Prezident Kitabxanasının “Müstəqil Azərbaycan” adlı elektron resursu yenilənib
29.12.2016 [09:52]
Hər bir xalqın dövlətçilik tarixində elə dövrlər olur ki, həmin dövrlər tarixə dönüş nöqtəsi kimi daxil olur və ciddi təhlil süzgəcindən keçirilir. XX əsrin əvvəllərində dünya dövlətləri cərgəsinə qoşulan Azərbaycanın cəmisi iki ildən sonra öz müstəqilliyini itirməsi və həmin əsrin sonlarında - 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyinə qovuşmasından keçən zaman kəsiyi məhz belə dövrlərdəndir. Artıq Azərbaycanın dövlət müstəqilliyinə yenidən qovuşmasından 25 il ötür.
Müstəqilliyin ilk illərində xarici dövlətlər Azərbaycanın daxili işlərinə müdaxilə edir, ölkədə xaos hökm sürür, tez-tez hakimiyyət çevrilişləri baş verir, qanunsuz silahlı dəstələr hakimiyyət strukturlarına tabe olmaqdan imtina edir, iqtisadiyyat sürətlə geriləyir, əhalinin sosial vəziyyəti günü-gündən ağırlaşırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyevin dövlət sükanının arxasına keçməsindən sonra əvvəlcə ölkədə anarxiyaya son qoyuldu, ardınca hüquqi dövlət quruculuğu sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Məhz Heydər Əliyevin titanik zəhməti sayəsində dövlətimiz dünya dövlətləri arasında öz layiqli yerini tutdu, icra olunan iqtisadi islahatlar nəticəsində Azərbaycan dinamik inkişaf mərhələsinə qədəm qoydu. 2003-cü ildən etibarən Heydər Əliyev kursunu layiqincə davam etdirən dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan regionun ən inkişaf etmiş dövlətinə çevrilib. Beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da yüksəlib, ölkəmiz dünyamiqyaslı mühüm tədbirlərin həyata keçirildiyi etibarlı dövlət imicini qazanıb.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları son 25 ildə Azərbaycanın keçdiyi yolu işıqlandıran elektron resursu yeniləyərək istifadəçilərin ixtiyarına təqdim edib.
Prezident Kitabxanasından AZƏRTAC-a bildirilib ki, “Müstəqil Azərbaycan” adlanan elektron resurs 8 fəsildən ibarətdir. Elektron resursun “Ümumi məlumat” adlanan birinci fəsli “Azərbaycan bu gün”, “Müstəqilliyə qədərki tarixin qısa xülasəsi”, “Dövlət müstəqilliyinin bərpası və qorunub saxlanılması”, “Dövlət hakimiyyəti”, “Milli təhlükəsizliyin təminatı”, “Hüquqi dövlət quruculuğu” və “Azərbaycan beynəlxalq arenada” adlanan bölmələrdən ibarətdir. Bu fəsildə istifadəçilər 1993-1995-ci illərdə dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində görülən işlər, hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlar barəsində geniş məlumat əldə edəcəklər. Həmçinin istifadəçilər müstəqil Azərbaycanın ötən 25 il ərzində dünya birliyinə inteqrasiyası, beynəlxalq qurumlarla qarşılıqlı münasibətlərinə aid materiallarla da tanış olacaqlar.
“Xronologiya” adlanan ikinci fəsli izləyən hər bir istifadəçi XX əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanın üzləşdiyi bəlalar, Ermənistanın ölkəmizə ərazi iddiası və hərbi təcavüzü nəticəsində baş verən qanlı-qadalı hadisələr, müstəqilliyin ilk illərində meydana çıxan problemlər, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyası ilə həyata keçirdiyi tədbirlər nəticəsində yaranan sabitlik və dinc quruculuq illəri, ölkəmizi dinamik inkişaf yolu ilə irəli aparan Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti haqqında xronoloji ardıcıllıqla məlumat əldə edə biləcəkdir.
Elektron resursun “Sənədlər” adlanan üçüncü fəslində dövlət müstəqilliyinin və dövlətçilik atributlarının bərpası, dövlət quruluşunun əsaslarına dair sənədlər (qanunlar, fərmanlar, sərəncamlar, qərarlar və s.), habelə müstəqilliyin ildönümləri ilə bağlı dövlətimizin başçılarının etdikləri nitqləri, çıxışları və müraciətləri toplanılıb.
“Sosial-iqtisadi inkişaf” adlanan dördüncü fəsildə müstəqillik illərində ölkəmizdə bu sahədə görülən işlərə aid analitik materiallar “Sənaye”, “Kənd təsərrüfatı”, “Neft strategiyası”, “İnformasiya-kommunikasiya texnologiyaları”, “Regionların sosial-iqtisadi inkişafı”, “Təhsil”, “Elm”, “Səhiyyə”, “Mədəniyyət”, “Turizm” və “İdman” başlıqları altında ayrı-ayrılıqda əks etdirilib.
“Tədbirlər” adlanan beşinci fəsildə Azərbaycanın dövlət müstəqilliyinin ildönümləri ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərə və beynəlxalq konfranslara aid materiallar öz əksini tapıb.
“Elektron resurslar” adlanan altıncı fəsil dövlət quruculuğunun müxtəlif sahələrini özündə əks etdirən kitabların və məqalələrin elektron versiyalarını özündə toplayıb.
“Biblioqrafiya” fəslində istifadəçilərə kitabxananın fonduna daxil olan və müstəqil Azərbaycanın həyatının mühüm sahələrini əhatə edən kitabların, qəzet və jurnal məqalələrinin, avtoreferatların biblioqrafiyası təqdim edilir.
Sonda verilən “Fotoqalereya” bölməsi müstəqil Azərbaycan Respublikasının keçdiyi tarixi yolu fotoların dili ilə özündə əks etdirir.
Azərbaycan, rus və ingilis dillərində tərtib edilərək http://republic.preslib.az ünvanında yerləşdirilən “Müstəqil Azərbaycan” elektron resursu vaxtaşırı olaraq yenilənir.
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19

