IV Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Qəbələdə
17.02.2017 [09:58]
Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 16-da öz işini Qəbələdə davam etdirib.
Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti
BBMM-dən AZƏRTAC-a bildiriblər ki, Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov və Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor Gülnar Hüseynzadə “Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti” mövzusunda təqdimatla çıxış ediblər.
Professor Etibar Nəcəfov qeyd edib ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir: “Ölkəmizdə multikulturalizm siyasətinin əsasını Ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinə yüksək önəm verməsinin əsas göstəricilərindən ilk növbədə cənab Prezidentin 2014-cü il fevralın 28-də imzaladığı müvafiq Sərəncam ilə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, 2014-cü il mayın 7-də imzaladığı müvafiq Fərman ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və 2014-cü il mayın 15-də imzaladığı Fərman ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını qeyd etmək olar. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsədi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdən ibarətdir. Multikulturalizmi təbliğ edən Azərbaycan onu azərbaycançılıq məfkurəsinin tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırıb. Bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri onun dövlət ideologiyasına və dövlət siyasətinə çevrilməsi ilə bağlıdır”.
Mühazirədə vurğulanıb ki, multikulturalizm Azərbaycan Respublikasının daxili siyasətinin mühüm istiqaməti kimi ölkənin xarici siyasət fəaliyyətinə də müsbət təsir edir: “Multikulturalizm Azərbaycan Respublikasının uğurlu xarici siyasətinin mühüm amili kimi çıxış edir. Bu özünü, ilk növbədə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında göstərir. Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən etiraf olunur. Ölkənin uğurlu xarici siyasəti isə öz növbəsində onun daxili siyasətinin tərkib hissəsi olan multikulturalizm siyasətinə müsbət təsir göstərir, bu siyasətin daha da davamlı olmasına şərait yaradır”.
Qış məktəbinin iştirakçıları Nicdə
IV Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları tədris vaxtından sonra Nic qəsəbəsinə yola düşüblər. Yerli əhali ilə görüşən tələbələr udi gənclərinin müşayiəti ilə qəsəbəni gəziblər. Gəzinti zamanı Nic qəsəbəsinin, buradakı Alban kilsəsinin və udi xalqının tarixi ilə bağlı məlumatlar tələbələrin diqqətinə çatdırılıb: “Alazan-Həftəran vadisində ən iri yaşayış məskəni olan Nic ərazisinə görə Qəbələdə birincidir. 2005-ci ildən Nic kəndinə şəhər tipli qəsəbə statusu verilib. Nicdə ilk udi məktəbi 1854-cü ildə açılıb, müəllimlər içərisində yerli sakinlərdən udilər də var idi. İndi Nic qəsəbəsində “Ürayin” Udi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Qəsəbə ərazisində Alban kilsəsi və digər qədim tarixi abidələr var. İbtidai sinif şagirdləri üçün udi dili də tədris olunur”.
Sonra tələbələr qəsəbədəki “Cotari” Alban kilsəsini ziyarət ediblər. Alban-Udi xristian dini icmasının sədr müavini, keşiş Rafik Danakari tələbələrlə görüş zamanı udi xalqının və Alban kilsəsinin tarixindən söz açaraq deyib: “Dünyada yaşayan udilərin sayı 10 minə yaxındır. Altı mindən artıq əhalisi olan qəsəbəmizdə 4 mindən çox udi yaşayır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün təkcə Azərbaycan ərazisində mövcuddur. Alban-udi kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından (I-II əsrlər) olub. Kilsə İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə tikilib. Qəsəbədə daha iki qədim Alban kilsəsi var”.
Udi icmasının nümayəndələri tələbələrə Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən söhbət açıblar, həmişə dövlətin diqqət və qayğısını hiss etdiklərini qeyd ediblər: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir və hər bir kəsin dini etiqad azadlığı təmin edilir. Azərbaycanda mövcud zəngin mədəni irsin qorunub saxlanılması təqdirəlayiqdir. Nic kilsəsinin bərpasından sonra udilər öz müqəddəs bayramlarını layiqincə qeyd edirlər. Bütün bunlar Azərbaycanda tolerantlıq ənənələrinin və multikultural əhvalın olduğunun bariz təcəssümüdür, dünyaya örnəkdir”.
Qış məktəbinin iştirakçıları həmçinin Bilik Fondunun Nic qəsəbə nümayəndəsi Şahid İslamovun müşayiəti ilə Fond tərəfindən udilər üçün təşkil olunan Azərbaycan dili kursunun dinləyiciləri ilə görüşüblər.
“Cəngi” Udi Folklor Ansamblının təqdim etdiyi konsert proqramı qış məktəbi iştirakçılarında xoş təəssürat yaradıb.
Azərbaycan multikulturalizmi Tufandağ zirvəsində
Gəzintidən sonra qış məktəbinin iştirakçıları üçün Tufandağ yay-qış turizm istirahət kompleksində kanat gəzintisi təşkil edilib. IV Beynəlxalq multikulturalizm məktəbinin tələbələri qəbələli gənclərlə birgə Tufandağda istirahət ediblər, səmimi söhbət aparıblar. Litva, Polşa, Rumıniya, Bolqarıstan, Almaniya, Yunanıstan və Misirdən olan tələbələr “Öz xalqını təqdim et” adlı musiqili videotəqdimatla çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32

