Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25
24.02.2017 [09:37]
Fevralın 23-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Terror multikulturalizmə qarşı: Xocalı soyqırımı-25” mövzusunda anım tədbiri keçirilib.
BBMM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilər Şurasının sədri Kamal Abdullayev insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımının dəhşətlərindən söz açıb. O deyib: “Bu faciə zamanı insanların öldürülmələrinin səbəbi onların məhz müsəlman və azərbaycanlı olmaları idi. Bu, həmin faciənin qətliam kimi dəyərləndirilməsinə bir sübutdur. Bu gün təkcə Xocalı sakinləri deyil, bütün Azərbaycan xalqı xocalılıdır. Bu gün Azərbaycan vətəndaşları, Azərbaycanın dünyadakı dostları mənən, qəlbən Xocalıdan sayıla bilərlər. Dünyada müxtəlif qurumlarda, parlamentlərdə Xocalı faciəsi ilə bağlı son dərəcə ciddi sənədlərin qəbul edilməsi istiqamətində həm Prezident İlham Əliyevin, həm də ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var. Bu gün dünya Xocalı faciəsini tanımağa başlayıb, Azərbaycanın dostları da bu gün xalqımızın dərdinə şərik olur. Əlbəttə ki, 26 fevral simvolik bir tarixdir, faktiki olaraq hər gün Xocalı faciəsi azərbaycanlıların qəlbində bir yara kimi qalır. Bəzən gənclər mənə sual verirlər ki, faciələrimizin qisasını almaq üçün, gələcəkdə bir daha təkrarlanmaması üçün nə edə bilərik? Mənim cavabım belədir: Ölkə Prezidentinin ətrafında daha sıx birləşək, onun Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş titanik zəhmətini doğru-düzgün qiymətləndirək və Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasətə dəstək olaq. Bu gün Xocalı qətliamı ilə bağlı yanımızda Azərbaycan xristianlarını, Azərbaycan yəhudilərini görmək son dərəcə təskinedici bir haldır. İki gün bundan əvvəl Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı böyük bir tədbir təşkil edilmişdi. Həmin tədbirdə Azərbaycanda fəaliyyət göstərən dini və etnik icmaların nümayəndələri Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə bəyanat ünvanladılar. Həmin bəyanatda bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyət əleyhinə yönələn cinayət kimi qiymətləndirildi. Xocalı qətliamı Azərbaycanda yaşayan çoxsaylı etnik və dini icmaların nümayəndələrinin, burada əsrlərdir məskunlaşan böyüklü-kiçikli xalqların da faciəsidir.
Bizim ətrafımızdakı dostlarımızın sayı get-gedə çoxalır. Bu sayın çoxalmasının səbəbi Prezident İlham Əliyevin bu gün Azərbaycan üçün gördüyü işlərə dünya ictimaiyyəti tərəfindən yönələn maraqdır. Azərbaycan sülhsevər və tolerant bir ölkədir. Buna görə də biz Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinə çalışırıq. Dövlətimizin başçısı İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, Azərbaycanın işğal edilmiş torpaqlarından erməni silahlı qüvvələrinin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir. Əgər sülh imkanları tükənsə, biz hərbi yolla da öz torpaqlarımızı işğaldan azad etməyə qadirik. Aprel döyüşlərində Milli Ordumuzun əldə etdiyi qələbələr də bunun sübutudur. Əminəm ki, xalqımız tezliklə işğal olunan rayonlarımıza qayıdacaq”.
BBMM-in icraçı direktoru Azad Məmmədovun moderatorluğu ilə davam edən tədbirdə Xocalı soyqırımı haqqında film nümayiş etdirilib.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Xocalıdan olan məcburi köçkünlərin respublikanın müxtəlif rayonlarında məskunlaşdıqlarını vurğulayıb, özünün də faciənin canlı şahidi olduğunu qeyd edib: “Gözümün önündə erməni daşnakları bizim azyaşlı uşaqları, körpələri, qadınları güllələyiblər. Faciə zamanı mən bu dəqiqə də itkin sayılan 6 əmim oğlunu itirmişəm, 2 əmimin həyat yoldaşı, əmimin qızı, uşaqlar faciədə şəhid olub. Ümumilikdə bizim ailədən 20-dən artıq şəhid və itkin var”.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bütün dünyada Xocalı soyqırımının tanınması, Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşiliklərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində genişmiqyaslı işlər aparılır və bir sıra ölkələrdə bu vəhşilik artıq soyqırımı kimi tanınır: “Biz heç vaxt Xocalı soyqırımını unutmamalı və bu faciəni gələcək nəslə çatdırmalıyıq. Bu cinayəti törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər”.
BBMM-in Moldova filialının rəhbəri Aurelia Qriqoriu, BBMM-in İsrail filialının sədri Arye Qut, Alban-Udi Xristian dini icmasının rəhbəri Robert Mobili, Azərbaycanda yaşayan Axısxa türklərinin “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının mətbuat katibi Konstantin Ata, professorlar Solmaz Tovhidi, İmamverdi Həmidov və başqaları çıxışlarında Xocalı faciəsinin təkcə Azərbaycan xalqının yarası olmadığını qeyd edib, bu qətliamı bütün dünyanın ağrısı və bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndiriblər.
Azərbaycanda yaşayan yunan, ingiloy, avar, tatar, kürd, ləzgi icmalarının, eləcə də xristian və yəhudi icmalarının nümayəndələri, müxtəlif rəsmi qurumların rəhbərləri və alimlərin iştirak etdikləri tədbirdə soyqırımı şahidlərinin ağrılı xatirələri dinlənilib. Tədbirdə soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının zəruriliyi və cinayətkarların beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməsinin vacibliyi bəyan edilib.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

