“Son zəng” tədbirləri Nəsimi rayonunda xüsusi təntənə ilə keçirilib
15.06.2017 [10:30]
İyunun 14-də Bakının Nəsimi rayonunun bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq “Son zəng” tədbirləri təntənəli şəkildə qeyd edilib.
Bununla əlaqədar məktəblərdə şagirdlər və müəllimlər tərəfindən bilik bayramının yüksək səviyyədə keçirilməsi, yaddaşlarda uzun illər qalması üçün hazırlıq işləri aparılıb.
“Son zəng” tədbirinin keçirildiyi 54 saylı tam orta məktəbi bu il 70 şagird bitirir. Tədbirə toplaşan məzunları, onların valideynlərini və qonaqları salamlayan məktəbin direktoru Sahibə Abbasova Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan uğurlu siyasətdən danışıb. O, həmçinin məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib.
“Son zəng” tədbirinin keçirildiyi 240 saylı tam orta məktəbdə 1514 nəfər şagird təhsil alır. Bu il məktəbi 58 nəfər məzun bitirir. Məktəbin direktoru Esmira Məmmədova Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə kollektiv adından dövlətimizin başçısına minnətdarlığını bildirib, məzunlara uğurlar arzulayıb.
“Son zəng” tədbirlərində iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətə qadir, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Azərbaycan gənclərinin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün hər cür şərait yaradılıb.
Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev Fondunun müstəsna xidmətləri də vurğulanıb.
“Son zəng” tədbirlərində müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara uğurlar arzulayıblar.
“Son zəng” tədbirləri məktəblilərin ədəbi-musiqili çıxışları ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:58
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

