/ / “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” kitabının ingilis dili versiyasının təqdimatı keçirilib
“Uşaqlar müharibənin günahsız qurbanlarıdır” kitabının ingilis dili versiyasının təqdimatı keçirilib
25.02.2017 [10:35]
“Holiday Inn” otelində Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş “Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar” adlı tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, fevralın 24-də Milli Məclisin deputatları, işğal olunmuş rayonların nümayəndələri və digər qonaqların iştirakı ilə keçirilən tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verən hadisələrin xalqımıza qarşı yönələn ən dəhşətli və faciəli səhifələrdən biri olduğunu qeyd edərək Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirləri xatırladıb. Natiq öz çıxışında qanlı fevral gecəsində törədilənlərin xalqımıza qarşı qətliam olduğunu, baş verənlərin dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliyinə qiymət verilməsi üçün mümkün olan bütün formalardan istifadə olunmasını vurğulayıb.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı azyaşlı uşaqlara qarşı törədilmiş erməni vəhşiliyindən bəhs edən “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” kitabının ingilis dilinə tərcümə edilmiş versiyasının təqdimatı keçirilib, soyqırımı qurbanlarından bəhs edən filmin nümayişi olub.
Kitab müharibədə həlak olmuş, itkin düşmüş, valideynlərini itirmiş və əlil olmuş uşaqlar haqqında real fakt və məlumatlar əsasında hazırlanıb. İşğal edilmiş rayonlar haqqında qısa məlumatlar, hadisə şahidlərinin ifadələri, müharibə dəhşətlərini əks etdirən həyat hekayələri, uşaqların rəsm yaradıcılığında Qarabağ hadisələri mövzusunda şəkillər, atəşkəsdən sonra düşmən təxribatları nəticəsində həlak olan və xəsarət alan uşaqların siyahısı, habelə qırğın gecəsini canlandıran fotoşəkillər əks olunub.
Nəşr Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi, eləcə də işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının köməyi ilə hazırlanıb.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Xocalı soyqırımı nəticəsində 63 uşağın, 106 qadının qətlə yetirildiyi barədə danışarkən deyib: “Mənə elə gəlir ki, itkilərimiz daha çox olub. Həmin statistikanın dəqiqləşdirmək lazımdır, çünki o vaxt bunun üçün də geniş imkan olmayıb. Xocalıda soydaşlarımıza qarşı düşmənin silahlı dəstələrinin həyata keçirdiyi kütləvi qırğının soyqırımı olduğunu beynəlxalq hüquq normaları da təsdiqləyir. Qətl gecəsinin vəhşilikləri tarix boyu yaddaşlardan silinməyəcək və onu törədənlər layiqli cəzalarını alacaqlar”, - deyə E.Süleymanova əlavə edib.
Milli Televiziya və Radio Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva erməni qəsbkarlarının zaman-zaman günahsız insanların qanlarını axıtdıqlarını diqqətə çatdıraraq qeyd edib ki, ermənilər öz xislətlərinə sadiq qalaraq Xocalıda törətdikləri soyqırımını əks etdirən fotoşəkilləri guya özlərinin başına gətirilmiş faciə kimi qələmə verirlər. Ona görə də əsl həqiqətin dünya ictimaiyyətinə çatdırılması üçün çox çalışmalıyıq. O, ermənilərin tarixi həqiqətləri saxtalaşdırmaq, yalan məlumatlarla dünya ictimaiyyətini çaşdırmağa cəhd göstərdiklərini söyləyərək AZƏRTAC-ın erməni yalanlarını aşkarlanmasında oynadığı roldan danışıb və qeyd edib ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətləri, parlamentləri və beynəlxalq təşkilatlara çatdırılması sahəsində hamımız çalışmalıyıq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı soyqırımın dünya ictimaiyyətinə çatdırılmasında Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanılmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm rol oynadığını bildirib. Həmin kampaniya çərçivəsində hər il yüzdən çox ölkədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Xocalı soyqırımının tanınması istiqamətində əldə olunan nəticələr deməyə əsas verir ki, həmin faciəni törədənlər gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov 613 dinc soydaşımızın xüsusi amansızlıq və işgəncələrlə qətlə yetirildiyi Xocalı faciəsinin dəhşətləri barədə danışıb. Onun fikrincə, Xocalı həqiqətlərinin dünyaya tam aydınlığı ilə çatdırılması, hadisənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb və atmaqdadır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev ermənilərin tarixən azərbaycanlılara qarşı insanlığa sığmayan qatı cinayətlər törətdiklərini qeyd edərək vurğulayıb ki, Xocalıda insanlığa sığmayan soyqırımı törətmiş cinayətkarlar bu gün Ermənistana rəhbərlik edirlər. Təəssüf ki, dünya ictimaiyyəti onların cəzasız qalmasına hələ də göz yumur.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov bütün müharibə qurbanlarının, girov götürülmüş şəxslərin beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqlarının təmin edilməsi və soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini diqqətə çatdırıb.
Sonda “Müharibə uşaqları” filmi nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59

