Dövlət İdarəçilik Akademiyasında Türkiyənin dövlət qulluqçuları üçün seminar keçirilib
10.02.2017 [10:17]
Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu arasında imzalanmış anlaşma protokolu çərçivəsində birgə yaradılan Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzində Türkiyənin dövlət qulluqçuları üçün seminar keçirilib.
DİA-dan AZƏRTAC-a bildirilib ki, seminarda Türkiyənin Təhsil, Xarici İşlər, Səhiyyə, Nəqliyyat, Dənizçilik və İnformasiya nazirlikləri, Ankara Böyük Şəhər Bələdiyyəsi və digər mərkəzi qurumların dövlət qulluqçularından ibarət heyəti iştirak edib.
Seminarın işinə uğurlar arzulayan DİA-nın rektoru, akademik Urxan Ələkbərov ölkəmizdə unikal idarəçilik texnologiyalarının tətbiqi, çevik dövlət idarəetmə sisteminin formalaşması, elmə əsaslanan innovativ inkişaf strategiyasının reallaşdırılması, dövlət quruculuğu və dövlət qulluğunun inkişafı proseslərində Ümummilli lider Heydər Əliyevin, Onun layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərini qeyd edib. Rektor vurğulayıb ki, ölkənin qısa müddətdə iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətləri, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib. Qeyd edilib ki, son 10 ildə ölkəmizdə davamlı inkişaf üçün iqtisadi baza yaradılıb. Eyni zamanda, məlumat verilib ki, Azərbaycan son illərdə bir çox davamlı inkişaf göstəriciləri və sosial indikatorlara görə, “Böyük İyirmilik” və “Böyük Yeddilik” ölkələrinin əksəriyyətini üstələyir, yalnız Kanada, Almaniya kimi ölkələrdən geri qalır. U.Ələkbərov vurğulayıb ki, bu uğurların kökündə yalnız yaxşı idarəçilik və dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun fəaliyyətinin kombinasiyası dayanır. Bu istiqamətdə Heydər Əliyev Fondunun, bu qurumun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti olduqca əhəmiyyətlidir.
Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutunun nümayəndəsi Yasəmən Yıldırım isə çıxışında Azərbaycan və Türkiyənin regionun güc mərkəzləri olmaqla yanaşı, eyni zamanda, elm, bilik mərkəzi kimi formalaşması baxımından əhəmiyyətinə diqqət çəkib. Türkiyəli qonaq hər iki ölkənin dövlət qulluqçularının təcrübə mübadiləsinin aparılmasını, kadr potensialının təkmilləşdirilməsi sahəsində həyata keçirilən təşəbbüsləri yüksək qiymətləndirib.
DİA-nın Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Elman Nəsirov “Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda məruzəsində iki ölkə arasındakı strateji əməkdaşlığın gücləndirilməsinə verilən töhfələr, bu əməkdaşlığın perspektivlərı və digər strateji əhəmiyyət kəsb edən məsələlər barədə fikirlərini bölüşüb. Qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələri, həqiqətən, mükəmməl səviyyədədir.
Daha sonra elmi təşkilat şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli, DİA-nın Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunun direktoru, professor Gülnarə Qurbanova, DİA-nın analitik təhlil üzrə müşaviri, dosent Ziyafət Həbibova, dövlət qulluğu və kadr siyasəti kafedrasının dosenti Murtaza Həsənov çıxış edərək ölkənin taleyüklü problemlərinin həlli və dövlət idarəetmə sistemi istiqamətində aparılan islahatları, qazanılan uğurları xatırladıblar. Natiqlər dövlət idarəçiliyi sahəsində də aparılan islahatların uğurlu nəticələrindən və əhəmiyyətindən danışıblar. Ölkəmizdə həyata keçirilən tədbirlərin insan potensialının keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, dinamik inkişaf edən cəmiyyətin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynadığı qeyd edilib.
Çıxışlarda dövlətimizin başçısı tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyəti, dövlət qulluğunda kadr ehtiyatının normativ-hüquqi tənzimlənməsi, müasir çağırışlara cavab verən kreativ nəslin formalaşdırılması və idarəedilməsi məsələlərinə diqqət çəkilib.
Sonra seminar iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxElm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31

