TÜİB-in ilk ümumi yığıncağı keçirilib
02.05.2017 [10:03]
Aprelin 29-da Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarının yaratdığı yeni qurum olan “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin (TÜİB) ilk ümumi yığıncağı keçirilib. TÜİB üzvləri və təşkilatın rəhbərliyi ilə yanaşı, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin təmsilçilərinin, nazirlik və komitələrin rəhbər nümayəndələrinin, eləcə də digər sahibkarlıq təşkilatlarının təmsilçilərinin iştirak etdiyi tədbir Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, həmçinin şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.
Konfransı giriş sözü ilə açan TÜİB-in İdarə Heyətinin sədri Ali İhsan Genç bildirib ki, bu ilin əvvəlində təsis edilən, Azərbaycanda fəaliyyət göstərən çoxsaylı böyük şirkət və holdinqlər, eləcə də tanınmış iş adamlarının daxil olduğu TÜİB-in qarşısında duran əsas hədəflər Azərbaycan və Türkiyənin mövcud iqtisadi potensialının gücləndirilməsi, iki ölkənin iş adamları arasında ortaq platformalar təsis etmək, birgə əməkdaşlıq və investisiya yatırımlarını təşviq etməkdir.
Çıxışına davam edən TÜİB rəhbəri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı regiondakı və dünyadakı çətinliklərə baxmayaraq, inkişaf etməkdədir. Gömrük və vergi sistemində aparılan islahatlar, ölkənin nəqliyyat mərkəzinə çevrilməsi üçün görülən işlər, tikinti sektorunun dirçəldilməsi və icbari tibbi sığortanın tətbiqi üçün hökumət tərəfindən atılan addımlar, eləcə də Azərbaycandan ixracın genişləndirilməsi üçün həyata keçirilən işlər barədə danışan natiq əlavə edib ki, qeyri-neft sektorunun inkişafı və son zamanlar ölkəyə yatırılan investisiya həcminin artması EXIMBANK-ın Azərbaycanda qurulmasına ehtiyac yaradır.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral TÜİB-dən böyük gözləntilərinin olduğunu, bu qurumun fəaliyyətinə hər cür dəstəyin veriləcəyini deyib. “Azərbaycanda qeyri-neft sektoruna ən böyük investisiyaları Türkiyə şirkətləri yatırır”, - deyən səfir bildirib ki, Türkiyə şirkətləri Azərbaycanda 10 minlərlə iş yeri açaraq iqtisadiyyata önəmli dəstək verir. Artıq Azərbaycan şirkətləri də xarici ölkələrdə, o cümlədən Türkiyədə əhəmiyyətli investisiyalar yatıraraq iqtisadi inkişafa dəstək olurlar. Bundan sonra da bu iqtisadi əməkdaşlıq qarşılıqlı şəkildə daha da inkişaf edəcək.
Çıxış edən Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev və Dövlət Gömrük Komitəsinin idarə rəisi Mirqasım Vahabov ölkədə aparılan iqtisadi islahatlar, baş verən əsas yeniliklər barədə məlumat verərək, təmsil etdikləri qurumların iş adamları ilə səmərəli əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Tədbirdə çıxış edən türk biznesinin nümayəndələri - “Azərsun Holdinq”in baş icraçı direktoru Savaş Uzan və “Ziraat Bank-Azərbaycan”ın rəhbəri Avni Demirçi, həmçinin qonaqlar - Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov, Azərbaycan Türk İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yanğın, “Caspian Eurorean Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev rəhbərlik etdikləri strukturların fəaliyyəti, planları və ölkə biznesi ilə bağlı fikirlərini açıqlayıblar.
Bundan sonra konfransda TÜİB sədrinin müavini Birol Oğuz təşkilatın fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Toplantıda təşkilatın nizamnaməsinə dəyişikliklər də təsdiqlənib.
Konfransda yekun nitqi ilə çıxış edən TÜİB rəhbəri Əli İhsan Genç təşkilatın qarşıya qoyulan hədəflərə çatmaq üçün var gücü ilə çalışacağını, dövlət qurumları, digər sahibkarlıq təşkilatları və xarici qurumlarla əməkdaşlıq edəcəyini bildirib. Onun sözlərinə görə, TÜİB öhdəsinə düşən missiyanın reallaşması üçün iki ölkə biznesi arasında körpüyə çevrilməyə və ümumi işə dəstək olmağa hazırdır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

