Fermer: Xarici bazarda möhkəmlənmək üçün Quba almasının şöhrətini özünə qaytarmaq lazımdır
26.04.2017 [09:13]
Xarici bazarda möhkəmlənmək üçün Quba almasının əvvəlki şöhrətini özünə qaytarmaq lazımdır. Amma bunu kəmiyyətin yox, keyfiyyətin hesabına etməliyik. Rayonumuzdakı əksər alma bağları sovet dövründə salınıb. O vaxt bu bağlar plan doldurmaq üçün daha çox işə yarayırdı. Ona görə də indi məhsul bol olsa da, keyfiyyətinə görə dünya bazarında tələbat olan almalardan geri qalır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər ömrünün 50 ildən çoxunu alma yetişdirməyə həsr edən qubalı fermer Ramiz Kərimova məxsusdur. Rayonun Birinci Nügədi kəndindən olan sahibkar hesab edir ki, xarici bazara məhsul çıxarmaq üçün, ilk növbədə, həmin bazarda hansı alma növünə tələbat varsa, onu yetişdirmək lazımdır. “Birinci növbədə onu deyim ki, xarici bazarlarda rəqabətədavamlı meyvə yetişdirmək üçün ən vacib şərtlər olan əlverişli iqlim və minerallarla zəngin münbit torpaq bizdə var. İkinci məsələ bu torpaqlarda yeni alma sortları əkib becərməkdir. Artıq ənənəvi sortlardan və ümumiyyətlə ənənəvi bağçılıqdan imtina etməyin vaxtı çatıb. Düzdür, dədə-baba sortun tərkibi minerallarla zəngindir. Amma həmin almaları xarici bazarda satılan meyvələrlə yan-yana qoyub görünüşünə görə müqayisə etməyə dəyməz. Halbuki piştaxtada müştəriyə “gəl-gəl” deyən istənilən sort almanı bizim bağlarda yetişdirmək mümkündür”, - deyə fermer bildirib.
Ramiz Kərimov hesab edir ki, Qubada intensiv bağçılıq inkişaf etdirilməlidir. Ənənəvi bağlar yerini intensiv meyvəçilik bağlarına verməlidir. O deyib: “Qubada, qonşu Qusar rayonunda bir neçə sahibkarlıq subyektləri dövlət dəstəyi ilə intensiv bağçılıqla məşğul olurlar. Fermerlərin həmin bağlarla tanış olması üçün xüsusi turlar təşkil etmək lazımdır. Baxanda adamın ürəyi açılır. Alma ağacları üzüm bağlarını xatırladır. Damcı üsulu ilə suvarılan bu bağlardan 70-80 ton məhsul yığılır. Artıq “qocalmış” ənənəvi bağlarda isə bu göstərici 25-30 tondur. Sizi inandırım ki, həmin bağlarda yetişən məhsul dadına görə də yerli almalardan iki dəfə dadlıdır. Bax, həmin almaları asanlıqla xarici bazara çıxarmaq olar.”
Prezident İlham Əliyevin Sədrliyi ilə aprelin 17-də Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyələri diqqətlə dinlədiyini deyən fermer qeyd edib ki, sahibkarlara yaradılan əlverişli şəraitdən maksimum yararlanmaq lazımdır. Sahibkarlar müasir dövrün tələblərinə cavab verən təsərrüfat quraraq ölkəmizdə həm ərzaq bolluğunun yaradılmasına, həm də ixrac potensialının artırılmasına töhfələrini verməlidirlər: “Düzdür, bazara çıxış imkanları da artırılmalıdır. İndi Quba alması əsasən Rusiya bazarlarında satılır. Amma Avropa ölkələrinə də ixrac etmək üçün imkanlarımız var. Mən bu yaxınlarda Xaçmazda “Azexport.az” portalının təqdimatında iştirak etdim. Bu, sahibkarlar üçün yaradılan əla imkandır. Azərbaycan məhsulları haqqında məlumatları beynəlxalq ticarət platformalarında yerləşdirmə imkanları yaradılıb”.
Ramiz Kərimov son illər təsərrüfatçıları ən çox narahat edən məsələnin bağlara verilən dərman preparatları ilə bağlı olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, keyfiyyətsiz dərmanlar bazarda rəqabətədavamlı məhsul yetişdirməyə mane olan əsas amillərdən biridir. “Bu sahəyə də dövlət qurumlarının nəzarəti artırılmalıdır. Təklif edirəm ki, dərman preparatları fermerlərə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə satılsın. Dərmanların keyfiyyətinə, saxta olmadığına zəmanət verən bir qurum olsun. İndiki halda xeyli xərc çəkib aldığımız dərmanlar bizi yarı yolda qoyur. Baha qiymətə aldığımız dərmana verdiyimiz pul bir yana, hələ bağımız da məhv olur. Bu səbəbdən də bağlara atılan dərmanların dövlət tərəfindən satışının təşkili və qiymətinin müəyyənləşdirilməsi vacibdir”, - deyə o vurğulayıb.
Bağban Ramiz Kərimov 10 ilə yaxındır ki, bağında Yaponiyadan gətirilən alma sortları becərir. 2006-cı ildən yaponiyalı mütəxəssislərlə təcrübə mübadiləsi aparan Ramiz Kərimov uzaq şərq ölkəsində becərilən məhsuldar alma sortlarının tinglərini əldə edib. Həmin tingləri bağında əkərək calaq vasitəsilə çoxaldan bağban yetişən məhsulun yerli almalardan xeyli fərqləndiyinin şahidi olub. Qubanın hava şəraitinə tamamilə uyğunlaşan alma həm dadına, həm də məhsuldarlığına görə yerli meyvələrdən seçilir. Eyni zamanda, yapon alma sortları xəstəliklərə qarşı daha davamlıdırlar.
Fermer deyir ki, yeni sort almaların müştərisi də boldur. Yetişdirdiyi meyvəni Bakı şəhərində keçirilən kənd təsərrüfatı yarmarkalarında qısa müddətdə sata bilir. Hətta satış mərkəzlərindən xüsusi sifarişlər də alır.
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16

