Memarlıq və İnşaat Universitetində Milli Qurtuluş Günü qeyd olunub
13.06.2017 [09:56]
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin universitetin həyətində qoyulmuş büstünün önünə əklil qoyub, Ulu öndərin xatirəsini yad ediblər. Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Milli Qurtuluş Gününü Azərbaycan xalqının tarixinə yazan Ümummilli liderin dövlət müstəqilliyimizin qorunub saxlanmasında misilsiz xidmətlərindən danışıb. Rektor qeyd edib ki, 24 il bundan öncə xalqın tələbi ilə Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini yox olmaq təhlükəsindən qurtarıb.
Bildirilib ki, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin gün ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin Sədri seçildi. O, milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Bununla da, uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli liderin şəxsiyyəti, Onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Dahi lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil, güclü dövlətə çevrildiyini söyləyən G.Məmmədova Prezident İlham Əliyevin Ulu öndərin ideyalarının uğurlu davamçısı olduğunu bildirib.
Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov isə Azərbaycanda Ulu öndərin hakimiyyətə qayıdışını zəruri edən hadisələrdən danışıb. O deyib: “Müstəqilliyini yenicə elan edən Azərbaycanda vətəndaş müharibəsi, ağır sosial-iqtisadi vəziyyət gərgin durumun yaranmasına gətirib çıxarmışdı. Belə bir vəziyyətdə xalq problemlərdən çıxış yolunu Heydər Əliyevdə gördü. Baxmayaraq ki, Azərbaycanda müəyyən qüvvələr Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmirdi, xalqın təkidli tələbi həmin qüvvələri bununla razılaşmağa vadar etdi. Azərbaycan xalqı dərin ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində xilas oldu. Ümummilli lider Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi və ölkəni gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevirdi”.
“İnşaat sektorunun inkişafında yeni mərhələ” adlı məruzə ilə çıxış edən AzMİU-nun kafedra müdiri Sahib Fərzəliyev çıxışında Ulu öndərin hakimiyyətdə olduğu illərdə Azərbaycanda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən və bu sahəyə göstərilən diqqət və qayğıdan söz açıb.
AzMİU-nun su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayev respublikada meliorasiya və su təsərrüfatının inkişafında Ulu öndər Heydər Əliyevin böyük xidmətlərindən danışıb. Çıxışında müstəqillik dövründə meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən böyük infrastruktur layihələrə toxunan dekan geniş quruculuq işlərinin aparıldığını, iri su anbarları, hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemlərinin tikilib istifadəyə verildiyini bildirib. Bunun nəticəsində respublikada kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və ümumi məhsul istehsalının bir neçə dəfə artdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
AzMİU-nun inşaat-texnologiya fakültəsinin II kurs tələbəsi Fidan Məmmədova bünövrəsi Ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin etibarlı əllərdə olduğunu, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, məruzəsində Ümummilli liderin hakimiyyətdə olduğu dövrlərdə gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb, Onun milli kadrların yetişməsində müstəsna rolunu qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

