdim ki, dövlətimizin öz vətəndaş-jurnalistimizi mənzillə təmin etməsi heç də media əhlini buxovlamayacaq. Əksinə, daha yaxşı işləməsi üçün imkan yaradacaq. Aradan illər keçib və dediyim təsdiqini tapır. Nə dövlət o mənzillərdə yaşayan jurnalistlərin işinə müdaxilə edir, nə də orda yaşayan jurnalistlər öz siyasi seçimlərindən vaz keçirlər. Yəni o binadan mənzil alanlar buna qədər hansı mövqedə idilərsə, indi də o mövqedədirlər. Dövlətsə heç bir şəkildə onların işinə qarışmır.
Demək istəyirəm ki, dövlətin öz jurnalist vətəndaşlarını mənzillə təmin etməsi tam təbiidir və bunu edən dövlətə sadəcə minnətdar olmaq lazımdır. Bu, öz yerində.
İndi yuxarıda qeyd etdiyim sosial problemlərin həlli təkliflərinə qayıdıram. Biz bu məsələni illər idi müzakirə edirdik. Arzumuz bu idi ki, dövlət səsimizə səs versin. Çox keçmədi bu arzumuz çin oldu. Prezident İlham Əliyev media təmsilçilərilə görüşdə səslənən bu təklifə dərhal müsbət reaksiya verdi, maliyyə ayırdı və ilk binanın təməli təntənəli şəkildə atıldı. Yəni cənab Prezident məhz biz jurnalistlərdən gələn bu təklifi bəyəndi, gerçək əməllə dəstəklədi. Nə yaxşı ki, bizim belə dövlətimiz, belə dövlət başçımız var.
Dövlətin və özəlliklə də Prezident İlham Əliyevin bu bənzərsiz təşəbbüsü, dünyada bənzəri olmayan xoş məramı, təəssüflər olsun ki, bəzən doğru yozulmur. Hətta bu nəcib əməli gözdən salmaq üçün davamlı fəaliyyət göstərənlər var. Halbuki cənab Prezident bu təşəbbüsü gerçəkləşdirməsəydi, həmin adamlar Onu jurnalistlərin səsinə səs verməməkdə ittiham edəcəkdilər.
Bütün bunları bir kənara qoyub bugünkü əsas məsələyə keçirəm. İkinci bina tikilib, təhvil verilmək üzrədir. Artıq elan edilib, sənədlər toplanır ki, daha 250 mənzil jurnalist həmkarlarımıza təqdim edilsin. Yenə də sevincliyik. İllər uzunu dövlət qarşısında xidmətləri olan, jurnalistikada sözün həqiqi mənasında külüng çalan, eyni zamanda sosial problemlər içində yaşayan onlarla jurnalist var. Dövlət məhz bu cür həmkarlarımızı sevindirmək, zəhmətlərinin qarşılığını vermək üçün tikib o binanı. Qaydalar da müəyyən edilib. Ən önəmlisi isə odur ki, dövlət mənzillərin ədalətli şəkildə bölünməsi üçün prosesdən kənarda qalıb, bunu məhz bizim özümüzə həvalə edib. Belə yanaşmayla dövlət jurnalistlərə mənzil verib təsir və nəzarət altına almaq istəyinin olmadığını əməldə göstərmiş olur. Bunu hansı dövlət, hansı dövlət başçısı edərdi? Açığı, belə bir suala cavab verməkdə çətinlik çəkirəm.
Dövlət prosesi büsbütün biz jurnalistlərin ixtiyarına verib. Bu iş üçün qurulan komissiya da elə bizim həmkarlarımızdan təşkil edilib. Ayrı-ayrı redaksiyalarda toplantılar keçirilir, protokollaşdırılır və sənədlər toplanaraq komissiyaya təqdim edilir. İlk baxışdan belə sadə görünən proseslə bağlı ara-sıra narazılıqlar səslənir. İddia edilir ki, redaksiyaların içində ədalətli seçim aparılmır. Doğrudanmı belədir? Mümkündür. Bəs dövlət niyə buna qarışmır? Qarışa bilməz çünki. Qarışacağı təqdirdə bəziləri iddia edəcək ki, gördünüz, dövlət jurnalistlərin sərbəst seçim etməsinə imkan vermir. Ona görə də bu prosesin məhz jurnalistlərin özləri tərəfindən idarə olunması ən doğru yanaşmadır.
Ortada belə xoş niyyət varkən biz niyə bu məsələlərə kölgə salacaq hərəkətlərə yol verməliyik? Niyə cənab Prezidentin bu qədər gözəl təşəbbüsünü gözdən salmalıyıq?
Bəzən belə iddialar da səslənir ki, dövlət jurnalistlərə ev vermək yerinə şərait yaratsın ki, onlar çoxlu pul qazanıb özləri mənzil ala bilsinlər. Anlamıram, dövlət nə etməlidir ki, hansısa jurnalist daha çox maaş ala bilsin? Azərbaycan azad bazar iqtisadiyyatına keçmiş bir ölkədir. Burada belə məsələləri bazarın qızıl qaydası - tələb və təklif həll edir. Azərbaycan dövlətinin vəzifəsi sadəcə bu bazarda oyun qaydalarının pozulmasının qarşısını almaqdır. Dövlət dünyanın bir çox ölkələri üçün hələ də xəyal kimi görünə biləcək şərait yaradıb ki, istənilən şəxs sərbəst jurnalistika ilə məşğul ola bilsin. Ölkədə kütləvi informasiya fəaliyyəti lisenziyalaşdırılmır belə (TV və radio istisna olmaqla). Heç bir formada senzura tətbiq edilmir. İstedadı, bacarığı olan istənilən şəxs jurnalist fəaliyyəti ilə məşğul ola bilər və kim daha keyfiyyətli və yüksək tələblərə cavab verən məhsul/fəaliyyət təklif edəcəksə, o da çox qazanacaq. Bu isə o deməkdir ki, yaxşı qazanmaq üçün jurnalist peşəkarlığını artırıb tələb olunan kadra çevrilmək lazımdır. Bu işdə dövlət heç kimə heç bir şəkildə mane olmur. İndi kimlərsə jurnalist olduğu halda öz üzərində işləyə bilmirsə, buna dövlət nə etsin?
Cənab Prezident bütün bunları bizim hər birimizdən yaxşı görür. Ona görə də humanist davranır, indiki mərhələdə jurnalistlərin mənzil problemini həll etmək üçün təşəbbüsü ələ alır. Mənzilləri bölüşdürmək haqqı varkən bu prosesi belə bizim öhdəmizə buraxmaqla bir daha göstərir ki, məqsədi bizə mənzil verib təsir altına salmaq deyil, doğrudan da haqqı və ehtiyacı olanları mənzillə təmin etməkdir. Bizim öhdəmizə düşən isə redaksiyaların seçimində şəffaflığa nail olmaq, mənzil bölgüsü ilə bağlı ictimai müzakirələri sağlam məcrada aparmaqdır. Qoy mənzillər doğrudan da haqqı və ehtiyacı olanlara qismət olsun.
Azər HƏSRƏT
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22

