/ / "Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək" adlı layihənin təlimlərinə start verilib
"Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək" adlı layihənin təlimlərinə start verilib
04.05.2017 [15:34]
Mayın 3-də Mingəçevir Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Region gənclərinin kiçik sahibkarlıq fəaliyyətinə dəstək" adlı layihənin təlimlərinə start verilib. "İşıqlı Gələcək" Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi sahibkarlığın region gəncləri arasında təşviq olunması, kiçik və orta sahibkarlıqla məşğul olmaq istəyən gənclərin seçilməsi və hüquqi maarifləndirmə, region gəncləri arasında sahibkarlıq fəaliyyətinə maraq yaratmaqdan ibarətdir.
2 hissədən ibarət olan təlimdən ümumilikdə 50 nəfər gənc yararlanacaq. İlk hissədə iştirakçılar Mingəçevir Dövlət Universtietinin İqtisadiyyat fakültəsinin 25 nəfərlik tələbələrindən ibarət olub. "İşıqlı Gələcək" Gənclər İctimai Birliyinin sədri Tural Kərimov tədbirin açılışında çıxış edərək təlimin gənclər üçün əhəmiyyətindən danışıb. Bildirib ki, gənclərin bu sahədə maarifləndirilməsinin böyük əhəmiyyəti var: "Kiçik və orta sahibkarlığın əhəmiyyəti hər bir ölkə üçün əvəzsizdir. Biz də öz növbəmizdə region gənclərinin bu sahədə maarifləndirilməsinin çox vacib amillərdən biri olduğunu nəzərə alaraq təlimləri keçirmək qərarına gəldik. Ölkə Prezidentinin Sərəncamına əsasən Mingəçevirdə texnoparkın əsasının qoyulması da gənclərdə bu sahəyə marağı artırıb. Əminəm ki, gənclər layihənin gedişində əldə edəcəkləri bilik və bacarıqlar sayəsində gələcəkdə istifadəyə veriləcək bu kompleksdə kiçik sahibkarlıq imkanlarını inkişaf etdirə biləcəklər".
Təlimçi Kamal Əhmədov iştirakçıları təlimin gedişi haqqında məlumatlandırıb və təlimin əhəmiyyətindən danışıb.
Xatırladaq ki, sonda təlimdə iştirak edən gənclərə sertifikartlar təqdim ediləcək və onlar "Sahibkarlıq Məktəbi" nə üzv seçiləcəklər.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

