“Gənclər kuboku” yarışlarında 14 ali təhsil müəssisəsinin komandaları mübarizə aparacaqlar
15.04.2017 [10:28]
Aprelin 14-də “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Gənclər kuboku” layihəsinin açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, “Gənclər kuboku” layihəsi IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə həyata keçirilir.
Gənclərin idman sahəsində marağı və təşəbbüsləri nəzərə alınaraq reallaşdırılan layihənin açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunan 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin önəmindən danışıb. Qeyd edib ki, “İrəli” İctimai Birliyi bu Oyunlara dəstək məqsədilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənclər kuboku” layihəsini reallaşdırır. Layihə gənclərin idman sahəsində maraq və təşəbbüsləri nəzərə alınaraq hazırlanıb. “Gənclər kuboku” çərçivəsində IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən idman növlərindən 10-u üzrə gənclər arasında çempionat keçiriləcək. Layihənin məqsədi gənclər arasında idman turnirlərinin təşkili ilə sağlam həyat tərzini təbliğ etmək və onların asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqdır.
Prezident İlham Əliyevin Azərbaycanda idmana göstərdiyi diqqət və qayğıdan danışan gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclərin bu sahəyə marağının ildən-ilə artdığını vurğulayıb. Qeyd olunub ki, son illər Azərbaycan bir çox nüfuzlu beynəlxalq yarışlara uğurla ev sahibliyi edərək bu sahədə zəngin təcrübə qazanıb. Azərbaycanın zəngin təcrübəsi və geniş potensialı IV İslam Həmrəyliyi Oyunlarının da yüksək səviyyədə təşkil olunacağını əminliklə deməyə əsas verir. Bu gün Azərbaycanda ən müasir standartlara cavab verən idman infrastrukturu yaradılıb. Gənclərimizin idmanla məşğul olmaları üçün hər cür şərait var. “Gənclər kuboku” layihəsi də gənclərin idmana cəlb olunmasında mühüm rol oynayacaq.
Layihənin açılışı münasibətilə gəncləri təbrik edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bu gün dövlət səviyyəsində cəmiyyət həyatının bütün sahələrinə olduğu kimi, idmana da böyük diqqət ayrılır. Paytaxtdan tutmuş ucqar rayonlarımıza qədər mühüm idman infrastrukturu yaradılıb, hər cür şəraiti olan arenalar, komplekslər istifadəyə verilib. Bütün bunlar ölkəmizin idman sahəsində daha böyük uğurlar qazanmasına yönəlmiş addımlardır. Bu gün əminliklə demək olar ki, Azərbaycan idman sahəsində ciddi uğurlar qazanan ölkələr arasında ilk sıralarda yer alır.
V.Quliyev qeyd edib ki, Azərbaycan müxtəlif idman arenalarında uğurlar qazanmaqla yanaşı, həm də qitə və dünyamiqyaslı beynəlxalq tədbirlərə, yarışlara ev sahibliyi edən məkan kimi tanınır. Ölkəmizdə belə mötəbər yarışların təşkilinə gənclər təşkilatlarının fəal dəstək verməsi sevindirici haldır. Bu işdə digər ictimai təşkilatlar da fəal olmalıdır. Bu baxımdan gənclər güclü həmrəylik nümayiş etdirməli, Oyunların daha yaxşı təşkili üçün səy göstərməlidirlər. “İrəli”nin start verdiyi ictimai dəstək layihəsi IV İslam Həmrəyliyi Oyunlarına dəstək baxımından digər təşkilatlar üçün də örnək olacaq və onlar da bu istiqamətdə fəaliyyət göstərəcəklər.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev idmana marağın artırılmasına xidmət edən belə layihələrin davamlı olmasının vacibliyini qeyd edib. Belə tədbirlərin həm də könüllülük fəaliyyətinin daha da genişlənməsinə töhfə verdiyini vurğulayan F.Hacıyev Azərbaycanın bu sahədəki təcrübəsinə böyük maraq göstərildiyini deyib.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov Oyunların Azərbaycanın zəngin irsini, mədəniyyətini, idman nailiyyətlərini bütün dünyaya nümayiş etdirməsi baxımından mühüm imkan olduğunu vurğulayıb. E.Səfərov IV İslam Həmrəyliyi Oyunları, eləcə də Azərbaycanın idmanın inkişafı ilə bağlı layihələrə daim dəstək verməyə hazır olduqlarını söyləyib.
Sonra püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən seçilən komandalar aprelin 15-dən etibarən futbol, basketbol, voleybol, şahmat, səmti müəyyən etmə, yüngül atletika, stolüstü tennis, üzgüçülük, atıcılıq, velosiped idman növləri üzrə yarışacaqlar.
“Gənclər kuboku” layihəsində Azərbaycan Universitetinin “Armada”, Bakı Ali Neft Məktəbinin “Nightmare”, Azərbaycan Texniki Universitetinin “Texno”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Paradox”, Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Black knights”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Boomerang”, Dövlət İdarəçilik Akademiyasının “İcomparable”, Azərbaycan Dillər Universitetinin “Rixos”, Xəzər Universitetinin “Challengers”, Bakı Dövlət Universitetinin “Dangerous”, ADA Universitetinin “İsland”, Azərbaycan Turizm və Menecment Universitetinin “Universal” və Bakı Slavyan Universitetinin “Slavic Jaguars” komandaları iştirak edəcəklər.
Xəbər lenti
Hamısına baxSiyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42

